3.13.28. Sualtı quyu ağzının quraşdırılması ÜQQ-in rəisi
(baş mühəndisi) tərəfindən təsdiqlənmiş iş planı
üzrə apa-
rılmalıdır.
3.13.29. Quyu ağzının quraşdırılması üzrə hazırlıq işlərinə
başlamazdan əvvəl qazma qurğusunun rəisi, sualtı quyu
ağzının quraşdırılması üzrə işlərin əsas texnoloji xüsusiyyətləri
və həmçinin ÜQQ-nin qazma kompleksinin təhlükəsiz istismarı
üzrə ÜQQ işçilərini təlimatlandırmalıdır.
Keçirilmiş təlimat təlimatlar jurnalında qeyd olunmalıdır.
3.13.30. Sualtı quyu ağzının quraşdırılması
üzrə işlərin
başlanması haqqında ÜQQ rəisinin sərəncamı gəmi və buruq
jurnalında qeyd olunmalıdır. Qazma nöqtəsində ÜQQ-nin
vəziyyəti stabilləşdirilmədən (oriyentasiyasız) quyu ağzının
quraşdırılması üzrə işlərin aparılması qadağandır.
3.13.31. Dayaq pilətəsinin endirilməsinə, ÜQQ-nin şaquli
yerdəyişməsi 1,5 m-dən çox olmadıqda icazə verilir.
3.13.34. Spayder meydançasında
dayaq pilətəsini elə
quraşdırmaq lazımdır ki, pilətənin mərkəzi, endirilən alətin
oxu (rotorun mərkəzi) ilə üst-üstə düşsün.
3.13.35. Spayder meydançasının yerdəyişməsi zamanı
adamların orada dayanması qadağandır.
Adamlar kənara
uzaqlaşdırılmalıdırlar.
3.13.36. Preventor (spayder) meydançasında xilasetmə
jiletlərində işləmək lazımdır.
3.13.37. Dayaq pilətəsi mailliyi 3 dərəcədən çox olmayan
dəniz dibinin düz olan səthində quraşdırılmalıdır.
3.13.38. Dayaq pilətəsinin dənizin dibinə rahat və
zərbəsiz endirilməsini təmin etmək üçün yırğalanmanın
qarşısını alan kompensatordan istifadə edilməlidir.
3.13.39. ÜQQ-də TQA blokunun quraşdırılması və istis-
marı üzrə təlimat olmalıdır və quraşdırılma onun tələblərinə
uyğun aparılmalıdır.
274
3.13.40. Sualtı TQA blokunun və dəniz dayağının (stoya-
kın) endirilməsi, ÜQQ-nin şaquli yerdəyişməsi 1,5 m-dən çox
olmadıqda aparılmalıdır.
3.13.41. Dəniz dayağının (stoyakın) endirilməsində hər
seksiyanın artırılmasından (salınmasından) sonra, boğucu və
drossellənmə xətləri sualtı TQA-nın kipliyə yoxlanma təzyiqi ilə
kipliyə yoxlanmalıdır.
3.13.42. Sualtı quyu ağzına sualtı TQA-nın
endirilməsi
qazma kəmərinin kompensatorundan istifadə etməklə və
sualtı telekameranın köməyi
ilə nəzarət aparmaqla yerinə
yetirilməlidir.
Dostları ilə paylaş: