- qalan avadanlıqların hərəkətinin (yerdəyişməsinin) qar-
şısını almaq üçün müvafiq tədbirlər görmək.
3.13.44. QG-nin qazma yerinə qoyulması planında aşağı-
dakılar olmalıdır:
- qazma yerinin koordinatları;
- həmin rayonda hidrometeoroloji şərait;
-
mühəndis-geoloji şərait,
o cümlədən dəniz dibinin
vəziyyəti,
kabellərin, boru kəmərlərinin
və QG-yə təhlükə
yarada biləcək digər obyektlərin olmaması haqqında məlumat.
3.13.45. Gəmidə daima aşağıdakılar qeydə alınmalı və
nəzarətdə saxlanılmalıdır:
- dənizin dərinliyi;
- küləyin istiqaməti və sürəti;
- gəminin, bort, kil və şaquli yırğalanma parametrləri;
- şaquli oxun ətrafında fırlanması;
- üfqi yerdəyişməsi;
- gəminin suya oturma dərəcəsi;
- dəniz dayağının (stoyakın) maillik bucağı;
- dalğanın hündürlüyü;
- axının sürəti.
3.13.46. Qazma və digər texnoloji əməliyyatları
yerinə
yetirərkən, qazmaçı daima gəminin quyu üzərində vəziyyətinə,
onun üfqi yerdəyişmələrinə və dəniz dayağının maillik
bucağına nəzarət etməlidir.
3.13.47. Qazma işlərinin aparılmasına, hidrometeoroloji
şəraitdən asılı olaraq qazma qurğusunun rəisi QG-nin istismarı
üzrə təlimata uyğun, icazə verir.
3.13.48. Gəmidə pilpilənin (qrifonun) əmələ gəlməsi ilə
bağlı müşahidə təşkil olunmalıdır.
Əgər gəminin ətrafında pilpilə əmələ gələrsə və gəmiyə
təhlükə yaransa, gəminin kapitanı qazma qurğusunun rəisi ilə
gəminin həmin yerdən təcili çıxması üçün tədbirlər görməlidir.
276
Quyu ağzından ayrılma və quyunun germetikləşdirilməsi
üzrə bütün işlərə qazma qurğusunun rəisi rəhbərlik etməlidir.
Dostları ilə paylaş: