Азярбайъан республикасы


D. 3.18. Açıq qaz və neft fontanlarının qarşısının



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə96/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   92   93   94   95   96   97   98   99   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 3.18. Açıq qaz və neft fontanlarının qarşısının 
alınması və ləğvi
3.18.1. Obyektlərdə neft-qaz təzahürü və açıq fontan eh-
timalı olan işlərə başlamazdan iki gün əvvəl müəssisənin
rəhbərliyi FQDHH-nin rəhbərliyinə xəbər verməlidir. 
3.18.2. Neft-qaz təzahürü və açıq fontan ehtimalı olan
işlərin görülməsinə icazə verən müəssisənin əməkdaşları
obyektin bu işlərin görülməsinə hazır olması üçün şəxsi
məsuliyyət daşıyırlar.
284


3.18.3. Qazılan quyunun ağzı TQA ilə sxem üzrə təchiz
olunmalı və həmin sxem Azdövdağtexnəzarət Komitəsi və
FQDHH ilə razılaşdırılmalı və dənizneftqaz-mədən obyektini
(DNQT, ÜQQ) istismar edən müəssisə tərəfindən təsdiq olun-
malıdır. Sxemlərin nüsxələri, onların elementlərinin faktiki
parametrləri, DNQT-də (ÜQQ-də) və onlara xidmət edən
FQDHH-də, pasportu isə TQA-nın yerləşdiyi obyektdə sax-
lanılmalıdır.
3.18.4. TQA-nın atqı xətti DNQT-nin elementlərinə möh-
kəm bərkidilməlidr. Dayaqlar arasındakı məsafə 4 m-dən çox
olmamalıdır.
3.18.5. TQA-nın sxemində bütöv kəsici plaşkası olan pre-
ventor olmalıdır.
3.18.6. Preventorların məsafədən idarə olunması qazma-
çının postundan və quyu ağzından 15-20 m məsafədə rahat
və əl çatan yerdə, heyətin xilasetmə vasitələrinə doğru təxliyə
yolunda quraşdırılmış pultdan yerinə yetirilməlidir. 
3.18.7. Axtarış (kəşfiyyat) quyusunu qazarkən, aralıq kə-
mərini buraxdıqdan və onu TQA ilə birlikdə sınaqdan keçirdik-
dən sonra buraxılmış kəmərin başmağının aşağısında layların
hidravlik yarılma təzyiqinin qradiyentinin dəqiqləşdirilməsi və
AYLT-li zonaların açılmasının proqnozlaşdırılması üzrə kom-
pleks işlər aparılmalıdır.
3.18.8. Sualtı TQA bloku qabaqcadan yarımdalma ÜQQ-
də işçi təzyiqə sınanmalıdır. Bilavasitə suyun altına bura-
xılmazdan əvvəl sualtı TQA-nın hər bir hissəsinin işi
nəzarətdən keçirilməlidir.
3.18.9. Sualtı TQA bloku və onun manifoldu quyu
ağzında kəmər başlığı ilə sınama tıxacından istifadə etməklə
işçi təzyiqə sınanmalıdır.
Sınanma FQDHH-nin nümayəndəsinin iştirakı ilə
aparılmalıdır.
Sınanmanın nəticələri barədə akt tərtib olunmalıdır.
285


3.18.10. Aşağıdakı hallarda sualtı TQA-nın elementlərinin
vəziyyəti yoxlanılmalıdır:
1) məhsuldar horizontun açılmasına qədər:
plaşkalı preventor – həftədə bir dəfə;
universal preventor – ayda bir dəfə;
2) məhsuldar horizontu qazan zaman:
plaşkalı preventor – həftədə 2 dəfə;
universal preventor – ayda 2 dəfə. 
3.18.11. Neft-qaz təzahürlərinin və açıq fontanların
qarşısının alınması üçün, neft və qaz sənayesində quyuların
tikilməsi və təmirində

307

-in tələbləri, yataqların qazılması
və istismarı üzrə işləri aparan təşkilatlar tərəfindən işlənmiş
tədbirlər yerinə yetirilməlidir.
3.18.12. Açıq fontan əmələ gəldikdə, qəza obyektində
olan cavabdeh şəxs bu barədə idarənin rəhbərliyini və
FQDHH-ni xəbərdar etməlidir. Cavab tədbirləri, obyektin
fövqəladə hallar əməliyyat planına uyğun olmalıdır.
3.18.13. Açıq fontan baş verdikdə heyət vışkanın, qəzalı
quyu ağzının və quyu ağzı ətraf zonanın su ilə sulanması (oro-
şenie), həmçinin yaşayış bloku və qazılan quyular, qazılan və
istismar olunan quyular arasında, kollektiv xilasetmə
vasitələrinin və portalı hərəkətə gətirən hidrosistemin
ötürücüsünün yanında su sipərlərinin yaradılması məqsədi ilə
əsas qəza nasoslarının işləməsi üçün elektrik enerjisinin (qəza
dizel generatoru) qəza mənbəyini işə salmalıdır.
3.18.14. Yaşayış və texnoloji blokların, təxliyə yollarının
və kollektiv xilasetmə vasitələrinin quraşdırıldığı yerlərin
qazlılığı yoxlanılmalıdır.
3.18.15. Açıq fontanın ləğvi üzrə təşkilati-texniki tədbirlə-
rin işlənilməsi və işlərin aparılması üçün, təşkilatın, lazım gəl-
dikdə isə yuxarı təşkilatın əmri ilə ştab yaradılmalıdır. Ştab
aparılan işlərin vəziyyətinə və nəticələrinə görə tam
məsuliyyət daşıyır.
286


3.18.16. Açıq fontanın ləğv olunmasına cəlb olunmuş
gəmilər ştabın rəisinə tabe olmalı, onların qeyri-məhdud
sahədə üzmək ixtiyarı, etibarlı əlaqəsi (ratsiya, işıq telefonu və
b.) və xilasedici vasitələri olmalıdır.
Gəmilərin sayı açıq fontanın xüsusiyyətindən, onun debi-
tindən və bu gəmilərin texniki imkanlarından asılı olaraq ştab
tərəfindən müəyyən edilir.
3.18.17. Açıq fontanın ləğvi ilə əlaqəsi olmayan şəxslərin
qəza obyektində, həmçinin qəza işlərinə cəlb olunmuş üzən
vasitələrdə olması qadağandır.
3.18.18. DNQT-də ikinci qazma qurğusu və ya kütdə
digər işlək quyular olarsa, açıq fontan zamanı, qazma işləri
dayandırılmalı və işlək quyulardan neftin (qazın) çıxarılmasının
dayandırılmasına dair tədbirlər görülməlidir. 
3.18.19. DNQT-də yanan fontanların söndürülməsi üzrə
işlər, bu sahədə qüvvədə olan normativ və rəhbər sənədlərə
uyğun yerinə yetirilməlidir.
3.18.20. Açıq fontan ləğv olunarkən fontanın şırnağı və
özülün quyuağzı zonasında olan metal konstruksiyalar (küt
quyularda – yaxınlıqdakı quyular) yanğınsöndürmə
gəmilərində və DNQT-də olan stasionar və daşınma
suvurucularla fasiləsiz olaraq su ilə sulanmalıdır (su şırnağı
ilə).
3.18.21. Açıq fontanın ləğv olunması prosesində, fontan
verən quyunun quyu ağzında və onun ətrafında fontan verən
quyunun məhsullarının (neftin, kondensatın) toplanmasının
qarşısının alınmasına dair bütün tədbirlər görülməlidir.
3.18.22. Yanan zonaya yanğınsöndürən gəminin daxil
olmasından əvvəl, gəminin gövdəsinin qoruyucu suvarmasını
işə salmaq və gəminin alovla əhatəyə alınması təhlükəsinin
qarşısını almaq üçün tədbirlər görülməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin