4.3. Qurğular, avadanlıqlar, aparatlar və texnoloji
proseslər
4.3.1. Texnoloji avadanlıqlar və boru kəmərləri istismar
şəraitləri nəzərə alınmaqla təhlükəsizlik, möhkəmlik, korroziya-
ya davamlılıq və etibarlılıq tələblərinə cavab verməlidir.
295
4.3.2. Qazkompressor stansiyaları neft, qaz və qaz-
kondensat yataqlarının istismarına dair layihələndirməyə
uyğun təchiz edilməlidir:
-nəql olunan məhsulun texnoloji parametrlərinə (təzyiq,
sərf, temperatur və s.) nəzarət cihazları ilə;
-kompressor avadanlığının diaqnostikası (titrəmə, yastıq-
ların temperaturu və s.) üçün cihazlar sistemi ilə;
-kompressor binasında hava mühitinə nəzarət sistemi ilə;
-ventilyasiya sistemi ilə;
-texnoloji parametrlərin pozulması, hava mühitinin
qazlaşması, ventilyasiya sisteminin nasazlığı zamanı
kompressorun dayandırılması üçün bloklayıcılarla;
-kompressor binasında və operator zalında idarəetmə
pultları ilə;
-radio və ya telefon rabitə sistemi ilə;
-yanğınsöndürmə sistemi ilə.
4.3.3. Nasos stansiyasının idarəetmə pultunda təzyiqə,
sərfə, nasos aqreqatlarının, yastıqların temperaturuna və
binada hava mühitinin vəziyyətinə nəzarət etmək üçün
layihəyə uyğun cihazlar quraşdırılmalıdır.
4.3.4. Küt halda istismar olunan quyularda neft-qaz atqı
kəmərləri, qazlift qaz kəmərləri, mancanaq dəzgahları,
idarəetmə stansiyaları, transformator yarımstansiyaları, kabel
xətləri küt quyuların oxuna nisbətən bir tərəfdə yerləşməlidir.
Bu əraziyə nəqliyyatın (texnoloji nəqliyyatdan başqa) daxil
olması qadağandır.
4.3.5. Porşenli (pistonlu) nasosun basqı xəttində qapayıcı
quruluşa qədər əks və qoruyucu klapanlar, mərkəzdənqaçma
nasosunun basqı xəttində isə əks klapan olmalıdır.
4.3.6. Tezalışan və zərərli məhlulların vurulması üçün
yalnız məhlulun sızmasını istisna edən nasoslardan istifadə
edilməlidir.
296
4.3.7. Partlayışyanğın təhlükəli zonalarda istifadə edilən
bütün xüsusi əhəmiyyətli aqreqatlar partlayışdan mühafizəli
olmaqla, qəza işıqlanması və səs siqnalları, danışıq qurğuları
və işıqlanma sistemi ilə təchiz olunmalıdır.
4.3.8. Quyuların təmiri üçün nəzərdə tutulmuş aqreqatlar
mexanikləşdirilməli və maşinistin görmə zonasında təhlükəsiz
yerdə yerləşdirilmiş idarəetmə pultu və nəzarət - ölçü cihazları
ilə, o cümlədən qarmaqdakı yükü qeyd edən çəki indikatoru
ilə təchiz olunmalıdır.
Bütün texnoloji proseslər və quyudakı əməliyyatlar aqre-
qatın idarəetmə pultundan yerinə yetirilməlidir. Bu işlərin
yerinə yetirilməsi zamanı vışkanın (qüllənin), bucurqadın və
quyu ağzının idarəetmə pultundan görünməsi təmin
olunmalıdır.
4.3.9. Hər bir qülləli istismar vışkası, dor (eklips) və
səyyar qaldırıcı aqreqatların teleskopik vışkaları görünən yerdə
asılan (bərkidilmiş) metal lövhəciklə təchiz edilməlidir. Bu
lövhəcikdə aşağıdakılar göstərilməlidir:
-istehsal tarixi;
-istehsalçı zavod;
-zavod nömrəsi;
-qülləli istismar vışkasının, dorun (eklipsin) və səyyar qal-
dırıcı aqreqatların teleskopik vışkalarının yükqaldırma
qabiliyyəti (nominal);
-vışkanın, dorun (eklipsin) və teleskopik vışkaların növ-
bəti sınağının vaxtı (texniki vəziyyətinin yoxlanılması).
4.3.10. Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və
tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər
növbənin əvvəlində yoxlanılmalıdır.
4.3.11. Qülləli istismar vışkalarının, dorların (eklipslərin)
və teleskopik vışkaların yoxlanılması və sınağı
223, 242
-in
tələblərinə uyğun yerinə yetirilməlidir.
297
4.3.12. Qülləli istismar vışkalarına, dorlara (eklipslərə)
və teleskopik vışkalara istismar prosesində iki ayda bir
dəfədən az olmamaq şərti ilə mexanik, quyu ustası tərəfindən
baxış keçirilməlidir.
4.3.13. Baxışların nəticələri, avadanlıqların texniki
vəziyyətinin yoxlanılması jurnalına yazılmalı və onların imzaları
ilə akt tərtib edilməlidir. Bundan başqa, aşağıdakı hallarda
qülləli istismar vışkalarının, dorların (eklipslərin) və teleskopik
vışkaların vəziyyəti istehsalat avadanlıqlarının təmir sexi
nümayəndəsinin və yaxud quraşdırma işinə məsul şəxsin
iştirakı ilə yoxlanılmalıdır:
-tutma işlərinə başlamazdan əvvəl və qurtarandan
sonra;
-açıq neft-qaz təzahüründən və yanğından sonra;
-qasırğalı küləkdən (sürəti 25m/san-dən artıq) sonra.
4.3.14. Qülləli istismar vışkalarına, dorlara (eklipslərə)
baxış keçirən zaman aşağıdakılara diqqət yetirmək lazımdır:
-qülləli istismar vışkasıının, dorun (eklipsin) quraşdırıl-
masının düzgünlüyünə;
-boltların bərkidilməsinə;
-kəlləçarxın bərkidilməsinə;
-qülləli istismar vışkasıının, dorun (eklipsin) detallarına
və ayaqlarının deformasiya olmamasına;
-qırıqların, çatların və başqa qüsurların olmamasına;
-qülləli istismar vışkasıının, dorun (eklipsin) ayaqlarının
düzxətliliyinə və birləşmə (flans) yerlərində məsamələrin
olmamasına;
-qaynaq tikişlərinin vəziyyətinə;
-qülləli istismar vışkalarıının, dorların (eklipslərin) fəza
vəziyyətinin (həndəsi) pozulmasına;
-özülün (əsasın) vəziyyətinə;
-ayaqların mərkəzləri arasındakı məsafələrinə;
298
-dartıcıların və qülləli istismar vışkalarının, dorların
(eklipslərin), teleskopik vışkaların ayaqlarını bərkidən boltların
texniki vəziyyətinə.
4.3.15. Qülləli istismar vışkalarına, dorlara (eklipslərə),
teleskopik vışkalara texniki baxışın nəticələri aktlaşdırılmalı,
aşkar olunmuş qüsurlar aradan qaldırılmalı, yararsız detallar
bərpa olunmalı və yaxud dəyişdirilməlidir.
4.3.16. On təqvim ilindən sonra qülləli istismar
vışkalarına, dorlara (eklipslərə), teleskopik vışkalara neft-
qazçıxarma idarələrinin baş mütəxəssislərinin iştirakı ilə xüsusi
komissiya tərəfindən baxış keçirilməli, onların gələcək istismarı
üçün yararlı olması müəyyən edilməli və bundan sonra
yükqaldırma qabiliyyətinin təyin edilməsi üçün sınaqdan
keçirilməlidir. Sonra qülləli istismar vışkalarına, dorlara
(eklipslərə), teleskopik vışkalara (25 ilə qədər) vaxtaşırı-5
ildən gec olmayaraq komissiya tərəfindən baxış keçirilməli və
onlar təsdiq olunmuş təhlükəsiz (dağıdıcı olmayan) üsulla
sınanmalıdır.
25 il istismar edildikdən sonra qülləli istismar vışkalarına,
dorlara (eklipslərə), teleskopik vışkalara baxış keçirilməli, onla-
rın bütün bənd və elementləri təftiş edilməli, zay və istismara
yararlı olmayan hissələr dəyişdirilməklə yenidən təhlükəsiz
(dağıdıcı olmayan) üsulla sınaqdan (hər üç ildən bir)
keçirilməlidir.
Bundan sonra qülləli istismar vışkalarına, dorlara (eklips-
lərə) və teleskopik vışkalara mütləq vaxtaşırı baxış
keçirilməklə onlar təhlükəsiz (dağıdıcı olmayan) üsulla
sınanmalı, istismara yararsızlığı müəyyən edildikdə isə
istismardan çıxarılmalıdır.
4.3.17. Təhlükəsiz (dağıdıcı olmayan) üsulla qülləli
istismar vışkalarının, dorların (eklipslərin) və teleskopik
vışkaların sınaqdan keçirilməsinin təşkili və aparılmasını
299
müəssisənin baş mühəndisinin rəhbərliyi altında, yerli
Azdövdağtexnəzarət Komitəsinin nümayəndəsinin iştirakı ilə
yaradılmış komissiya yerinə yetirməlidir.
4.3.18. Qülləli istismar vışkalarının, dorların (eklipslərin)
və teleskopik vışkaların sınağının nəticələri barədə sədr və
komissiya üzvlərinin, həmçinin ölçü və hesablama işləri icraçı-
larıının imzası ilə akt tərtib edilməlidir.
4.3.19. Quyuların təmiri üçün nəzərdə tutulmuş
aqreqatlar neftqazçıxarma sənayesində qüvvədə olan
təhlükəsizlik texnikası tələblərinə cavab verməlidir, o
cümlədən:
-aqreqatların vışkaları və qüllələri polad kanatdan olan
dartıcılarla bərkidilməlidir. Dartıcıların sayı, diametri və bərki-
dilmə yerləri aqreqatın texniki sənədlərinə uyğun gəlməlidir;
-bucurqadın intiqalının transmissiyasında, qarmaqda yük-
qaldırma qabiliyyətinin məhdudlaşdırıcısı nəzərdə tutulmalıdır;
-aqreqat, bucurqadın barabanının hərəkətini dayandıran
(bloklayan) mexanizmi olan, talblokun qalxmasını avtomatik
məhdudlaşdıran quruluşla (talblokun kronblokun altına dartıb
aparmasının qarşısını alan mexanizmlə) təchiz olunmalıdır;
-aqreqat, şassini üfiqi vəziyyətdə quraşdırmağa imkan
verən cihazlara malik olmalıdır;
-aqreqatın, nəql zamanı, talbloku təsbit edən və qülləni
mexaniki zərbələrdən qoruyan quruluşları olmalıdır;
-qülləni qaldırmaq sistemi, məsafədən idarə olunmalıdır
və hidroavadanlıq elementlərinin sıradan çıxması hallarında
təhlükəsizliyi təmin etməlidir;
-daimi iş yerlərində səs-küyün səviyyəsi [98]-in
tələblərinə uyğun olmalıdır;
-aqreqat partlayışdan mühafizəli çıraqlarla təchiz olun-
malıdır;
-aqreqatın daxiliyanma mühərrikinin səsboğucusu (tüstü
borusu) qığılcımsöndürənlə və mühərrikə (hava qəbulediciyə)
300
hava daxil olmasının təcili qarşısını alan qapaqla təchiz olun-
malıdır;
-aqreqat, mühərriki qəza hallarında söndürmək üçün
quruluşla təchiz olunmalıdır;
-aqreqat, iş yerlərinin işıqlandırılması üçün 24V sabit
cərəyan düzləndirici transformatoru ilə, akkumulyatorların dol-
durulması üçün quruluşla və qəza işıqlandırılması üçün 24V
sabit cərəyan dövrəsi ilə təchiz olunmalıdır;
-aqreqat, mexaniki qıfıllı hidravlik dayaq domkratları ilə
təchiz olunmalıdır;
-aqreqatın pnevmosistemi elektrik hava quruducusu ilə
təchiz olunmalıdır;
-bucurqadın əyləc sistemi soyutma sisteminə malik olma-
lıdır;
-aqreqatın qülləsində elektrik mərkəzdənqaçma
nasosunun kabeli üçün diyircəyin asılmasını təmin edən vasitə
(quruluş) olmalıdır.
Müəssisənin müdiriyyəti bu Qaydalar əsasında müəyyən
edilmiş qaydada, iş növləri üzrə təhlükəsizlik texnikasına dair
təlimatların işlənib hazırlanmasını təmin etməlidir.
4.3.20. Quyularda işləmək üçün nəzərdə tutulmuş səyyar
nasos aqreqatlar qapayıcı və qoruyucu quruluşlarla təchiz
olunmalı və onların texnoloji proseslərə nəzarət edən,
idarəetmə pultuna (aqreqatın kabinəsinə) çıxarılmış cihazları
olmalıdır.
4.3.21. Quyu ağzı, fontan armaturu ilə və ya borudaxili
və boruarxası fəzanın germetikliyini, onların əlaqəsinin müm-
künlüyünü, dərinlik tədqiqatlarının aparılmasını təmin edən
xüsusi quyuağzı quruluşla təchiz edilməlidir. Boru və
boruarxası fəzanın atqı xətlərinin qurulması (yığımı), quyuların
boşaldılmasına, qazın boruarxası fəzaya verilməsinə, quyuların
boğulması da daxil olmaqla, texnoloji əməliyyatların aparılsına
imkan verməlidir.
301
4.3.22. Stasionar qurğuların nəzarət və mühafizə
sisteminin idarəetmə məntəqəsinə çıxışı olmalıdır.
4.3.23. Qəza siqnalizasiyası və hava mühitinin
vəziyyətinə nəzarət vasitələri saz vəziyyətdə olmalı, onların
işləmə qabiliyyəti isə ayda 1 dəfədən az olmayaraq
yoxlanılmalıdır.
4.3.24. Partlayış təhlükəli zonalarda avadanlıqlar hökmən
Dostları ilə paylaş: |