2.9.28. Estakadanın məhəccərli çəpərinin arxasından
boru kəmərinin 2 yarusda çəkilməsinə icazə verilir. Bu zaman
estakadanın metal konstruksiyalarına düşən buraxıla bilən
yüklər nəzərə alınmalıdır. Layihə təşkilatı ilə razılaşdırılmadan
əlavə boru kəmərinin çəkilməsi qadağandır. Yuxarı yarusun
boru kəməri ilə aşağı yarusun boru kəməri arasındakı məsafə
ən azı 1m olmalıdır. Yuxarı
yarusun boru kəmərinin
dayaqlarını aşağı boru kəmərinin üzərinə qoymaq qadağandır.
2.9.29. Boru kəmərləri
üçün dayaqlar xüsusi
konstruksiyalı olub estakadanın bir və yaxud hər iki tərəfində
ola bilər. Boru kəmərlərinin dayaqların üzərindən sürüşməməsi
üçün dirəyə xarici tərəfdən məhdudlaşdırıcılar
qaynaq
edilməlidir.
2.9.30. Baxış və təmir işlərinin aparılması
mümkünlüyünü təmin etmək şərtilə, qaz boru kəməri ilə digər
boru kəmərlərinin birgə çəkilməsinə icazə verilir.
2.9.31. Kəsişmə yerlərində
qaz boru kəməri neft boru
kəmərinin üstündən keçməlidir.
2.9.32. Bir yarusda qoyulmuş boru kəmərləri arasında
məsafə, diametri 0,2m və daha çox olan boru kəmərləri üçün
0,2m-dən, qalan hallarda isə 0,1m-dən az olmamalıdır.
2.9.33. Boru kəmərlərinin qaynaq birləşmələri dayaqdan
ən azı 0,5m məsafədə olmalıdır.
2.9.34. Qaz kəmərlərinin, polad boru patronun içindən
keçməklə və patronun bir ucunda şamın (dirsəyin) hündürlüyü
5m-dən az olmamaq şərti ilə EYM-in altından
keçirilməsinə
icazə verilir.
2.9.35. Qaz kəmərinin estakadanın altından keçən hissə-
sində qaynaq birləşmələri olmamalıdır.
2.9.36. Boru kəmərlərinin estakadanın üzərindən keçən
hissəsinin hündürlüyü 4,5m-dən az olmamalıdır.
188
2.9.37. Boru kəmərlərinin armaturları onu hazırlayan
müəssisənin verdiyi pasportun olub-olmamasından və saxla-
nılma müddətindən asılı olmayaraq quraşdırılmamışdan əvvəl
möhkəmliyə və kipliyə yoxlanılmalıdır.
2.9.38. Armaturlar boru kəmərləri
üzərində elə yerləş-
dirilməlidir ki, onlara sərbəst və təhlükəsiz yanaşmaq mümkün
olsun. Estakadanın məhəccərli çəpərinin arxasında
yerləşdirilən armaturlara qulluq etmək üçün çəpərli meydança
olmalıdır.
2.9.39. Bağlayıcı armaturların estakada üzrə yerləşdiril-
məsi, boru kəmərinin ayrı-ayrı sahələrini qəza hallarında və
profilaktika işlərində bağlamağa (təcrid etməyə) imkan
verməlidir.
2.9.40. Qaz kəmərinin üzərində hər 100 m-dən bir “Qaz”
sözü yazılmalı və yaxud kəmər müvafiq rənglə rənglənməlidir.
Dostları ilə paylaş: