Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə108/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   104   105   106   107   108   109   110   111   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.5. Quyuların tədqiqi
4.5.1. Istismar quyusunun tədqiqat dövrülüyü və həcmi,
həmin yatağın işlənmə layihəsinə uyğun hazırlanıb, təsdiq
olunmuş reqlament əsasında müəyyənləşdirilməlidir.
4.5.2. Kanatla endirilən dərinlik cihaz və alətlərinin endi-
rilməsi, ancaq quyu ağzında quraşdırılmış, germetikləşdirici
kipkəc qurğusu olan lubrikatorla yerinə yetirilməlidir.
314


4.5.3. Endirmə-qaldırma əməliyyatları, barabanın kanatla
istənilən sürət diapozonunda və kanatda (məftildə) təsbit
edilmiş yüklə fırlanmasını təmin edən, hidrointiqallı bucurqadın
tətbiqi ilə aparılmalıdır.
4.5.4. Lubrikator quyuda quraşdırılmazdan əvvəl, quyu
ağzında gözlənilən təzyiqlə hidravlik sınaqdan keçirilməlidir.
Quraşdırıldıqdan sonra və hər əməliyyatdan əvvəl, quyu məh-
sulunun təzyiqini tədricən artırmaqla, lubrikator kipliyə yoxla-
nılmalıdır.
4.5.5. Dərinlik tədqiqatları üçün tətbiq edilən məftil
bütöv, burulmamış olmalıdır, 6%-dən artıq hidrogen sulfid
tərkibli mühit üçün isə hidrogensulfid korroziyasına davamlı
materialdan hazırlanmalıdır.
4.5.6. Maye məhsulun utilizasiyası mümkün olmadıqda,
istismar quyularının tədqiqatı qadağandır.
4.6. Layların neft - qaz veriminin artırılması
4.6.1. Ümumi tələblər
4.6.1.1. Quyuya qazın, buxarın, kimyəvi və digər
agentlərin vurulması işləri neftqazçıxarma idarəsi tərəfindən
təsdiq olunmuş layihə və plana uyğun yerinə yetirilməlidir.
Planda hazırlıq işlərinin aparılma qaydası, avadanlıqların
yerləşmə sxemi, prosesin aparılma texnologiyası, təhlükəsizlik
tədbirləri, işlərə cavabdeh olan rəhbər göstərilməlidir.
4.6.1.2. Quyu ağzının yaxınlığında basqı xəttində əks kla-
pan quraşdırılmalıdır.
4.6.1.3. Basqı sistemi quraşdırıldıqdan sonra (reagentləri
vurmamışdan əvvəl) gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq
təzyiqlə sınanılmalıdır.
315


4.6.1.4. Basqı sistemlərinin hidravlik sınaqları zamanı
xidməti heyət təhlükəli zonadan (planda nəzərdə tutulmuş)
uzaqlaşdırılmalıdır. 
Təzyiq altında olan sistemlərdə sızmaların ləğv edilməsi
qadağandır.
4.6.1.5. Quyuda səyyar aqreqatlardan istifadə olunmaqla
aparılan texnoloji prosesin başlanmasından əvvəl işin rəhbəri
ikitərəfli rabitə əlaqəsinin mövcudluğuna əmin olmalıdır.
4.6.1.6. Qış vaxtı reagentlərin, suyun vurulmasından
əvvəl və işlər müvəqqəti olaraq dayandırıldıqdan sonra, nasos
qurğularının kommunikasiyalarında və basqı xəttlərində buz
tıxaclarının olmamasına əmin olmaq lazımdır.
Boru kəmərlərinin açıq oddan istifadə etməklə
qızdırılması qadağandır.
4.6.1.7. Quyuda kip olmayan kəmər və kəmərarxası axın
olduqda, quyudibi zonanın işlənməsi və neft (qaz) veriminin
artırılması işlərinin aparılması qadağandır.
4.6.1.8. Istiliklə və kompleks işlənmə müddətində quyu
və tətbiq olunan avadanlıq ətrafında 50 m-dən az olmayan
radiusda təhlükəli zona müəyyən olunur.
4.6.1.9. Səyyar nasos qurğuları quyu ağzından 10 m-dən
az olmayan məsafədə yerləşdirilməlidir. Onlar arasında
məsafə 1 m-dən az olmamalıdır. Işlərin yerinə yetirilməsində
istifadə olunan digər qurğular (kompressor, buxar generatoru
qurğusu və s.) quyu ağzından 25 m-dən az olmayan
məsafədə yerləşdirilməlidir. 
316


4.6.1.10. Işlərin aparılmasının texnoloji rejimi, aqreqat
və qurğuların konstruktiv icrası, aparat və boru kəmərlərinin
daxilində partlayış-yanğın təhlükəli qarışıqların əmələ
gəlməsini istisna etməlidir.
4.6.1.11. Bütün obyektlərdə (quyularda, boru kəmərlə-
rində, ölçmə qurğularında) partlayış –yanğın təhlükəli
qarışıqların əmələ gəlməsi yolverilməzdir.
Işlərin aparılması planında mütləq iş prosesi zamanı qaz-
hava mühitinin dövrü olaraq yoxlanılması nəzərdə tutulmalıdır.
4.6.1.12. Nasosun qoruyucu qurğusunun atqı xətti
möhkəm bərkidilməli, örtüklə bağlanmalı, xüsusi tutuma və ya
nasosun qəbul xəttinə istiqamətləndirilməlidir.
4.6.1.13. Basqı kommunikasiyalarında olan vibrasiya və
hidravlik zərbələr qəbul olunmuş normalardan artıq olma-
malıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin