Азярбайъан республикасы


D. Dambaların (bəndlərin) tikintisi və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə59/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   55   56   57   58   59   60   61   62   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. Dambaların (bəndlərin) tikintisi və
dibdərinləşdirmə işləri
2.8.80. Dibdərinləşdirmə işləri, təsdiq edilmiş layihə və
yaxud texniki tapşırığa əsasən yerinə yetirilməlidir. Layihədən
və yaxud texniki tapşırıqdan kənara çıxmaq layihə təşkilatı ilə
razılaşdırılmalıdır.
2.8.81. Dənizin dibi tral vasitəsilə tədqiq ediləndən və
dalğıc müayinəsindən sonra və dənizin dibindən işçi
zonasından dibdərinləşdirici torpaqqazan maşının işinə mane
olan əşyalar kənarlaşdırıldıqdan sonra dibdərinləşdirmə
işlərinə icazə verilir. Dalğıc müayinəsi dibdərinləşdirmə
işlərinin bütün sahəsində və həmçinin onun hüdudlarından işçi
lövbərlər qoyulmuş məsafəyə qədər kənarlarda da
aparılmalıdır. Aşkar edilmiş maneələr aradan götürülməli, bu
mümkün deyilsə maneələr üzgəclər vasitəsilə işarə
olunmalıdır.
Əgər maneələr aradan götürülməyibsə və buna lüzum
yoxdursa, onda dibdərinləşdirici torpaqqazan maşının
dibdərinləşdirmə işləri zamanı həmin maneələrin yanından
keçmə məsələsi layihə təşkilatı ilə razılaşdırılmalıdır.
2.8.82. Telefon və elektrik kabellərinin, boru
kəmərlərinin, qaz kəmərlərinin və digər sualtı qurğuların
nişanlanması, dibdərinləşdirici torpaqqazan maşının həmin
qurğulara yaxınlaşa bilən sərhəddi boyunca aparılmalıdır.
Sərhədlər, bu qurğuları istismar edən təşkilatla
razılaşdırılmalıdır.
2.8.83. Layihədə nəzərdə tutulmuş dambaların yüksəldil-
məsi sürəti, tikintinin dayanıqlığı hesabatı əsasında sistematik
olaraq dəqiqləşdirilməlidir. Bu, bütün iş müddətində layihəyə
əsasən qoyulmuş dayanıqlıq ehtiyatının təmin edilməsi üçün
tələb olunur.
183


2.8.84. Bəndqurma işlərinin qəbul-təhvili zamanı,
görülən işlərin layihəyə uyğunluğu haqda qəbul edilmiş
formada akt tərtib olunmalıdır.
D. 2.9. Boru kəmərlərinin çəkilməsi və təmiri

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin