Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə75/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   71   72   73   74   75   76   77   78   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.5. Quyuların qazılması
Ümumi tələblər 
3.5.1. Quraşdırılmış qazma qurğusunun işə salınması, o,
tam hazır olduqdan, bütün avadanlıq yoxlama üçün sınaqdan
çıxarıldıqdan və qazma briqadası komplektləşdirildikdən sonra,
qazma qurğusunun qəbulu üzrə komissiyanın
(Azdövdağtexnəzarət Komitəsinin yerli və Fontana qarşı
dağmədənxilasetmə hərbiləşdirilmiş hissənin nümayəndələrinin
iştirakı ilə) qərarı ilə həyata keçirilir. Azdövdağtexnəzarət
Komitəsinin nümayəndəsi buruğa gəlmədikdə komissiyanın
onsuz qazma qurğusunu akt tərtib etməklə istismara buraxmağa
ixtiyarı vardır.
Qazma qurğusunun istismara buraxılması aktla sənədləş-
dirilir (Əlavə 3).
3.5.2. Qazma prosesində aşağıdakı parametrlərə daima
nəzarət olunmalıdır:
- diaqrammada qeyd olunmaqla qarmaqdakı yük;
- jurnalda qeyd olunmaqla qazma məhlulunun sıxlığı;
- quyunun girişi və çıxışındakı qazma məhlulunun sərfi;
- diaqrammada və ya jurnalda qeyd olunmaqla qazma
nasoslarının manifold xəttindəki təzyiq;
- qazma zamanı qəbul tutumlarındakı (çənlərində)
məhlulun səviyyəsi;
- rotordakı fırlanma momenti.
Qarmaqdakı yükün göstəriciləri, qazma nasoslarının
manifold xəttindəki təzyiq, rotorda fırladıcı momentin ölçüsü
qazmaçının görmə dairəsində olmalıdır.
221


Maili və horizontal quyuları qazdıqda aşağıdakılara nəza-
rət olunmalıdır:
- quyu lüləsinin azimutu və zenit (əyilmə) bucağı;
- quyu lüləsinin fəzada yerləşməsi;
- qazılan və əvvəl qazılmış qonşu quyu lülələrinin
qarşılıqlı yerləşməsi.
Nəzarətin müntəzəmliyi layihə ilə və ya təşkilat
tərəfindən qoyulur.
3.5.3. Quyu-lay sistemindəki diferensial təzyiqin
tənzimlənməsi ilə qazma işlərinin aparılması, horizontal və
maili quyuların, həmçinin qrup halında (küt quyuların)
qazılması bu Qaydaların və müvafiq normativ sənədlərin
əsasında işlənmiş layihəyə uyğun həyata keçirilməlidir.
3.5.4. Buruq rəisi və ya usta qazma idarəsinin
rəhbərliyinə buruqda aparılan işlər haqqında sutkalıq raport
təqdim edir. Sutkalıq raporta qeydedici nəzarət-ölçü cihaz
diaqramları əlavə olunur.
3.5.5. Növbələrin dəyişdirilməsinin təşkili və qaydası, iş
yerində təhlükəsizlik üzrə təlimatlandırmanın müntəzəmliyi və
qeydə alınması idarə üzrə qəbul edilmiş qaydada aparılır.
222



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin