Азярбайъан республикасы


DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə89/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   85   86   87   88   89   90   91   92   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR
(Quyuların tikilməsi)
3.13. Ümumi tələblər
3.13.1. Üzən qazma qurğuları (ÜQQ) aşağıdakılar
mövcud olduqda istismara buraxılır:
-
Dövlət komissiyasının ÜQQ-in qəbulu haqqında aktı;
-
Su nəqliyyatı Dəniz Registrinin ÜQQ-in istismarına
icazə verən sənədləri;
- ÜQQ-in istismara buraxılması haqqında qazma idarə-
sinin əmri. 
3.13.2. Azdövdağtexnəzarət Komitəsinin nümayəndə-
sinin iştirakı ilə olan komissiyanın ÜQQ-n qazmaya hazır
olması haqqında aktı (Əlavə 14) olduqda ÜQQ qazma işlərinə
buraxılır.
3.13.3. ÜQQ-da qazma işlərinə ümumi rəhbərlik qazma
qurğusunun rəhbərinə, onun olmadığı müddətdə isə – onu
əvəz edən cavabdeh şəxsə həvalə olunur.
3.13.4. ÜQQ-yə gəmilərin yanalmasına yalnız, ÜQQ-nin
kapitanının razılığı ilə xüsusi ayrılmış yerdə yaxşı meteoroloji
şəraitdə icazə verilir. ÜQQ-nin qazma nöqtəsinə qoyulması
vaxtı gəmilərin yanalması, yüklərin qəbulu və ötürülməsi
qadağandır.
270


3.13.5. Məsul işlər – keçid (pereqon), quyuların tikilməsi
və qəzaların aradan qaldırılması – müəyyən olunmuş qaydada
razılaşdırılmış və təsdiqlənmiş müvafiq planlar (layihələr) üzrə
yerinə yetirilməlidir. Bu planların (layihələrin) bir nüsxəsi
ÜQQ-də olmalıdır.
3.13.6. Qəza vəziyyətində həyəcan siqnalına uyğun
cədvələ əsasən hərəkət edilməsi və qəzaların qarşısının
alınması və aradan qaldırılması üzrə mühüm tədbirlər
görülməlidır.
3.13.7. ÜQQ-də yerləşdirilən dəyişən yükün (materiallar,
yanacaq, su və s.) çəkisinin və yerləşdirilməsinin xüsusi
jurnalda daima qeydiyyatı aparılmalıdır.
3.13.8. ÜQQ-nin altında qrifon əmələ gəldikdə və
bununla əlaqədar təhlükə yarandıqda kapitan, qurğunun
qazma nöqtəsindən qəza götürülməsi üzrə, qazma gəmisi
(QG) üçün isə quyunun ağzından qəza ayrılması və
kənarlaşdırılması üzrə təcili tədbirlər görməlidir.
3.13.9. Özüqalxan üzən qazma qurğusu qazma nöqtə-
sindən, qəza vəziyyətini istisna etməklə, ÖÜQQ-ni istismar
edən müəssisənin rəhbərinin əmri ilə çıxarıla bilər (Əlavə 17
və 18). 
3.13.10.
Yedəyə alınmasına hazırlığa görə və
həmçinin yedəkdən açılması və yedəyə götürülməsi zamanı
ÜQQ–nin təhlükəsizliyinə görə məsuliyyəti ÜQQ-nin kapitanı
daşıyır. ÜQQ-nin yedəyə alınmasına hazırlığa dair
sənədləşdirmə jurnalının vərəqi doldurulmalıdır (Əlavə 16).
Yedək zamanı ÜQQ-in təhlükəsizliyi üzrə məsuliyyəti
istismar rəisi (əsas yedəyin kapitanı) daşıyır. 
3.13.11. Daşınma (yerdəyişmə) trassası, yedək
gəmilərinin lazımi sayı, lövbərlərin yerləşdirilməsi sxemi və s.
daşınma layihələri (planları) ilə müəyyən edilir.
271


3.13.12. Yedəyə alınmazdan əvvəl, ÜQQ-in daşınma
təhlükəsizliyinin təmin olunması üçün hərəkət edən piştağ
(portal) və bütün yüklər bərkidilməli, göyərtə altındakı yerlərə
gedən göyərtənin bütün dəlikləri və deşikləri tutulmalıdır.
Qurğuda komandanın minimal heyəti qalmalıdır.
3.13.13. ÜQQ qazma nöqtəsində quraşdırılmazdan əvvəl,
dəniz dibinin mühəndis-geoloji tədqiqatları aparılmalı, suyun
dərinliyi, axınları və ehtimal olunan qasırğalar zamanı yarana-
caq dalğaların böyüklüyü və s. müəyyən edilməlidir. Ehtiyac
olduqda, dalğıcların köməyi ilə, dənizin dibi, boru kəmərlərinin
və ya başqa əşyaların olmamasını müəyyənləşdirmək
məqsədi ilə yoxlanılmalıdır.
3.13.14. ÜQQ-nin quraşdırılmasında küləyin əsas orta
illik istiqaməti nəzərə alınmalıdır.
3.13.15. Dayaq sütunlarına ÖÜQQ-nın platforması qaldı-
rılanda baş verə biləcək əyilmə (ya da different) 1-1,5
0
-dən
çox olmamalıdır. ÖÜQQ-in qazma nöqtəsinə qoyulması
haqqında akt tərtib edilməlidir (Əlavə 15). 
3.13.16. Yedəyin öz barabanında, təsadüfən qırılmış
trosu tez əvəz etmək məqsədi ilə, ehtiyat yedəyəalma trosu
olmalıdır. Yedəklənmə zamanı ÜQQ-in, yedəkli gəmilər və
sahil bazası ilə fasiləsiz radiotelefon əlaqəsi olmalıdır.
3.13.17. Akvatoriyada ÜQQ-nin quraşdırılmasına başqa
obyektlərdən 250 m-dən az olmayan məsafədə icazə verilir. 
3.13.18. ÜQQ yaxınlığında, görünmə həddində, lakin 5
mildən uzaq olmamaqla, xilasetmə gəmisi olmalıdır. 
3.13.19. Qazma vışkasının yığılıb-sökülməsi və yerdəyiş-
məsi zamanı qurğunun yanında növbətçi gəmi olmalıdır. 
3.13.20. Dəniz qurğularında qəza baş verərsə fəhlələrin
vaxtında qurğudan çıxarılması işləri üzrə məsuliyyət həmin
qurğuların rəhbərlərinin üzərinə düşür. 
272


3.13.21. Küləyin sürəti 23 m/san-dən artıq olduqda qaz-
ma qurğularında quyunun yuyulması işlərindən başqa bütün
işlər dayandırılmalıdır. Küləyin sür’əti 29 m/san və daha çox
olduqda isə bütün işlər dayandırılmalıdır. 
3.13.22. DDÖ və ÜQQ üçün seçilmiş yerlər müvafiq hid-
roqrafik xidmətlə razılaşdırılmalıdır. Bu iş layihə və ya quyunun
qazılma layihəsinin işlənməsi mərhələsində görülməlidir. 
3.13.23. Dəniz qurğularındakı göyərtələrin, keçidlərin və
iş meydançalarının müxtəlif əşyalarla qalaqlanması
qadağandır. Iş zamanı istifadə olunmayan materiallar, çənlər
və digər əşyalar sahilə göndərilməlidir. 
3.13.24. DDÖ və ÜQQ-da quyuların qazılması müəyyən
olunmuş texniki layihə üzrə yerinə yetirilməlidir. Layihənin bir
nüsxəsi qazma obyektində saxlanılmalıdır. 
3.13.25. DDÖ-lərdə quyuların sayı və onların yerləşmə
sxemi hər özülün tikilmə layihəsində göstərilməlidir. 
3.13.26. Dənizdə qazma vışkalarının istismarı prosesində
3.3.33, 3.3.36 – 3.3.42 bəndlərinin tələblərinə riayət
edilməlidir.
Qazma vışkalarının texniki vəziyyətinin yoxlanılması və
sınağı 

304, 305

əsasən yerinə yetirilməlidir. 
3.13.27. Qazma işləri qurtardıqdan sonra NQÇI quyu ilə
birlikdə DDÖ-nü (EYM) də qazma təşkilatından akt tərtib et-
məklə qəbul etməlidir. Akt, Azdövdağtexnəzarət Komitəsinin
və FQDHH-nin nümayəndələrinin iştirakı ilə tərtib edilir.
DDÖ (EYM) təhvil verildikdə onun pasportu da təhvil
verilməlidir. Bu pasportda, qazma işləri zamanı özüldə aparılan
təmir işləri haqqında məlumat qeyd olunmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin