3.16.12. Quyuda təmir işləri, mürəkkəbləşmələrin və ya
qəzaların aradan qaldırılması, hər konkret quyu üçün işlənmiş
və bu işləri həyata keçirən təşkilatın rəhbərliyi tərəfindən təs-
diqlənmiş plan üzrə aparılmalıdır. Planda, işin aparılması
qaydası, təhlükəsizlik tədbirləri, işlərin yerinə yetirilməsinə
cavabdeh şəxs göstərilməlidir.
3.16.13. DDÖ-nün bir qrupunda olan quyuda tə’mir iş-
lərinin və digər qrupunda olan quyuda qazma işlərinin aparıl-
masına icazə verilir.
3.16.14. Qazma quyularının birində qazneftsu təzahürü
olduqda, mürəkkəbləşmələrə qarşı tədbirlər görülməklə, digər
qazma qurğusunda bütün işlər dayandırılmalıdır. Quyuların
eyni vaxtda qazılması, təmiri və istismarı zamanı, baş verən
qazneftsu təzahürü faktı ilə istismar idarəsinin rəhbərliyi
xəbərdar olunmalıdır və bütün quyularda istismar və təmir
işləri dayandırılmalıdır.
Dostları ilə paylaş: