Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə73/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   69   70   71   72   73   74   75   76   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Qazma vışkaları
3.3.33. Qazma vışkasının özülünün konstruksiyası aşağı-
dakıların mümkünlüyünü nəzərdə tutmalıdır:
- preventor qurğusunun quyu ağzında quraşdırılmasını
və quyu ağzında fontan armaturu və ya onun bir hissəsi
qurularkən əsasın sökülməsini;
- rotor stolunun buruq döşəməsi səviyyəsində quraş-
dırılmasını;
Aşağıdakıların səmərəli yerləşdirilməsini:
- avtomatlaşdırma, mexanikləşdirmə vasitələrinin və
idarəetmə pultlarının;
- hava-yağ-yanacaq borularının və qızdırıcı sistemlərin;
- tal sisteminin hərəkətsiz ucunun bərkidilməsi mexa-
nizminin;
- maşın açarlarının qoruyucu və işlək kanatlarının bərki-
dilməsi mexanizminin;
- maşın açarlarının hündürlük boyunca vəziyyətini dəyiş-
dirən mexanizmin;
- artırma (narahivanie), aparıcı və AQB üçün şurfların.
3.3.34. Vışkalar (mobil qazma qurğularından başqa)
kəlləçarxa xidmət və qazma şlanqının dəyişdirilməsi üçün
meydançalarla təchiz olunmalıdır. Şamların (sveçi) əl ilə
düzülməsi nəzərdə tutulmuş vışkalar yuxarı fəhlə üçün
meydança ilə təchiz olunmalıdır. Meydança qəza vaxtı yuxarı
fəhləni təxliyə etmək üçün xüsusi tərtibatla təmin olunmalıdır.
Tərtibat yuxarı fəhlənin vışkadaxili sahədən ani vaxtda
təxliyəsini təmin etməlidir.
3.3.35. Vışkalar yuxarı fəhlənin təhlükəsiz qalxıb-düşməsi
üçün nərdivanla (lestniüa-stremənka) və ya 6 m-dən bir keçid
meydançası olan tunel tipli nərdivanlarla ya da yuxarı fəhlə
balkonuna qədər hər 6 m-dən bir keçid meydançası olan marş
215


pilləkənləri, ondan yuxarı isə tunel tipli və ya qalxıb-enmək
üçün təhlükəsiz qurğusu olan nərdivanla təchiz olunmalıdır.
Fəhlənin vışkanın balkonuna təhlükəsiz qalxması üçün
qurğu olmalıdır. 
3.3.36.Hər bir vışka görünən yerdə asılan (bərkidilmiş)
metal lövhəciklə təchiz edilməlidir. Bu lövhədə aşağıdakılar
göstərilməlidir:
- istehsal tarixi;
- istehsal edən zavod;
- vışkanın zavod nömrəsi (qazma qurğusunun);
- vışkanın yükqaldırma qabiliyyəti (nominal);
- vışkanın növbəti sınağının vaxtı (texniki vəziyyətinin
yoxlanılması).
3.3.37. Qazma vışkalarının və dorlarının texniki vəziyyəti-
nin yoxlanılması və sınağı

238, 241, 243, 244

tələblərinə
uyğun yerinə yetirilməlidir.
3.3.38. Istismar prosesində vaxtaşırı, ayda bir dəfədən
az olmayaraq, qazma vışkalarına, baş mexanikin tərtib etdiyi
və müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş cədvəl üzrə,
qazma ustası və mexanik tərəfindən baxış keçirilməlidir.
3.3.39. Qazma vışkalarına vaxtaşırı baxışın nəticələri,
avadanlıqların texniki vəziyyətinin yoxlanılması jurnalında qeyd
edilməlidir. Bu zaman qüsuru olan element və bəndlərin
yerləşdiyi yer dəqiq göstərilməlidir.
3.3.40. Qazma vışkasının hər hansı qüsuru olan (defor-
masiya, korroziya və s.) element və bəndləri aşkar edilərsə,
bu barədə qazma ustası dərhal qazma müəssisəsinin
rəhbərinə xəbər verməlidir.
3.3.41. Qazma vışkalarına vışkaquraşdırma sexinin
nümayəndəsinin və ya quraşdırmaya cavabdeh olan şəxsin
iştirakı ilə aşağıdakı hallarda növbədənkənar baxış
keçirilməlidir:
216


- quraşdırılması başa çatmış və istismara buraxılmamış-
dan əvvəl;
- qazma vışkasının çəkilməsinə başlamazdan əvvəl və
çəkilmə başa çatdıqdan sonra;
- qoruyucu kəmərin quyuya buraxılmasına başlamazdan
əvvəl;
- tutulmuş qoruycu boru kəmərinin və qazma alətinin
dartılıb-boşaldılaraq müxtəlif istiqamətli yük verilməsi tələb
edilən tutulma işlərinə başlamazdan əvvəl və sonra;
- açıq fontan və tullanışlardan sonra;
- qasırğalı küləkdən (25 m/san-dən artıq ) sonra.
Qazma vışkasının texniki vəziyyətinin yoxlanılmasının
nəticələri, baxış keçirmiş işçilərin imzaladığı aktla rəsmiləşdirilir
(Əlavə 4). Qazma vışkasının zədələnmiş hissələri, işə yenidən
başlamazdan əvvəl, bərpa edilməli və ya dəyişdirilməlidir.
Əsas təmir işləri, qazma vışkasının daşıyıcı elementlərinin
(ayaq, kəmər, kəlləçarxaltı tirlər və s.) təmiri texniki pasportda
qeyd edilməlidir.
Qazma vışkalarında təmir (yükdaşıyıcı elementlər) işləri
aparıldıqdan sonra, onlar təhlükəsiz (dağıdıcı olmayan) üsulla
sınaqdan keçirilməlidir.
3.3.42. Yeddi təqvim ilindən sonra qazma vışkasına,
qazma idarəsinin baş mütəxəssislərinin iştirakı ilə xüsusi
komissiya tərəfindən baxış keçirilməli, onun gələcək istismar
üçün yararlı olması müəyyən edilərsə, yükqaldırma qabiliyyə-
tinin təyin edilməsi üçün sınağı keçirilməlidir. Sınağın nəticələri
müsbət olarsa, komissiya 5 ildən artıq olmamaq şərti ilə
vışkanın gələcək istismar müddətini müəyyən edir. Bundan
sonra (5 ildən sonra)qazma vışkasının sınanması müsbət
nəticə verərsə, onun daha 3 il istismar edilməsinə icazə verilir.
15 ildən sonra, müstəsna hallarda, qazma vışkasının
istismarına ancaq onun tam sökülməklə, bütün bənd və
elementləri təftiş edilməklə, zay və istismara yararlı olmayan
217


hissələrin dəyişdirilməsindən, defektoskopiya və
qalınlıqölçənlə yoxlanılma işləri aparıldıqdan, yenidən
yığıldıqdan. növbəti sınaq aparıldıqdan sonra ildə bir dəfə
(hesabdan silinənə qədər) sınaqdan keçirilməklə icazə verilir.
Bütün hallarda 7 ildən artıq istismar edilmiş qazma
vışkalarına, onların texniki vəziyyəti haqqında akt və
gələcəkdə istismara yararlı olması barədə rəy tərtib edilməklə,
hər il mütəxəssislərin iştirakı ilə komissiya tərəfindən baxış
keçirilməlidir.
3.3.43. Təhlükəsiz (dağıdıcı olmayan) üsulla qazma
vışkalarının sınaqdan keçirilməsinin təşkilini və aparılmasını
müəssisə baş mühəndisinin rəhbərliyi altında
Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsinin iştirakı
ilə yaradılmış komissiya həyata keçirməlidir.
3.3.44. Qazma vışkası sınağının nəticələri barədə sədr və
komissiya üzvlərinin, həmçinin ölçü və hesablama işləri icraçı-
larının imzaladığı akt tərtib edilir (Əlavə 6).

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin