2.6.19. Lehimləyici lampa yer səthində kabel quyusundan
ən azı 2 m məsafədə alışdırılmalıdır.
Lehimləyici lampanı alışdırmazdan qabaq onun saz olma-
sını yoxlamaq lazımdır.
Lehimləyici lampadan istifadə edərkən aşağıdakı
qaydalara riayət edilməlidir:
-lampa onun tutumunun 3/4 hissəsindən artıq olmayaraq
yanacaqla doldurulmalıdır;
-yanacaq tökülən yerin tıxacı axıra qədər kip bağlan-
malıdır;
-açıq od yanında lampaya yanacaq tökmək və
boşaltmaq, onu sökmək qadağandır;
-lampanın odluğunun nippeli vasitəsilə ona yanacaq
tökərək yandırmaq qadağandır, odluğu o vaxt çıxarmaq olar
ki, sıxılmış hava buraxılmış olsun;
-lampada hər hansı nasazlıqlar aşkar edildikdə (tutumdan
yanacaq sızması, odluğun yivindən qaz sızması, tutumun
əzilməsi və s.) təcili olaraq bu lampa ilə işləməyi dayandırmalı;
-lehimləyici lampanın partlamasının qarşısını almaq üçün
onu həddindən artıq təzyiqləndirmək olmaz;
-yanan lampanı quyunun içərisinə lehimləyici vedrənin
içərisində vermək lazımdır. Bundan qabaq qaz analizatoru
vasitəsilə quyuda qazın olub-olmaması yoxlanılmalıdır.
Dostları ilə paylaş: