2.8.23. Buraxılma yollarındakı müşahidəçilərlə buraxılma
işinin rəhbəri arasında əlaqə radiotelefon və yaxud səsucaldan
vasitəsilə yaradılmalıdır. Bucurqadlara və qaldırıcı traktorlara
xidmət edən operatorlar, buraxılma işinin rəhbərinin verdiyi
siqnalları yerinə yetirməlidirlər. Qəza saxlamaları siqnalı kim
tərəfindən verilməsindən asılı olmayaraq yerinə yetirilməlidir.
2.8.24. Dayaq blokunun buraxılması zamanı bucurqadla-
rın və qaldırıcı traktorların idarə postunda operatorlardan
başqa onların əvəzediciləri də olmalıdır.
2.8.25. Dayaq blokunun buraxılması zamanı takelaj
tellənməsinin tros sisteminin təsir ərazisində adamların olması
qadağandır.
2.8.26. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusu-
nun pontonları əvvəlcədən möhkəmliyə, sıxlığa və layihə
üzrə hidravlik üsulla təzyiqə sınaqdan keçirilməlidir.
2.8.27. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusu-
nun batırmaq və yaxud üfürmək üçün borucuqları suyun
səthindən ən azı 2m hündürlüyə çıxmalıdır.
2.8.28. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğu-
sunda onun batırılması və yaxud üfürülməsi işi aparılanda
qurğunun üzərində adamların olması qadağandır.
2.8.29. Dayaq bloku suya buraxıldıqdan sonra işin
rəhbəri blokun suyun üzərində qalan hissələrinin
konstruksiyasına, dayaq blokunu yedəyə alıb tikinti nöqtəsində
qoymaq qurğusuna baxış keçirməli, onların saz vəziyyətdə
olmalarına əmin olmalıdır. Bundan başqa işin rəhbərində
qurğunun sualtı hissəsinə dalğıc baxış aktı olmalıdır.
Dostları ilə paylaş: