c) aparıcı borunu fırlanğıcla birlikdə şurfa buraxmaq.
Qazma (yuma) şlanqını fırlanğıcdan açmaq;
ç) qarmağı və tal blokunu buruq döşəməsinə qoymaq.
Qazma və köməkçi bucurqadı əyləcdən ayırmaq;
d) qazma avadanlığının hava sistemindən havanı burax-
maq;
e) vurucu boru kəmərindən mayeni boşaltmaq və boru
kəmərini sıxılmış hava ilə üfürmək. Qazma nasosundan vurma
və sorma klapanlarını çıxarmaq;
ə) qazma qurğusunu elektrik cərəyanından ayırmaq
(dizelli ötürücüdə yanacaq kəmərini bağlamaq);
f) obyektin mühafizəsini və quyu ağzına nəzarəti təşkil
etmək;
q) regional xüsusiyyətləri və fəsil-iqlim (klimatik) şəraitini
nəzərə almaqla obyektin müvəqqəti konservasiyası üçün əlavə
tələblər müəssisə tərəfindən müvafiq
qaydada işlənilmiş və
razılaşdırılmış təlimatda verilməlidir.
3.12.41. Bütün konservasiya olunmuş quyuların
quyuağzı avadanlıqları korroziyadan mühafizə olunmalıdır.
3.12.42. Konservasiyada olan quyuların vəziyyəti kvartal-
da bir dəfədən az olmayaraq xüsusi jurnalda müvafiq qeydlər
aparılmaqla yoxlanılmalıdır.
3.12.43. Dərinlik nasosu ilə işləyən quyuları konservasiya
edən zaman, onların yeraltı avadanlıqları çıxarılmalı, quyuağzı
kəmərin flansına isə siyirtmə quraşdırılıb germetik bağlanma-
lıdır.
3.12.44. Tikilməsi qurtarmış quyuları konservasiya edər-
kən onların lüləsinin təchiz edilməsi lay təzyiqi və konservasiya
müddətindən asılı olaraq müəyyən edilir.
3.12.45. Tikilən neft və qaz quyularının lüləsinin və quyu
ağzının təchiz edilmə qaydası quyu lüləsində açılmış
neftli-
qazlı obyektin olmasından (olmamasından)
və quyunun
konservasiya müddətindən asılı olaraq müəyyən edilir.
269
3.12.46. Konservasiyadan sonra quyuların
yenidən işə
buraxılması, quyunun konservasiya planını əvvəl razılaşdırmış
və təsdiq etmiş təşkilatlarla razılaşdırılmış
və təsdiq edilmiş
plan üzrə yerinə yetirilməlidir.
3.12.47. Təşkilat, konservasiyadan sonra quyuların yeni-
dən işə buraxılması işlərinə başlamazdan əvvəl, bu quyulara
nəzarət edən FQDHH-nin müvafiq razılığını almalıdır.
Dostları ilə paylaş: