2.8.64. Tikinti zamanı DDÖ-nün yanında
xilasetmə
gəmisi növbə çəkməlidir. Əgər tikilən DDÖ-lərin arasındakı
məsafə 1,5km-dən artıq deyilsə, onların ikisinin arasında 1
xilasetmə gəmisi növbə çəkə bilər. Əgər DDÖ-nün yanında
nəqliyyat-quraşdırma gəmiləri varsa və yaxud tikilən obyektdə
insanlar yoxdursa xilasetmə
gəmisinin növbə çəkməsinə
ehtiyac yoxdur.
2.8.65. DDÖ-də ən azı iki minik meydançası olmalı və
onlar küləyin əsmə istiqamətinin müxtəlifliyi nəzərə alınmaqla
elə quraşdırılmalıdır ki, adamlar gəmiyə minib düşə bilsinlər.
2.8.66. Minik meydançalarının şəbəkəli döşəmələri,
məhəccərli çəpərləri olmalıdır. Minik meydançasından DDÖ-yə
qalxmaq üçün məhəccərli addım
pilləkənləri və suyun
səthindən 1,5m-ə qədər batırılmış asma pilləkənlər olmalıdır.
2.8.67. DDÖ-nün blok-modullarının konstruksiyası elə ol-
malıdır ki, o asanlıqla yığılsın (sökülsün), eləcə də DDÖ-nün
üzərində yerləşdirilmiş qaldırıcı
vasitələrin köməkliyi ilə
avadanlığın dəyişdirilməsi mümkün olsun.
2.8.68. Blok-modulların
qazma və texnoloji kompleks
avadanlıqları quraşdırıldıqdan, işə salma-sazlama və sınaq
işləri yerinə yetirildikdən sonra DDÖ-nün qəbul komissiyası
tərəfindən qəbulu aparılmalıdır.
Dostları ilə paylaş: