Азярбайъан республикасы


Yükqaldırma qurğularının (vışkaların, dorların) və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə50/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   46   47   48   49   50   51   52   53   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Yükqaldırma qurğularının (vışkaların, dorların) və
qazma avadanlıqlarının nəqli
158


2.5.131. Qazma vışkalarının şaquli vəziyyətdə və qazma
avadanlıqlarının iri bloklarla nəql etdirilməsi

221, 222

-in
tələblərinə müvafiq yerinə yetirilməlidir.
2.5.132. Iri blokların qazma vışkası ilə birlikdə və ya vış-
kanın ayrıca şaquli vəziyyətdə nəqlinin layihəsi, trasın aidiyyatı
(marağı) olan bütün təşkilatlarla razılaşdırılmasından sonra
vışkaquraşdırma işlərini yerinə yetirən təşkilatın rəhbərliyi tə-
rəfindən təsdiq edilməlidir. Mobil qazma qurğularının
bloklarının nəqli müəyyən edilmiş qaydada aparılmalıdır. Işlər,
belə işlərə rəhbərlik etməyə icazəsi olan cavabdeh
mütəxəssisin rəhbərliyi altında yerinə yetirilməlidir.
Layihədə aşağıdakılar öz əksini tapmalıdır:
-avadanlığın nəqli üsulu;
-avadanlığın hərəkət etdirilmə trası, saxlayıcı və
qoruyucu texnikanın hərəkət yolu;
-xəndəklərin, yarğanların, trasın düzləndirilməsinin, o
cümlədən kəsilmiş meşədə, yolun o biri tərəfinə keçdikdə,
EVX-ni, su səddini dəf etməyin üsulları;
-əsas və köməkçi texnikanın sayının müəyyən edilməsi;
-avadanlığın nəqlində iştirak edən briqada üzvlərinin sayı
və düzülməsi, EVX-ni istismar edən təşkilatın, dəmir yolunun
(onları kəsib keçmə hallarında) nümayəndəsinin iştirakı.
2.5.133. Qazma vışkaları və qazma avadanlıqlarının iri
blokları, bilavasitə vışkaquraşdırma sexinin rəisinin və ya iş
icraçısının rəhbərliyi altında nəql olunmalıdır. Nəql olunan ava-
danlıq EVX trasını kəsib keçdikdə bu EVX-ni istismar edən
təşkilatın nümayəndəsinin iştirakı vacibdir.
2.5.134. Qazma vışkasının hərəkət etdirilmə yolu yerüstü
qurğulardan (binalar, dəmir yolu və s.) kənarda, həmçinin
hava EVX-nin mühafizə zonasından vışkanın hündürlüyündən
10m-dən az olmayan bir məsafədə salınmalıdır.
Bu tələbin yerinə yetirilməsi mümkün olmadıqda,
yanından keçiləcək (ötüb keçiləcək) qurğunun əks tərəfində
159


bu qurğunu keçən zaman vışkanın traktorla saxlanması üçün
əlavə dartıcı qoyulmalıdır. Yüksək gərginlikli elektrik xətlərinə
qədər olan minimal məsafə

223



32

-nin tələblərinə
uyğun olmalıdır.
160


2.5.135. Qazma vışkası və blokların hərəkət yolu,
hərəkət istiqamətində yolun solunda trasdan 5m məsafədə
sıra ilə düzülmüş payacıqlarla qeyd edilməlidir.
Payacıqlar trasın yaxşı görünməsini təmin etməli, yolun
düz və açıqlıq sahələrində, bir-birindən 100m-ə qədər
məsafədə, döngələr və bağlı yerlərdə isə trasın görünməsini
təmin edən məsafədə qoyulmalıdır.
Qeyd:
Yaxşı görünən səmtdə payacıqların qoyulması
vacib deyildir.
2.5.136. Trasın bölünməsində bütün döngələr böyük
radiuslarla işarə edilməlidir ki, qazma vışkası və blokların
hərəkəti zamanı onların döndərilməsini dərhal (bir dəfəyə)
həyata keçirmək mümkün olsun.
2.5.137 Qazma vışkası və qazma avadanlıqlarının iri
bloklarını hərəkət etdirməyə başlamazdan əvvəl cavabdeh iş
rəhbəri trasın hazırlığını yoxlamalıdır.
2.5.138. Vışkanın hərəkət etdirilməyə hazırlanması üzrə
briqadanın və vışkanın daxilində işləyən avadanlıqlara xidmət
briqadasının eyni vaxtda işləməsi qadağandır.
2.5.139. Qazma vışkasının hərəkət etdirilməyə
hazırlanması işinə yalnız aşağıdakılar təmin olunduqda
başlanıla bilər:
-nəql olunacaq tras üzrə elektrik xəttini istismar edən
təşkilatın işçiləri olduqda;
-elektrik cərəyanını kəsdikdən, gərginlik verilməsi
mümkün olan bütün tərəflərdən kabellər və hava EVX-nin
kəsilməsi yazılı surətdə təsdiq edildikdən sonra;
- qazma avadanlıqları və vışka ətrafı qurğular (tikililər)
söküldükdən sonra.
2.5.140. Qazma vışkasının özüldən götürülməsinə, yalnız
quyu ağzındakı armaturun siyirtməsini bağladıqdan və atqı
xəttini ayırdıqdan sonra başlamaq olar. Bu zaman fontan
vuran quyu boğulmalıdır.
161


2.5.141. Qazma vışkasının özüldən götürülməsi zamanı
neftqazçıxarma müəssisəsi nümayəndəsinin iştirakının zərurili-
yini Istehsalat Birliyi (yuxarı təşkilat) Azdövdağtexnəzarət
Komitəsi ilə razılaşdırdıqdan sonra müəyyən etməlidir.
2.5.142. Qazma vışkasını şaquli vəziyyətdə nəql edən za-
man onu aşmadan qorumaq üçün AzDƏMTTETI tərəfindən iş-
lənilmiş və traktor-dartıcıya bərkidilmiş xüsusi tərtibatdan

224

-dən istifadə edilməlidir.
2.5.143. Bütün tipli qazma vışkalarını şaquli vəziyyətdə
hərəkət etdirməyə başlamazdan əvvəl tal bloku ya vışkanın
ayağı və ya kəmərinə (2-ci yarusdan yuxarı olmamaq şərti ilə)
möhkəm bərkidilməli, ya da döşəməyə uzadılmalı və
bərkidilməlidir.
2.5.144. Qazma vışkasının və blokların hərəkət
etdirilməsi zamanı bilavasitə bu işlə əlaqəsi olmayan
adamların vışkanın hündürlüyündən 10m-dən az olan
məsafədə dayanması qadağandır. Həmçinin blokları hərəkət
etdirərkən dartıcı və qoruyucu kanatların, ağır yükdaşıyanların
işlək hissələri və başqa nəqliyyat vasitələrinin yaxınlığında
adamların dayanması qadağandır.
2.5.145. Qazma vışkasının aşağı (quraşdırma) kəmər
olmadan özüldən götürülməsi, hərəkət etdirilməsi və özül
üzərinə qoyulması qadağandır.
Quraşdırma kəmərinin, vışka hərəkət etdirilərkən yalnız
quyu ağzında yerləşən armaturdan çıxarılmasına icazə verilir.
2.5.146. Hərəkət etdiriləcək qazma vışkasından traktora
qədər olan məsafə vışkanın hündürlüyündən 10m artıq
olmalıdır. Əgər yerli şəraitə görə bu tələbi yerinə yetirmək
mümkün deyilsə, onda əks tərəfdən əlavə traktor tətbiq
etməklə, bu məsafənin azaldılmasına icazə verilir. Bu
traktordan gələn dartıcının ucu vışkanın yuxarı hissəsinə
bərkidilməlidir.
162


2.5.147. Qazma vışkasını saxlayan traktorlar yoxuşu qal-
xarkən vışkadan qabaqda trasdan 25m-dən az olmayan məsa-
fədə onun yan tərəfində irəliləməlidirlər.
2.5.148. Qazma vışkasını yeni nöqtədə quraşdırmaq
üçün bütün hazırlıq işləri onu hərəkət etdirməyə başlamazdan
əvvəl yerinə yetirilməlidir.
2.5.149. Nəql zamanı qazma vışkası bərabərtərəfli üçbu-
cağın bucaqlarına doğru yönəldilmiş üç dartıcı ilə saxlanılmalı
və bunun mərkəzində yerləşməlidir.
2.5.150. Qazma vışkasının özül üzərində tam qoyulması
və onun mərkəzləşdirilməsi daimi dartıcılar bərkidildikdən
sonra yerinə yetirilməlidir.
2.5.151. Lafetlərin və ağır yükdaşıyanların blokun
daşıyıcı tirinin altına qoyulub çıxarılması zamanı lafetdə, ağır
yükdaşıyanda və onların hərəkət yolunda kimsənin olması
qadağandır.
2.5.152. Blok qaldırılmamışdan əvvəl, daşıyıcı tir lafetə
və ya ağır yükdaşıyana blokun, lafet və ya ağır yükdaşıyanın
konstruksiyasında nəzərdə tutulmuş xüsusi tərtibatın köməyi
ilə bərkidilməlidir.
2.5.153. Blokun lafet və ya ağır yükdaşıyan üzərinə qo-
yulması üçün qaldırılması, habelə onun özül üzərinə
endirilməsi domkrat-arabaların eyni zamanda səlis işləmələri
ilə yerinə yetirilməlidir.
2.5.154. Blok domkratlarla qaldırıldıqdan sonra 10-15
dəqiqə asılı vəziyyətdə qalmalı, sonra hidropnevmosistemin
kipliyini, daşıyıcı tirlər, bəndlər və birləşmələrin
zədələnmədiklərini, deformasiyaya uğramadıqlarını nəzərdən
keçirmək yolu ilə yoxlamaq lazımdır.
2.5.155. Bloku tormozlamaq üçün qürğü olmadıqda,
onun enişlərdə qabaqdakı traktora dəyməsinin qarşısını almaq
məqsədi ilə blokun arxa hissəsinə əlavə traktorlar bərkitmək
lazımdır.
163


Traktorların sayı blokun çəkisi, lafetin və ya ağır yükdaşı-
yanın konstruksiyası, yerin mailliyi və torpağın vəziyyətindən
asılı olaraq müəyyən edilir.
2.5.156. Blok qaldırıldıqda və istismar avadanlığı quraşdı-
rılmış quyu ərazisindən kənara dartıldıqda, avadanlığın
zədələnməsinə imkan verməyən tədbirlər görülməlidir.
Istismar avadanlığı armaturunun hündürlüyü vışkaaltı
əsasın tirinin fermasından 0,5m-dən az olmayaraq aşağı
olmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin