3.15.5. Qoruyucu kəmərlər bir qayda olaraq bir bölmə ilə
buraxılmalıdır. Iki bölmə ilə kəmərin buraxılmasına, birləşdirici
hissə kəmərin sınanma təzyiqinə yoxlanıldıqdan
sonra icazə
verilir.
3.15.6. Dəniz özüllərində gəmidən sementləmə işlərinin
aparılmasına dənizdə dalğalanma 3 bala qədər olduqda icazə
verilir. Sementləmə üçün vurucu kəmərin gəmidən özülə keçid
yeri sərbəst hərəkəti təmin etməlidir.
3.15.7. EYM-də sementləmə işi aparılarkən aqreqatlar
elə yerləşdirilməlidir ki, estakadada nəqliyyatın hərəkətinə ma-
neçilik törətməsin.
3.15.8. Vurulan istiqamətləndirici
kəmərdən sonra,
quyuda 25-30 m qazma, yuyucu mayenin sürəti 0,1 m/san-
dən artıq olmamaq şərti ilə aparılmalıdır.
3.15.9. AYLT-li strukturlarda axtarış
və kəşfiyyat
quyularını qazarkən, qaz-karotaj stansiyası layın açılmasına ən
azı 200 m qalmış quraşdırılmalıdır.
3.15.10. AYLT-li strukturlarda axtarış quyuları qazılarkən
lay təzyiqini proqnozlaşdırmaq məqsədilə hər 50
m-dən bir
ölçü işləri aparılmalıdır.
3.15.11. Quyuların sınanması müddətində meydançanın
yanında daima yanğınsöndürmə gəmisi dayanmalıdır.
3.15.12. Quyuların sınanılmasından əvvəl
yanğınsöndürmə və xilasetmə texnikasının sazlığı
yoxlanılmalıdır.
3.15.13. Separator və onun birləşmələri sınaqda
gözlənilən və planda göstərilmiş maksimal təzyiqdən 1,5 dəfə
çox təzyiqə yoxlanılmalıdır.
Dostları ilə paylaş: