Азярбайъан республикасы


D. 3.14. Qazma qurğularının, avadanlıqlarının və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə92/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   88   89   90   91   92   93   94   95   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 3.14. Qazma qurğularının, avadanlıqlarının və
alətlərinin istismarı və təmiri
3.14.1. Uzunmüddətli dayanmalardan sonra istiqa-
mətləndirici ilməklərin və dəniz dayağının (stoyak) dartıcı
sistemlərinə baxış keçirilib, onların ayrı-ayrı hissələrinin iş
qabiliyyəti yoxlanılmalıdır. Bu zaman əvvəlcə istiqamətləndirici
ilməklərin və silindr oxunun hərəkət zonasında adamların
olmamasına əmin olmaq lazımdır.
3.14.2. Istiqamətləndirici ilməklərə və dəniz dayağının
(stoyak) dartıcı sisteminə profilaktiki baxış keçirilərkən və ya
onların təmiri zamanı sistemdəki təzyiq atmosfer təzyiqinə
qədər salınmalı, dartıcıların idarəetmə klapanları isə bağlı
olmalıdır.
3.14.3. Hava-yağ tutumundakı qoruyucu diafraqmanı də-
yişməzdən əvvəl dartıcı qurğu yükdən azad olmalı, yağın sə-
viyyəsinin tənzimlənməsindən əvvəl isə o, dartma sistemindən
ayrılmalıdır.
3.14.4. Istiqamətləndirici ilməklərin ümumi dartma qüv-
vələrinin cəmi dayaq pilətəsinin suda çəkisinin 75%-dən çox
olmamalıdır.
3.14.5. Qazma kəmərinin kompensatorunun hava və
hidravlik sistemlərinin birləşmələrinin təmirindən əvvəl aşağı-
dakılara əməl olunmalıdır:
- işlək yolları bağlayıb sistemlərdəki təzyiqi atmosfer
təzyiqinə qədər salmaq; 
- mərkəzi idarəetmə panelində və işlək manifold üzərində
sistemin işə salınmasını qadağan edən işarələr asmaq; 
- gözün, üzün dərisinin və əllərin zərərli mayelərdən
mühafizəsini təmin etmək üçün tədbirlər görmək; 
277


- kompensator silindrindən yüksək və aşağı təzyiqli
şlanqları açmaq. 
3.14.6. Sualtı quyuağzı avadanlığın idarəetmə sisteminin
hidravlik qurğusunun təmiri və profilaktik baxışı, sistemin elek-
trik cərəyanı və sıxılmış havası kəsilmədən aparmaq
qadağandır.
Sistemin hidravlik və hava xətlərini sistemdən
ayırmazdan əvvəl təzyiq atmosfer təzyiqinə qədər
endirilməlidir.
3.14.7. Boruyerləşdirən sistemdə təmir və profilaktik işlər
ancaq qoruyucu kəmərlə aparılmalıdır. Bu zaman işlək sahədə
bu işlə əlaqədar olmayan adamların olması qadağandır.
3.14.8. Borututan başlıqlardan suxarıların işçi meydança-
sına açılıb düşməsinin qarşısını almaq üçün onlar etibarlı
bərkidilməli və cədvəl üzrə on gündə bir dəfədən az
olmayaraq onların bərk bağlanması yoxlanılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin