3.7. Tullanışa qarşı avadanlığın quraşdırılması və
istismarı
3.7.1. Qazmada qazneftsu təzahürləri gözlənildikdə
konduktorda, aralıq kəmərində, həmçinin məhsuldar laylar
açılan zaman istismar kəmərinin içərisində iş aparıldıqda
istismar kəmərində tullanışa qarşı avadanlıq (preventor)
quraşdırılmalıdır. Qoruyucu kəmərlər bir-biri ilə kəmər
başlıqları ilə bağlanılmalıdır. TQA-nın və kəmər başlıqlarının
quraşdırılması və istismarı üzrə təlimat istehsalçı zavodlar
tərəfindən verilən texniki şərtlərə əsasən müəssisə tərəfindən
işlənilir və onun texniki rəhbərliyi tərəfindən təsdiq olunur.
Kəmər başlığının, preventorlar blokunun və manifoldun
işçi təzyiqi qazmanın hər mərhələsində quyuda qazma məhlu-
lunun lay flüidi ilə və ya qaz-məhlul qatışığı ilə tam
dəyişdirilməsi və açıq fontanda quyu ağzının kipləşdirilməsi
şəraitində hesablanmış qoruyucu kəmərin kipliyə yoxlanma
təzyiqindən az olmamalıdır.
3.7.2. Quyunun kəsilişin konkret dağ-mədən-geoloji
xüsusiyyətindən asılı olaraq preventor yığımı, manifold, pre-
ventorların hidravlik və drosselləmə idarəetmə pultları,
separator və məşəl (fakel) qurğuları aşağıdakı texnoloji
əməliyyatları yerinə yetirmək üçün seçilir:
- qazma boruları quyuda olduqda və ya olmadıqda quyu
ağzının kipləşdirilməsi;
- qəbul edilmiş texnologiya üzrə quyudakı flüidin yuyulub
çıxarılması;
- qazma boru kəmərinin preventoru bağladıqdan sonra
onun sıxaclarında (plaşka) oturdulması;
- qazma kəmərinin kəsilməsi;
- quyunu boğarkən onun vəziyyətinə nəzarət;
- qazma kəmərinin tutulmasının qarşısını almaq üçün
onun qaldırılıb-endirilməsi;
240
- quyu ağzı kip bağlanandan sonra qazma kəmərinin bir
hissəsinin və ya bütövlüklə qaldırılıb-endirilməsi.
3.7.3. TQA-nın quraşdırılması və birləşdirmə sxemi
qazma müəssisəsi tərəfindən işlənilir, sifarişçi,
Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılır və
müəyyən edilmiş qaydada təsdiq edilir. Bu zaman aşağıdakı
müddəaları rəhbər tutmaq lazımdır:
a) Normal təzyiqli neft və su layları ilə təmsil olunmuş,
öyrənilmiş kəsilişi açdıqda konduktor və ya texniki kəməri bu-
raxdıqdan sonra qazma kəmərinin endirilmiş halında (və ya
onsuz) quyunun kipliyini təmin etmək üçün quyu ağzına iki
preventor (onlardan biri universal) quraşdırılır.
b) Yüksək anomal təzyiqli neft, qaz və su horizontları aç-
dıqda quyuda biri universal olmaqla üç və ya dörd preventor
qoyulur. Quyu ağzında gözlənilən izafi təzyiq 100 kqq/sm
2
(10MPa)-dan aşağı olduqda, kəsici plaşkalı preventorun qoyul-
masının vacibliyi layın xüsusiyyətinə əsasən (flüidin tərkibi, ke-
çiriciliyi, məsaməliyi, debiti və s.) Azdövdağtexnəzarət
Komitəsi və FQDHH ilə razılaşdırılaraq müəssisə tərəfindən
müəyyən edilir.
c) Quyuda dörd preventor, onlardan biri kəsici plaşkalı, o
biri universal preventor olmaqla, aşağıdakı hallarda
quraşdırılır:
- anomal yüksək təzyiqli və hidrogen-sulfidin həcmi
miqdarı 6%-dən artıq olan layları açdıqda, həmçinin quyu ağ-
zında hidrogen-sulfid 6%-ə qədər və izafi təzyiq 350 kqq/sm
2
(35MPa)-dan artıq olduqda;
- germetikləşmiş quyu ağzında izafi təzyiqdə, boruların
endirilməsi və qaldırılması texnologiyasından istifadə olunduqda.
3.7.4. Qazılan quyuda quyu ağzında TQA-ın quraşdırıl-
masında bu Qaydaların 3.7.3 bəndinin tələblərindən kənara
çıxmalara müəssisə tərəfindən hərtərəfli əsaslandırılmalar
təqdim edildikdən və Fontana qarşı dağmədənxilasetmə
241
hərbiləşdirilmiş hissəsi ilə razılaşdırıldıqdan sonra
Azdövdağtexnəzarət Komitəsinin xüsusi icazəsi ilə yol verilir.
3.7.5. Boğücü (qluşenie) və tənzimləmə (drosselləmə)
bloklarından məşələ qədər atqı xətləri xüsusi dayaqlara
möhkəm bərkidilməli, quyu ağzına nisbətən maili olmaqla
istehsalat və məişət qurğularından kənara
istiqamətləndirilməlidir.
Xətlərin uzunluğu olmalıdır:
- qaz amili 200 m
3
/t-dan az olan neft quyuları üçün – azı
50 metr;
- qaz amili 200 m
3
/t-dan çox olan neft quyuları,
həmçinin qaz və kəşfiyyat quyuları üçün – azı 100 metr.
Xətlər və onlara qoyulan siyirtmələrin daxili diametrləri
xaçvari birləşmələrdəki daxili diametrlə eyni olmalıdır; si-
yirtmələr blokundan sonra onların diametrinin 30 mm-ə qədər
artırılmasına icazə verilir. Atqı xətlərinin uclarından qazma
qurğusunun obyektlərinə aid olmayan bütün
kommunikasiyalara və qurğulara qədər olan məsafə bütün
kateqoriyalı quyular üçün 100 m-dən az olmamalıdır.
3.7.6. Quyu ağzında gözlənilən təzyiq 350 kqq/sm
2
(35MPa)-dan artıq olan quyularda 3 tənzimlənən drosseli olan
(ikisi məsafədən, o biri isə əl ilə idarə olunan) zavodda hazır-
lanmış blok quraşdırılmalıdır.
Digər hallarda ikidən az olmayaraq məsafədən idarə olu-
nan tənzimləyici blok qoyulur.
3.7.7. Boğucu və tənzimləmə (drosselləmə) bloklarında
qoyulan manometrlərin, qoruyucu kəmərin və TQA-ın birgə
sınaq təzyiqindən 30% artıq olan yuxarı hədd ölçü diapazonu
olmalıdır.
3.7.8. TQA ölkədə və xaricdə zavod şəraitində
hazırlanmış qovşaq və detallardan yığılmalıdır. FQDHH-nin
razılığı ilə müəssisələrin istehsalat xidmət bazalarında təsdiq
edilmiş texniki şərtlərə uyğun hazırlanmış ayrı-ayrı detalların
242
və qovşaqların istifadəsinə icazə verilir. Hazırlanan qovşaq və
detalların pasportu olmalıdır.
3.7.9. Preventorları və hidravlik sistemləri idarə etmək
üçün əsas köməkçi idarəetmə pultları quraşdırılmalıdır.
Əsas idarəetmə pultu – quyu ağzından 10 metrdən az
olmayan məsafədə, rahat və təhlükəsiz yerdə
quraşdırılmalıdır.
Köməkçi idarəetmə pultu bilavasitə qazmaçının pultunun
yanında quraşdırılır və o, məhsuldar və qazneftsu təzahürlü
laylar açıldıqda operativ hazırlıq rejiminə qoşulur.
3.7.10. Preventorun plaşkalarını əl ilə hərəkətə gətirmək
üçün nəzərdə tutulmuş şturvallar rahat yerdə quraşdırılmalı və
onun partlayışdan mühafizəli çıraqlarla işıqlandırılması və
sığınacağı olmalıdır. Sığınacağın divarında şturvalın fırlanma
istiqaməti, preventoru bağlamaq üçün lazım olan dövrlərin
sayı göstərilməlidir.
3.7.11. Neft və qazla doymuş kollektorları açarkən
buruqda iki kürəli kranın olması vacibdir. Bunlardan biri aparıcı
boru ilə onun qoruyucu keçiricisinin arasında qoyulur, digəri
isə ehtiyatda saxlanılır.
Anomal yüksək təzyiqli layları açdıqda buruqda 3 ədəd
kran olmalıdır. Kranlardan biri aparıcı boru ilə fırlanğıc
arasında, ikincisi aparıcı boru ilə onun qoruyucu keçiricisi
arasında qoyulur, üçüncüsü isə ehtiyatda saxlanılır.
Kürəli kranların hamısı açıq vəziyyətdə olmalıdır. Kürəli
kranlardan əlavə buruqda, açıq vəziyyətdə qoymaq üçün tər-
tibatı olan iki əks klapan olmalıdır, bunlardan biri işçi, digəri
ehtiyat.
3.7.12. Preventorlar xaçvari birləşmə və əsas siyirtmə ilə
birlikdə quyu ağzında quraşdırılmazdan əvvəl su ilə pasportda
göstərilən işçi təzyiqə yoxlanmalıdır. Gövdənin qaynaqlı və tor-
na (tokar) təmirindən sonra, preventorlar sınaq təzyiqinə yox-
lanılmalıdır.
243
Kəsici plaşkalı preventorlar, stenddə plaşkaların bağlı
vəziyyətində işçi təzyiqə yoxlanılmalıdır, preventorun iş qabi-
liyyəti isə plaşkaları açıb-bağlamaqla yoxlanılmalıdır.
Yoxlamanın nəticələrinə görə akt tərtib edilməlidir.
3.7.13. Preventor qurğusu quraşdırıldıqdan və ya növbəti
qoruyucu kəmər buraxıldıqdan sonra, sement stəkanını
qazmazdan əvvəl preventor qurğusu yüksək təzyiq
manifoldunun son siyirtməsinə qədər su (və ya azotla) ilə
qoruyucu kəmərin sınaq təzyiqinə yoxlanılmalıdır.
Atqı xətləri axırıncı siyirtmədən sonra su ilə aşağıdakı
təzyiqə sınanmalıdır:
- 50 kqq/sm
2
(5 MPa) – 21 MPa (210 kqq/sm
2
) qədər
təzyiqə hesablanmış TQA üçün;
- 100 kqq/sm
2
(10 MPa) – 21 MPa-dan (210 kqq/sm
2
)
artıq təzyiqə hesablanmış TQA üçün.
Sınanmanın nəticələrinə görə akt tərtib edilməlidir.
3.7.14. Preventor qurğusu quraşdırıldıqdan və qoruyucu
kəmərlə birlikdə sınaqdan keçirildikdən, qoruyucu kəmər arxa-
sındakı sement halqası sınaqdan keçirildikdən sonra quyunun
qazılmasını FQDHH-nin nümayəndəsinin icazəsi olduqda da-
vam etdirmək olar.
3.7.15. Plaşkalı preventorlar vaxtaşırı açılıb-bağlanmağa
yoxlanılmalıdır. Yoxlamanın dövriliyi qazma müəssisəsi tərəfin-
dən müəyyənləşdirilir (həftədə bir dəfədən az olmayaraq).
3.7.16. Preventorun sıradan çıxmış hissəsini və ya pre-
ventor yığımının hər-hansı qovşağını dəyişdikdə, quyu ağzında
plaşkaları dəyişdikdə, preventor qurğusu kəmərin sınaq
təzyiqinə bərabər təzyiqlə əlavə olaraq sınanmalıdır.
Sınanmanın nəticələrinə görə akt tərtib edilməlidir.
3.7.17. Quyu ağzında qoyulan preventorun plaşkaları
istifadə olunan qazma borularının diametrinə uyğun olmalıdır.
244
Yığımda kəsici plaşkalı preventor olmadıqda, aşağı
preventorda boğuq plaşkalar quraşdırılmalıdır.
3.7.18. Qazma boruları müxtəlif ölçülü olduqda, qəbul
körpüsündə xüsusi sınaqdan çıxmış, keçiricisi və kürəli kranı
olan, diametri və möhkəmlik xüsusiyyətinə görə istifadə
olunan qazma kəmərinin yuxarı seksiyasına müvafiq olan
qazma borusu olmalıdır. Qazma borusu və kürəli kran qırmızı
rənglə rənglənməlidir.
3.7.19. Yüksək təzyiqli (anomal lay təzyiqli) layları
açılmış quyulara qoruyucu kəmərlər buraxıldıqda və
quraşdırılmış universal preventor quyu ağzındakı təzyiqə
müvafiq olmadıqda, preventorlardan birinin plaşkası buraxılan
qoruyucu kəmərin diametrinə uyğun plaşkalarla
dəyişdirilməlidir və ya qəbul körpüsündə qoruyucu kəmərə
uyğun keçiricisi və müvafiq təzyiqə sınaqdan keçirilmiş açıq
vəziyyətdə kürəli kranı olan qazma borusu olmalıdır.
3.7.20. Xidmət heyətinin quyu ağzında qoyulan TQA-ya
maneəsiz yaxınlaşması üçün buruğun altında döşəmə quraşdı-
rılmalıdır.
3.7.21. Quyu ağzında tullanışa qarşı birləşmənin yuxarı
hissəsinin bütün sxemləri, açıq fontanların ləğvi işini asanlaş-
dırmaq məqsədi ilə flans makarası, sökülüb-yığılan qıf
(voronka) və nov sistemi nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: |