detallarının açıq alov və ya bərk qızmış əşya ilə qızdırılması.
Qızdırma qaynar su və ya buxar ilə aparılmalıdır;
-qaz balonlarının içərisindəki qaz tamamilə çıxarılmadan
və balon üfürülmədən ventillərin təmir edilməsi. Balondakı qaz
otaqdan kənarda və açıq alovdan uzaq yerdə boşaldılmalıdır;
-asetilen generatorundan, oksigen balonlarından, şlanq-
lardan, qaz xətlərindən və lil çalalarından 10m yaxın məsafədə
siqaret çəkilməsi və açıq alovdan istifadə edilməsi;
-sıxılmış və mayeləşdirilmiş qaz balonlarının üstü açıq
halda günəş şüaları altında saxlanılması;
-qaynaq işləri qurtardıqdan sonra
asetilen
generatorlarının kalsium - karbid qalığından və lildən
təmizlənməmiş və həmçinin retortaların, yeşiklərin və
generatorun digər hissələrinin yuyulmamış halda saxlanılması;
-oksigen şlanqlarının generatora tərəf üfürülməsi;
-asetilen balonunun başlığına (kolokoluna) əşyalar yığ-
maqla generatorda təzyiqin artırılması;
-asetilen generatorunun işləyən qazanxana və isti
sexlərdə, həmçinin kompressorların hava vurucularının və
ventilyatorların hava sorucusunun yaxınlığında yerləşdirilməsi.
2.2.22. Elektrik qövs və qaz qaynaq işləri [253]–ə uyğun
aparılmalıdır
2.2.23. Odlu işlər qurtardıqdan sonra, ehtimal olunan
alovlanmanın qarşısını almaq üçün işlərin aparıldığı və onlara
qonşu olan otaq və ya sahələr diqqətlə yoxlanılmalı və lazım
gələrsə 1 saat ərzində nəzarətdə saxlanılmalıdır.
Dostları ilə paylaş: