3.20.4. Quyu ağzı su altında olan quyuların avadanlıqla
və naviqasiya vasitələri ilə təchiz edilməsi,
gəmiçiliyin
təhlükəsizlik texnikası müfəttişliyi və liman nəzarətçisinin
iştirakı ilə müəssisə tərəfindən yerinə yetirilməlidir.
D. Quyuların ləğv edilməsi
3.20.5. Bütün ləğv ediləcək quyuların quyu ağzı ilə
əlaqəsi olan axırıncı kəmərində (ən kiçik diametrli) ən azı 50 m
hündürlüyündə sement körpüsü qoyulmalıdır.
Sement körpüsünün yuxarı qurtaracağı dəniz dibi səviy-
yəsində olmalıdır.
3.20.6. Quyu ağzı dəniz səviyyəsindən yuxarıda yerləşən
quyuları ləğv etmək üçün, onların ağızları DNQT-nin döşəməsi
səviyyəsində olmalı, yivli qapayıcı ilə və ya standart yiv bər-
kidicili boğuq flansla təchiz olunmalıdır.
Qapayıcıların və flansların
reper və nəzarətedici ventil
qaynaqlanmış kiçik qol borusu olmalıdır.
Diametri 75 mm və uzunluğu 500 mm olan reperin
borusuna, ölçüləri 400x200x5 mm olan polad lövhə qaynaq
edilməlidir.
Reperin bu lövhəsinə elektrik qövs qaynağı ilə
aşağıdakılar yazılmalıdır:
quyunun nömrəsi, neft mədəninin
adı (sahə), quyunu qazan müəssisənin adı və qazmanın
başlanma və qurtarma tarixi.
3.20.7. ÜQQ-dən qazılmış quyunu ləğv edərkən dəniz di-
bindən üzə çıxmış istismar kəməri (əgər qazma zamanı
quyuda xüsusi dəniz dibi kəmər başlığından
istifadə
edilməyibsə) ləğv edilməlidir.
Texniki kəmərin dənizin dibində qalan hissəsinin hündür-
lüyü müvafiq hidroqrafik xidmətlə razılaşdırılmalıdır.
290
3.20.8. Quyu ağzı su altında yerləşən quyuları ləğv
edərkən, dəniz dibindən müəyyən hündürlükdə çıxan kəmər
başlığına xüsusi konstruksiyalı qapayıcı (boğüq flans)
quraşdırılmalıdır ki, quyu ağzını etibarlı kipləşdirmək mümkün
olsun.
3.20.9. Qazma tamamlandıqdan sonra ÜQQ-nin qazma
qurğusunu qazma nöqtəsindən çıxaran zaman gəmiçilik üçün
təhlükəsizliyi təmin etmək məqsədilə dənizin dibi diqqətlə
tədqiq edilməlidir. Dəniz dibini tədqiq edərkən, tərtib edilən
aktdan Xəzər Dövlət
Gəmiçilik Idarəsinin və
Xəzərdənizneftdonanma Idarələrinin hidroqrafik xidmətlərinin
hər birinə bir nüsxə təqdim edilməlidir. Dəniz dibinin tədqiqi
ixtisaslaşdırılmış xüsusi xidmət heyəti tərəfindən yerinə
yetirilməlidir.
3.20.10. Quyunun ləğvi işi qurtardıqdan sonra, icraçı
müəssisənin geoloji xidmət şöbəsi quyunun ləğvi üçün arayış
tərtib etməlidir. Həmin arayışa dəniz dibinin tədqiqi haqqında
aktın bir nüsxəsi əlavə edilməlidir.
Dostları ilə paylaş: