Qazma və istismar avadanlıqlarının quraşdırılması,
149
sökülməsi və təmiri
2.5.72. Avadanlıqların, blokların və mexanizmlərin quraşdı-
rılması Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış, təsdiq
olunmuş sxem, layihə və texniki şərtlərə uyğun yerinə yetiril-
məlidir.
2.5.73. Avadanlıqlar və bloklar qazma aparılacaq yerə
gətirilməli və onların yığılma ardıcıllığı nəzərə alınmaqla yerləş-
dirilməlidir.
2.5.74. Avadanlıqların sürüdülüb gətirilməsində və quraş-
dırılmasında istifadə olunan qaldırıcı vasitələr və traktorlar işə
başlamazdan əvvəl qabaqcadan işlənilmiş sxemə əsasən yer-
ləşdirilməlidir.
2.5.75. Avadanlıqların ilməklənməsi yükqaldırma qabiliy-
yəti qaldırılacaq yükə uyğun olan xüsusi kanatların və ya ağız-
ların (götürümlər) köməyi ilə yerinə yetirilməlidir.
2.5.76. Ilməklər avadanlığın çəkisi,əndazə ölçüləri və il-
məyin yükqaldırma qabiliyyətinə əsasən seçilməlidir.
2.5.77. Quraşdırılacaq avadanlıqların və blokların bütün
hissələrinə və bərkidici bəndlərinə işin rəhbəri tərəfindən baxış
keçirilməli, aşkar edilmiş qüsurlar aradan qaldırılmalıdır.
2.5.78. Quraşdırılma qurtardıqdan sonra orada qalmış
alətləri, tərtibatları (boltları, qaykaları, pazları və i.a.) aşkar et-
mək məqsədi ilə avadanlıq diqqətlə baxışdan keçirilməlidir.
2.5.79. Avadanlığın sınaqdan keçirilməsinə yalnız işin
rəhbərinin iştirakı ilə və bütün çəpərlər qoyulduqdan sonra
icazə verilir.
2.5.80. Avadanlığın sınaqdan keçirilməsinin başlanğıcı
barədə bütün briqada üzvləri xəbərdar edilməlidir.
2.5.81. Avadanlıq işlədiyi zaman hər hansı quraşdırma iş-
lərinin aparılması qadağandır. Çatışmamazlıqlar yalnız aqre-
qatlar tam dayandırıldıqdan sonra aradan qaldırılmalıdır.
150
2.5.82. Qazma avadanlıqlarının quraşdırılması
(sökülməsi) işlərinin təhlükəsiz yerinə yetirilməsi
221, 222
-in
tələblərinə uyğun aparılmalıdır.
2.5.83. Qazma avadanlıqları istehsalçı-zavodların texniki
sənədlərinə uyğun olaraq quraşdırılmalıdır.
2.5.84. Vışka və dorların kəlləçarx meydançasına ağır his-
sələr və materiallar bucurqadın və oxu üstdən vurulmuş (nadel-
ka) xamıtla bərkidilmiş qaldırıcı diyircəklərin köməyi ilə
qaldırılmalıdır.
Kəlləçarxın işləyən və ya təzyiq altında olan quyu
üzərində sökülməsi qadağandır.
2.5.85. Qazma nasoslarının sarğısının vurucu xəttinin di-
varı qalınlığı hesablama yolu ilə təyin edilən tikişsiz borulardan
quraşdırılmalıdır. Sökülə bilən birləşmələr QOST və texniki
şərtlərin tələblərinə uyğun kipləşdirilir (sıxlaşdırılır).
Vurucu xətlərin titrəyişinin qarşısını almaq üçün vurucu
xətlər dayaqlara bərkidilməlidir. Xətlərin döndərilməsi səlis və
90
0
-dən az olmayan bucaq altında olmalıdır.
2.5.86. Elektrik intiqallı qazma qurğusunun sökülməsinə
elektrik avadanlığının istismarına cavabdeh işçidən qazma qur-
ğusunun elektrik şəbəkəsindən açılması barədə yazılı
təsdiqedici sənəd alındıqdan sonra icazə verilir.
2.5.87. Quyu ağzında təzyiq olduqda qazma vışkasının
quraşdırılması, sökülməsi qadağandır.
2.5.88. Quraşdırılmış qazma qurğularının işə buraxılması
vurucu boru kəmərlərinin, pnevmo-sistemlərin, avadanlıqların
idarəetmə sistemlərinin sınanılmasından,yerləbirləşdirilmənin
keyfiyyətinin yoxlanılmasından sonra həyata keçirilməlidir.
2.5.89. Istismarda olan mancanaq dəzgahları, onların
texniki vəziyyətləri yoxlanıldıqdan, təmir edildikdən və
müəssisə üzrə əmrlə təyin edilmiş qəbul komissiyası
tərəfindən akt tərtib edildikdən sonra quraşdırıla bilər.
151
2.5.90. Mancanaq dəzgahlarının bütöv (monolit)
binövrəyə quraşdırılmasına yalnız işin aparılması layihəsində
nəzərdə tutulmuş, tökülmüş sementin bərkimə müddəti başa
çatdıqdan sonra yol verilir.
2.5.91. Mancanaq dəzgahı dayağının kran vasitəsi ilə qu-
raşdırma meydançasından qaldırılması və hərəkət etdirilməsi
zamanı polispast sisteminin şaquliliyi saxlanılmalı və
mancanaq dəzgahının dayağı sıçrayışlar olmamaq üçün
qoruyucu kanatlarla dartılmalıdır.
2.5.92. Mancanaq dəzgahı dayağını quraşdırmazdan
əvvəl onun dabanındakı deşiyin çərçivənin deşiyi ilə
uyğunluğunu yoxlamalı. Mancanaq dəzgahının dayağının
yerinin dəyişməsini ling vasitəsi ilə etmək qadağandır.
2.5.93. Balansirin yığım bəndləri ilə birlikdə yığılması xü-
susi altlıq üzərində aparılmalıdır.
2.5.94. Balansiri quraşdırmazdan əvvəl aşağıdakıları yox-
lamalı:
-onun başlığının işçi vəziyyətində dayandırılmasının eti-
barlılığını və dayandırıcı qurğunu azad etdikdə onun səlis dön-
məsini;
-barmaqlarda yuxarı şatun başlığının təsbit edilməsini və
traversin vtulkasında sərbəst fırlanmasını;
-dayaq yastığının gövdəsinin balansirlə etibarlı bərkidil-
məsini;
-yastıqlarda və şarnirli bəndlərdə sürtgü yağının
olmasını.
Dayağa sürüşkən olmayan ayaqqabıda və qoruyucu kə-
mərdə qalxmalı.
Bərkidilməmiş dayağa qalxmaq qadağandır.
2.5.95. Mancanaq dəzgahını quraşdırdıqdan sonra onun
tormozlanmasının etibarlılığını və elektrik mühərriki şəbəkədən
açıldıqda onun krivoşipin istənilən vəziyyətində dayandırılması-
nı yoxlamalı.
152
2.5.96. Transmissiyaya və işəsalma-mühafizə
aparatlarına xidmət meydançası çərçivənin aşağı müstəvisi
səviyyəsində olmalıdır.
Meydançaya giriş mancanaq dəzgahının əyləci tərəfdən
olmalıdır.
2.5.97. Neft qazlarını sıxmaq üçün xüsusi təyinatlı kom-
pressorlar tətbiq olunmalıdır.
Kompressor qurğusunun texniki layihəsini işləyən təşkila-
tın və kompressoru istehsal edən zavodun icazəsi olmadan,
təyinatına uyğun olmayan kompressorlardan qazların sıxılması
üçün istifadə edilməsi qadağandır.
2.5.98. Yanar və partlayış təhlükəli qazlı kompressor
stansiyası otağında kompressorlarla texnoloji və konstruksiya
əlaqəsi olmayan aparat və avadanlıqların yerləşdirilməsinə
icazə verilmir.
2.5.99. Kompressorlara elektrik mühərriki ilə hərəkət
verdikdə bilərzik reduktordan və ya müstəsna halda pazvarı
qayış ötürücüsündən istifadə edilməlidir. Yastı qayış
ötürücüsündən istifadə etməyə icazə verilmir.
2.5.100. Qaztoplayıcı kollektorlar kompressor stansiyası
binasının xaricində yerləşdirilməlidir, müstəsna hallarda texno-
logiya baxımından lazım gələrsə, onlar kompressor stansiyası
otağında (məsələn, kondensat ayrılmaları olarkən və
kondensatın donması) yerləşdirilə bilər.
2.5.101. Hər bir kompressor qurğusunun müvafiq
qapayıcı armaturu olmalıdır.
2.5.102. Vurucu boru kəmərlərində paylayıcı, qapayıcı
qurğu (ventil, kran, siyirtmə və s.) qarşısında, eləcə də aralıq
təzyiqli qazgötürmə boru kəmərində əks-klapan qoyulmalıdır
və onun gövdəsində ox işarəsi ilə qaz axımının istiqaməti
göstərilməlidir.
153
Əks-klapanın en kəsiyi kompressorun həmin pilləsinin
vurucu klapanlarından sonra vurucu xətdə qoyulan əks-kla-
panların en kəsiyindən az olmamalıdır.
2.5.103. Kompressorun hər bir sıxıcı pilləsi bilavasitə vu-
rucu xəttdə qoyulan qoruyucu klapanla təchiz olunmalıdır.
Kompressorun son sıxma pilləsinin vurucu xəttində qoyu-
lan qoruyucu klapan qapayıcı armaturdan və əks-klapandan
əvvəl qoyulmalıdır.
Qoruyucu klapanı yoxladıqdan, təmir etdikdən və nizam-
ladıqdan sonra akt tərtib edilməli və klapana plomb
vurulmalıdır.
2.5.104. Kompressorun axırıncı sıxma pilləsinin vurucu
xəttində qoruyucu klapanın əvəzinə sistemin təzyiqi 10% qalx-
dıqda dağılan qoruyucu membran qoyulmasına icazə verilir.
Membranın üzərində membranın dağılma təzyiqi
göstərilməlidir. Membran dağılarkən qapalı qaz sistemə
yönəlməlidir.
2.5.105. Kompressorlar qəzasız iş təmin edən təcridetmə
və qəza siqnalı vasitələrilə təchiz olunmalıdırlar.
2.5.106. Qaz-lift sistemində kompressor stansiyasının iş
prosesində aşağıdakı yoxlamalar aparılmalıdır:
-bütün texnoloji boru kəmərlərinə, separatorlara, tutum-
lara, qapayıcı-nizamlayıcı armaturlara, nəticələri vaxt jurnalına
yazılmaqla aylıq baxışlar;
-yanğınsöndürmə, qazquruducu, işıqlandırma, ventilyasi-
ya, qəza siqnalları, ildırımdan mühafizə, statik
elektrikləşmədən mühafizə sistemlərinə və telemexanikanın
işləmə qabiliyyətinə təsdiq olunmuş cədvəl üzrə daimi nəzarət.
2.5.107. Xidmət heyətinin iş yerindən və eləcə də avto-
matlaşdırıcı lövhə yerləşən otaqdan kompressorların işinin
dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.
154
Kompressorların qəza saxlanma düymələri maşın zalının
əsas çıxışlarında, rahat və təhlükəsiz yerlərdə idarəetmə mən-
təqəsində yerləşdirilməlidir.
2.5.108. Yağlama sisteminin avtomatik dayandırılan əla-
hiddə nasoslarının elektrik mühərriklərinin əl ilə (düymə ilə)
dayandırılması nəzərə alınmalıdır.
2.5.109. Porşenli kompressorların bütün sıxma
pillələrinin vurucu xətlərində, qazın ən az döyüntüsü olan
yerlərdə üç gedişli kranla təchiz olunan manometrlər
qoyulmalıdır.
2,5MPa təzyiqdə ikinci manometr qoymaq üçün ventil və
kran əvəzinə qapayıcı quruluşu olan ştuser qoyulmasına icazə
verilir.
2.5.110. Təzyiqi 16MPa-dan yüksək olan kompressorların
pillələri soyuducudan əvvəl və sonra manometrlə təchiz olunma-
lıdır.
2.5.111. Kompressorun vurucu xətti və sıxıcı kompres-
sorların sorucu xətləri göstərilən manometrlərdən əlavə təzyiqi
özü yazan manometrlə təchiz edilməlidir. Lazım gəldikdə belə
manometrlər aralıq sıxma pillələrində də qoyulmalıdır.
2.5.112. Kompressorların sorucu və vurucu xətlərində
qoyulan yaylı manometrlərin sinifləri:
sorucu və vurucu kollektorlarda-1,5;
pillələrarası xətlərdə və qablarda-2,5;
su boru kəməri və yağ boru kəmərində-4,0;
hava toplayan qurğuda -2,5-dən az olmamalıdır.
2.5.113. Dövrü yağlama sistemində süzgəcdən əvvəl və
yağ soyuducusundan sonra manometrlərin qoyulması nəzərə
alınmalıdır.
2.5.114. Kompressorların işlədiyi vaxt baş verən titrəyişin
təsirini azaltmaq üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:
-kompressorların özülləri binanın konstruksiyasından ay-
rılmalıdır (özüllər, divar, örtüklər və s.);
155
-qonşu kompressorların özüllərinin sahəsi özüllərə
sərbəst söykənməklə qoyulmalıdır;
-titrəyişdən mühafizə olunmaq üçün lazım gələrsə
özüllərdə izoləetmə işləri aparılmalıdır;
-kompressorların boru kəmərlərinin bina konstruksiyası
ilə sərt birləşməsi olmamalıdır.
2.5.115. Boru kəmərlərində qazın döyünməsi nəticəsində
baş verən titrəyişin azaldılması üçün lazım gələn hallarda
aşağıdakılar nəzərə alınmalıdır:
-sistemdə döyünməni söndürmək üçün kompressorların
bilavasitə yaxınlığında və ya hesablama yolu ilə təyin olunan
məsafələrdə bufer və akustik həcmlərin qoyulması;
-birləşdirici boru kəmərində ən az dönmələrin olması.
Boru kəmərinin istiqamətinin dəyişdirilməsi səlis və 90
0
-
dən az olmayan bucaq altında olmalıdır.
2.5.116. Kompressorlara əsas xidmət keçidi və kompres-
sorlar arasında daimi iş yeri olduqda keçidin eni 1,5m-dən,
pəncərə oyuğu yaxınlığındakı keçidin eni isə 1m-dən az
olmamalıdır. Kompressorla blokun divarı arasındakı məsafə isə
0,7m-dən az olmamalıdır.
2.5.117. Quraşdırılıb-sökülən və dəyişilən qovşaqların
ağır detallarının daşınması üçün stansiyanın ərazisində və
kompressor stansiyasının otağında stasionar və ya səyyar
yükqaldırıcı qurğu və ya tərtibat nəzərdə tutulmalıdır. Blok
bokslarda quraşdırma aralığı, lyüklar və ya diyirlətmə qurğusu
nəzərə alınmalıdır.
2.5.118. Qaz separatorları avtomatik drenaj qurğusu və
yuxarı səviyyə siqnalvericisilə, manometrlə, qoruyucu klapanla
və ya diafraqma ilə təchiz olunmalıdır. Separatorlar və yağ-
nəm ayırıcıları yuma və üfürmə üçün ştuserlə təmin
edilməlidir.
156
2.5.119. Kompressor stansiyasında səthinin temperaturu
45
0
C və daha çox olan hissələr izolə edilməli və ya çəpərlən-
məlidir.
2.5.120. Qaz boru kəmərləri, eləcə də təzyiqi 10MPa
qədər olan hava boru kəmərləri qaynaqla birləşdirilməlidir.
Avadanlıq və armatura birləşmək üçün flans birləşməsinə
icazə verilir.
Qaynaq işlərinin aparılmasına Azdövdağtexnəzarət Komi-
təsinin tələblərinə uyğun olaraq xüsusi hazırlığa və sertifakata
malik olan qaynaqçılar buraxılmalıdır.
2.5.121. Kompressor stansiyasını istismara buraxmazdan
əvvəl, eləcə də əsaslı təmirdən sonra stansiyanın hər bir
texnoloji sisteminin xətti, eləcə də stansiyadan qaz və hava
paylayıcı batareyaya qədər boru kəmərləri və siyirtmə
qovşaqları işçi təzyiqin 1,5 misli qədər möhkəmliyə və kipliyə
sınanmalıdır.
10MPa-dan yüksək təzyiqli hava boru kəmərləri, eləcə də
bina və kompressor stansiyası daxilində qaz boru kəmərləri
quraşdırıldıqdan sonra yoxlanılmalı və işlənib hazırlanmış
texniki şərtlərə müvafiq möhkəmliyə və kipliyə sınanmalıdır.
2.5.122. Kompressor stansiyasını bloklarla quraşdırarkən
qaz boru kəmərləri ancaq kipliyə sınanmalıdır.
2.5.123. Qablar və kompressor stansiyasının cihazları
quraşdırıldıqdan və ilkin baxışlardan sonra, əlavə olaraq
yenidən germetikliyə neft qazları ilə və ya işçi mühitdə
maksimal işçi təzyiqlə kipliyə sınanmalıdır. Sınağın nəticəsi 1
saat müddətində təzyiq düşgüsü 0,2%-dən çox olmadıqda
qənaətbəxş sayılır.
2.5.124. Vurucu xətt ilə birgə quraşdırılan və ondan
ayrılmayan bufer çənləri, soyuducular, yağdan nəmi ayıran
qurğular kipliyə, vurucu xətt ilə birgə maksimal işçi təzyiqə
sınaqdan keçirilməlidir.
157
2.5.125. Kompressor stansiyasının qaz boru kəmərinin
hər bir qaynaq tikişinə bütün perimetr boyu dağıdıcı olmayan
nəzarət üsulu ilə nəzarət olunmalıdır.
2.5.126. Qovşaqlarda sınaq işləri aparılarkən-kompres-
sorların fərdi olaraq yüksüz işi yoxlanmalıdır. Onların
təhlükəsiz işi isə yük altında yoxlanmalı, mühafizə relesi və
qoruyucu klapanlar nizamlanmalıdır.
2.5.127. Kompressor stansiyasının bütün avadanlıqlarının
iş yükü altında kompleks sınaqdan keçirilməsi kompressoru is-
tehsal edən zavodun təlimatında göstərilən hallar istisna ol-
maqla hava ilə yerinə yetirilməlidir.
2.5.128. Kompressorların son nəzarət sınağı tam iş reji-
mində, kompressoru istehsal edən zavodun təlimatlarında
göstərilən müddətdə fasiləsiz aparılmalıdır.
2.5.129. Kompressor stansiyasının avadanlıqları və
texnoloji boru kəmərlərinin sınağı layihə təşkilatı tərəfindən
işlənmiş və istehsalçı müəssisə ilə razılaşdırılmış proqram üzrə
aparılmalıdır. Sınaq proqramında təhlükəsizlik texnikasına,
istehsalat sanitariyasına, mühafizə mexanizm və tərtibatlarının
işinin yoxlanmasına riayət, eləcə də titrəyiş, səs-küy və başqa
parametrlərin ölçülməsi nəzərə alınmalıdır.
2.5.130. Kompressor qurğularının avadanlıqları təmirdən,
təmizləmədən və yoxlamadan sonra və həmçinin onun bir
neçə qovşaq və detalları dəyişdirildikdən sonra istismara
verilməzdən əvvəl xüsusi olaraq yoxlanılmalı və nəzarət
sınağından keçirilməlidir.
Dostları ilə paylaş: |