Азярбайъан республикасы


Dəniz şəraiti üçün əlavə tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə116/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   112   113   114   115   116   117   118   119   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Dəniz şəraiti üçün əlavə tələblər
4.8.23. Kirjimdəki qaldırıcıdan yeraltı (cari) təmirin
aparılması qadağandır.
4.8.24. Küləyin gücü 6 baldan (sürəti 11 m/san-dən)
artıq olduqda DDÖ-də və estakadayanı meydançalarda
quyuların cari və əsaslı təmiri üzrə bütün işlər
dayandırılmalıdır.
Güclü qar və ya yağış yağdıqda, yer (döşəmə) buz
bağladıqda cari və əsaslı təmir aparmaq qadağandır.
4.8.25. Quyunun təmiri üçün aqreqatın vışkası (qülləsi)
əvvəlcədən nəzərdə tutulmuş yerlərdə estakadayanı meydan-
çanın ferma qovşaqlarına dartıcı kanatla bərkidilməlidir.
4.8.26. Quyuların cari və əsaslı təmiri üçün estakadayanı
meydançalarda «Bakılı» növlü səyyar aqraqetların qüllələrinin
qaldırılmasına küləyin gücü 5 baldan (sürəti 9 m/san-dən)
artıq olmadıqda icazə verilir.
4.8.27. Qazlift küt quyularını təmir edərkən avadanlığı və
xüsusi texnikanı yerləşdirməzdən əvvəl təmir olunan quyuya,
həmçinin sağdakı və soldakı quyulara (yerləşdirmə müddəti
ərzində) qaz vurulması dayandırılmalıdır. Avadanlığı və xüsusi
texnikanı qaz kəmərlərinin işləyən şleyfində quraşdırmaq
qadağandır.
Kütdə quyu ağızlarının mərkəzləri arasındakı məsafə 1,5
m və daha az olan mexanikləşdirilmiş quyuları təmir edərkən
qonşu quyu dayandırılmalı, lazım gələrsə boğulmalıdır.
Küt quyularda təmir işləri [288]–ə əsasən aparılmalıdır.
333


4.8.28. Küt halda istismar olunan quyularda qonşu quyu
dayandırılmadan təmirin aparılmasına, müəssisənin baş mü-
həndisinin (texniki rəhbərinin) təsdiq etdiyi planda nəzərdə
tutulan xüsusi tədbirlərin həyata keçirilməsi və xüsusi texniki
vasitələrdən istifadə edilməsi şərtləri ilə yol verilə bilər.
Kütdə qazma işləri aparmaqla yanaşı mənimsəmə, təmir,
quyunun işə salınması işlərini görməyə və eyni zamanda iki
briqadanın quyu təmiri ilə məşğul olmasına yol verilir. Bu
halda hər bir iş icraçısı öz sahəsindəki qeyri-standart vəziyyət
(qazneftsu təzahürü, texnoloji reqlamentdən kənara çıxmalar
və s.) haqqında kütdə işləyən digər iş icraçılarına məlumat
verməlidir. Belə olan halda qeyri-standart vəziyyət aradan
qaldırılana qədər kütdə bütün işlər dayandırılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin