d) quyunun qazma üsulu və optimal rejimlər, süxurdağı-
dıcı
alətin növü, qazma və qoruyucu kəmərlərin qaldırma-
endirmə əməliyyatlarının sürəti və məhlulunun parametrləri;
e) möhkəmlik qrupu, divarının qalınlığı, möhkəmlik ehti-
yatı, qıfıl birləşmələrinin diametri göstərilməklə qazma boruları
kəmərinin kompanovkası;
ə) minimal hidravlik itkilərdə quyu dibinin və lüləsinin qa-
zılmış süxurlardan optimal təmizlənməsini təmin edən quyu-
nun yuyulmasının hidravlik proqramı;
f) tamponaj materialının tipi, onun daşının və məhlulu-
nun xassələri (axıcılığı, qatılaşmağa və bərkiməyə başlama
vaxtı,
keçiriciliyi, möhkəmliyi, aqressiv mühitə qarşı
davamlılığı), dağ-mədən geoloji şəraitdən asılı
olaraq
sementləmənin üsul və hidravlik proqramı;
g) sementləmə prosesinə nəzarətin və tamponaj məhlu-
lunun bərkidikdən sonra, bərkimə halının öyrənilməsinin req-
lamenti;
ğ) qazma prosesində lay təzyiqlərinin və flüidin tərkibini
dəqiqləşdirmək üçün stratiqrafik kəsilişin tədqiqatlarının
həcmi;
h) layların təkrar açılmasının (perforasiya) texnologiyası
və bunun üçün istifadə olunan aparatların tipi (növü);
x) quyuların mənimsənilməsinin üsulları, quyuda layların
sınanması, laydan axımın intensivləşdirmə metodları və
geoloji-geofiziki tədqiqatların proqramı;
ı) quyu ağzının kəmər başlığı, tullanışa qarşı avadanlıqla
və fontan armaturu ilə yığım (obvyazka) sxemləri, onların tex-
niki xarakteristikası və qoruyucu kəmərlə birlikdə sınanma
zamanı quyu ağzındakı təzyiq;
i) qazma qurğusu tipinin əsaslandırılması;
j) ətraf mühitin mühafizəsi üzrə tədbirlər – texnoloji pro-
seslərin təsviri və istehsalat tullantılarının təmizlənməsi və isti-
fadə edilməsi, çirkab suların təkrar istifadə olunması, onların
207
təbii mühit obyektlərinə təhlükəsiz tullanması, işlənmiş qazma
məhlulunun və şlamın yerə basdırılması vaxtı ətraf mühitə
mənfi təsirin neytrallaşdırılması
üzrə texniki vasitələrin
siyahısı;
k) quyunun tikilməsi üçün geoloji-texniki tapşırıq;
q) qazma qurğusu üçün binövrənin tip və ölçüləri;
l) işçilərin FMV-ləri. Aqressiv flüidli məhsuldar horizontları
açdıqda hava mühitinə nəzarət etmək üçün cihazlar da daxil
olmaqla nəzarət-ölçü cihazları;
m) qazma məhlulunun ehtiyat həcmi;
n) qazneftsu təzahürlərinin qarşısının alınması və ilkin tə-
zahürün aşkar edilməsi üzrə tədbirlər;
o) kiçik mexanizasiya, yanğın əleyhinə inventarla komp-
lektləşdirmə;
ö) qoruyucu kəmərlərin qalıq möhkəmliyinin qiymətləndi-
rilməsi metodları.
3.2.4. Layihədə dəyişiklik və kənarlaşmaya, ona əlavə et-
məyə layihənin sifarişçisi və layihəçisi arasında razılığa əsasən,
qəbul olunmuş müvafiq qaydada icazə verilir. Qəza hallarında
bu istisna olunur və bu vaxt qazma idarəsinin rəhbərliyi layi-
hədən kənara çıxmaq haqqında qərar qəbul edir, sifarişçini və
layihə təşkilatını sonradan xəbərdar edir. Qəbul edilən
dəyişikliklər heç bir halda obyektin
möhkəmliyini və işlərin
təhlükəsizlik dərəcəsini azaltmamalıdır.
3.2.5. Layihələri həyata keçirmək üçün nəzarəti sifarişçi
həyata keçirir, ehtiyac olduqda o, layihə təşkilatını cəlb edə
bilər.
Dostları ilə paylaş: