Азярбайъан республикасы


D. 3.17. Tullanışa qarşı avadanlığın quraşdırılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə95/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   91   92   93   94   95   96   97   98   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 3.17. Tullanışa qarşı avadanlığın quraşdırılması, 
sökülməsi və istismarı
3.17.1. Bu işlər 

298

-in tələblərinə uyğun aparılmalıdır.
3.17.2. Hər buruqda TQA-nın quraşdırılmasının
nümunəvi sxemi olmalıdır.
Sxem FQDHH və Azdövdağtexnəzarət Komitəsi ilə razı-
laşdırılmalı və «Azneft» Istehsalat Birliyinin (yuxarı təşkilatın)
rəhbərliyi tərəfindən təsdiq edilməlidir. Buruqda idarənin baş
mühəndisi tərəfindən təsdiq edilmiş TQA-ın faktiki sxemi
olmalıdır.
3.17.3. Preventorda, manifoldda və hidravlik idarəetmə
sistemində təzyiq olduqda hər hansı bir quraşdırma, sökmə və
nasazlığın aradan qaldırılması işinin aparılması qadağandır.
282


3.17.4. Güclü yağış və qar yağdıqda, yer buz bağladıqda,
duman, həmçinin küləyin sürəti 15 m/san-dən çox olduqda
TQA-ın quraşdırılması və sökülməsi üzrə işlərin aparılması qa-
dağandır.
3.17.5. Işə başlamazdan bir neçə gün əvvəl (3-5 gün)
quraşdırılacaq avadanlıqların komplektliyi və ölçüləri, lazımi
inventar və alətlərin vəziyyəti, həmçinin yanğın əleyhinə
vasitələr yoxlanılmalıdır.
3.17.6. Rotoru çıxararkən işçi meydançasında yalnız çı-
xarılma prosesində iştirak edən işçilər qalmalıdır. Çıxarılmış
rotor kənara çəkilməli və işçi meydançasında əvvəlcədən
hazırlanmış yerə qoyulmalıdır. Rotoraltı boşluq çəpərlənməli
və həmin keçid iş aparılmayan müddət ərzində xüsusi döşəmə
ilə örtülməlidir.
3.17.7. Avadanlığın ilməklənməsi pasportda göstərilən
yerlərdən aparılmalıdır. Avadanlıqda ilməkləmə yeri suya
davamlı rənglə göstərilməlidir.
3.17.8. Preventor meydançasında yerləşən işçilərlə
qazmaçı arasında ikitərəfli etibarlı rabitə əlaqəsi olmalıdır.
3.17.9. Preventorun və ya preventor yığımının işçi mey-
dançasındakı rotoraltı boşluqdan istiqamətləndirilməsini ən azı
iki fəhlə aparmalıdır.
3.17.10. TQA-nın vışkaaltı boşluqdan endirilməsi və qal-
dırılması zamanı preventor meydançasında yük altında
dayanmaq və bu zaman nənnini endirmək, qaldırmaq və onun
köməyi ilə iş görmək qadağandır.
3.17.11. Preventor yığımının üzərində dayanaraq quraş-
dırma və sökmə işlərinin aparılması qadağandır. Fəhlələr
bütün işləri nənnidən aparmalıdırlar.
283


3.17.12. Əl ilə idarə olunan sükan (şturval), qalınlığı
40mm-dən az olmayan taxtalardan hazırlanmış, üzəri isə qa-
lınlığı 3 mm-dən az olmayan dəmirlə üzlənmiş, quyu ağzından
5 m-dən az olmayan məsafədə, asan keçidi olan yerdə,
qoruyucu lövhənin arxasında quraşdırılmalıdır.
3.17.13. Atqı xətlərinin yüksək təzyiq altında mümkün
ola biləcək titrəməsini nəzərə alaraq, onlar möhkəm
bərkidilməli, istehsalat və məişət yerlərindən (qurğularından),
EYM-dən, elektrik xətlərindən kənara istiqamətləndirilməli və
özülün hüdudlarından 1m kənara çıxarılmalıdır.
3.17.14. Hidravlik idarəetmənin əsas pultu quyu
ağzından 10 m-dən az olmayan məsafədə qoyulmalı və
yaşayış bloku tərəfdə yerləşdirilməlidir. Pult yerlə-
birləşdirilməlidir.
3.17.15. Iki ildə bir dəfədən az olmayaraq preventorun
hidravlik rezin kipgəcləri tamamilə dəyişilməli, saxlanılma
müddətində isə birbaşa günəş şüalarından qorunmalıdır.
3.17.16. Ayda bir dəfədən az olmayaraq bütün mano-
metrlərin sazlığı yoxlanılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin