Азярбайъан республикасы


BÖLMƏ 4 NEFT-MƏDƏN IŞLƏRI



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə100/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   96   97   98   99   100   101   102   103   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ 4
NEFT-MƏDƏN IŞLƏRI 
4.1. Ümumi tələblər
4.1.1. Texnoloji reqlament, layihə təşkilatı tərəfindən hər
bir texnoloji proses üçün tərtib olunmalı, neftqazçıxarma
müəssisəsi tərəfindən isə təsdiq edilməlidir. Texnoloji
reqlament,
işəsalma-sazlama
işlərindən
sonra
dəqiqləşdirilməlidir.
4.1.2. Avadanlıqların və sistemlərin qüsurları, dayanma-
ları, texnoloji reqlamentin pozulması, digər hadisələr müəssisə
tərəfindən «Texniki təhlükəsizlik haqqında» AR Qanununun
tələblərinə uyğun qeydə alınmalıdır [1].
4.1.3. Quyunun istismara buraxılması müvafiq Akt (Əlavə
11) təsdiq edildikdən sonra yerinə yetirilməlidir.
4.2. Neft, qaz və qazkondensat yataqlarının 
istismarına dair layihələndirmə
4.2.1. Yatağın işlənmə layihəsi, yatağın texnoloji işlənmə
sxeminə uyğun olaraq yatağın optimal işlənməsini, bütün növ
karbohidrogen xammalının nəqlə hazırlanmasını təmin
etməlidir. Istehsal obyektlərinin sənaye təhlükəsizliyinin səviy-
yəsi qüvvədə olan müvafiq Qaydaların və digər normativ
sənədlərin tələblərinə uyğun olmalıdır.
Layihələndirilən və yenidən qurulan obyektlər üçün istis-
mar vaxtı və qəza vəziyyətlərində işçilərə və ətraf mühitə
istilik, zərbə, zəhərlənmə, radiasiya və digər təsirlərin
səviyyəsi qiymətləndirilməlidir.
294


Bu qiymətləndirmə əsasında texnoloji proseslərin və tex-
niki mühafizə vasitələrinin avtomatlaşdırılmasının səviyyəsi,
həmçinin lazımi mühafizə zonaları müəyyən edilir.
4.2.2. Layihədə aşağıdakılar nəzərdə tutulmalıdır:
-işçilərin daim obyektdə olmasının minimuma endirilməsi
və obyektlərin işi haqqında texnoloji proseslərlə idarə olunma
məntəqəsində yığılan məlumatın bütövlüyünün təmini üçün
həmin obyektlərin maksimal avtomatlaşdırılması;
-yükdaşıyıcı konstruksiyalara dağıdıcı olmayan üsulla
nəzarət sistemi, avadanlığın və boru kəmərlərinin korroziyaya
qarşı mühafizəsi;
-qəza vəziyyətlərinin yaranması ilə işə düşən çoxsəviyyəli
bloklayıcı sistem və qoruyucu qurğular;
-obyektin partlayış-yanğın təhlükəli və zəhərləyici göstə-
riciləri də daxil olmaqla, mümkün fövqəladə vəziyyətlərinin
səviyyələrinin hesablanması; 
-qəza vəziyyəti üçün hər bir obyektdə işçilərin fəaliyyət
planının tərtibi;
-neftin, qazın və qazkondensatının itgisiz yığım və nəql
sistemi;
-qəzaların,
yanğınların,
qazlaşmanın
məhdudlaşdırılmasını və obyektin sabit işinin bərpasını təmin
edən, texnoloji, energetik avadanlığın, həmçinin su, istilik,
kimyəvi reagent və materiallar ehtiyatını.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin