Азярбайъан республикасы


Dəniz şəraiti üçün əlavə tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə124/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   120   121   122   123   124   125   126   127   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Dəniz şəraiti üçün əlavə tələblər
4.9.6.36. Küt quyulardan (DDÖ-dən) məhsulun texnoloji
platformaya və ya neftin və qazın yığılması və saxlanmasının
mərkəzi məntəqəsinə nəqlinin yüksək etibarlılığı üçün ehtiyat
xətt olmalıdır. Ehtiyat xətt işçi vəziyyətdə olmalıdır.
Ehtiyat xəttin çəkilməsinin labüdlüyü yatağın qurulması
layihəsində nəzərdə tutulmalıdır.
4.9.6.37. Neft və qaz nəql olunan sualtı boru
kəmərlərinin başlanğıcında və sonunda qəza hallarında
ayırmalar üçün avtomatik bağlayıcı qurğular quraşdırılmalıdır.
4.9.6.38. Neft və qazın nəqli üçün nəzərdə tutulmuş
sualtı boru kəməri işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqlə
sınanmalıdır.
351


4.9.6.39. Bağlı yerdə (otaqda) yerləşən nasosun işə
salınmasından və neftlə doldurulmasından əvvəl sorucu ventil-
yasiya işə salınmalıdır. Ventilyasiya nasaz və ya işə salınmamış
halda olduqda nasosun işə salınmasına icazə verilmir.
4.9.6.40. Nefti çəkib-vuran nasosun üfürmə kranı neftin
yığılma tutumuna ötürülməsi üçün borucuqla təchiz
edilməlidir.
4.9.6.43. Nefti çəkib-vuran nasosun elektrik intiqalının
məsafədən qəza söndürmə quruluşu olmalıdır.
4.9.7. Çənlər (rezervuarlar)
4.9.7.1. Bu qaydalar polad, qaynaq edilmiş, silindr
formalı, tutumu 100 m
3
-dən 50000m
3
-dək olan, xam və əmtəə
neftinin yığımı, saxlanması və hazırlanması, həmçinin laya
vurulmazdan əvvəl suyun yığılması və təmizlənməsi üçün
nəzərdə tutulmuş çənlərə aid edilir.
4.9.7.2. Çənin növünün seçilməsi, onun daxili təchizatı,
korroziyaya qarşı örtüyü, quraşdırma üsulu, tutumundan, təyi-
natından, iqlim şəraitindən, mühitin xarakterindən asılı olaraq,
həmçinin itkilərin maksimum azaldılmasına hesablanmış layi-
həyə əsaslanmalıdır.
4.9.7.3. Hər bir çən aşağıdakılarla təchiz olunmalıdır:
tənəffüs klapanları ilə, qoruyucu klapanlarla, odun qarşı-
sını kəsənlərlə, səviyyəölçənlərlə, nümunəgötürənlərlə,
səviyyə siqnalizatorları ilə, manometrlərlə, süzülüb-axmanın
qarşısını alan quruluşlarla (qapaqlarla), yanğına qarşı
avadanlıqla, isitmə üçün avadanlıqla, qəbul-paylama boru
qolları ilə, təmizləmə boru qolu ilə, ventilyasiya boru qolları ilə,
lyuklarla (işıq lyuku, ölçü lyuku).
4.9.7.4. Çənin üstündə quraşdırılan tənəffüs armaturu la-
yihədəki izafi təzyiqə və vakuuma uyğun olmalıdır.
352


4.9.7.5. Ətraf havanın mənfi temperaturunda 0
0
C-dən
artıq temperaturlu neft və suyun daxil olduğu çənlər
donmayan tənəffüs klapanları ilə təchiz olunmalıdır.
4.9.7.6. Tutumu 10000m
3
-dən artıq olan çənlərin rulon
üsulu ilə quraşdırılmasına yol verilmir.
4.9.7.7. Çənin divarlarının birinci kəmərinin şaquli tikişləri
qəbul-paylama qol borularının arasında yerləşməməlidir; ava-
danlığın ayrı-ayrı elementlərinin qaynaq tikişləri bir-birindən və
divarların şaquli birləşməsindən 500 mm-dən yaxın
olmayaraq, üfiqi birləşməsindən 200 mm-dən yaxın olmayaraq
yerləşməlidir.
4.9.7.8. Hər bir çən, ondan dağılmış mayenin hidrostatik
təzyiqinə hesablanmış dairəvi torpaq bəndi ilə əhatələnməlidir.
4.9.7.9. Bilavasitə çənin yanında quraşdırılmış və ancaq
bu çənə xidmət etmək üçün nəzərdə tutulan qapayıcı və əsas
siyirtmələrdən başqa, digərilərinin bəndləmənin daxilində
yerləşdirilməsinə yol verilmir.
Siyirtmələrin idarəetmə kameraları və quyuları bəndlə-
mənin xarici tərəfində yerləşdirilməlidir.
4.9.7.10. Çənin binövrəsi qrunt (səth) suları ilə
yuyulmadan qorunmalıdır, bunun üçün suların kanalizasiya ilə
təmizləyici qurğulara daimi axıdılması təmin edilməlidir.
4.9.7.11. Çənlər təmizləndikdən sonra çirklərin (çirkab
suların) kanalizasiyaya axıdılması qadağandır. Çənlərin təmiz-
lənməsindən əmələ gəlmiş çirkab suları yığılıb-sökülən boru
kəmərləri ilə şlamyığanlara ötürülməlidir.
4.9.7.12. Ayrı-ayrı çənlərin və çənlər qrupunun qarşılıqlı
yerləşməsi, quruluşu və aralarındakı məsafə [46] -ın
tələblərinə uyğun olmalıdır.
4.9.7.13. Çən istismara buraxılmazdan əvvəl hidravlik sı-
naqlar keçirilir, həmçinin çənin dibinin xarici konturunun üfü-
qiliyi və divarlarının həndəsi forması yoxlanılır.
353


4.9.7.14. Istismarda olan çənlər aşağıdakılarla təmin
olunmalıdır:
a) çənin texniki pasportu ilə;
v) ponton üçün texniki pasport ilə;
c) çənin dərəcələrə bölmə cədvəli ilə;
ç) çənin texnoloji xəritəsi ilə;
d) cari xidmət jurnalı ilə;
e) ildırımdan və statik elektrikləşmədən mühafizə quru-
luşlarının vəziyyətinə nəzarət jurnalı ilə;
j) binövrənin hamarlanması sxemi ilə;
z) ildırımdan və çənin statik elektrikləşmədən mühafizə
sxemi ilə;
i) çənin avadanlığının dəyişdirilməsi göstərişləri, aktları
ilə;
y) çənin avadanlığının dəyişdirilməsinin texnoloji xəritələri
ilə;
ə) çənin inşasının icra sənədləri ilə.
4.9.7.15. Istismarda olan çənlərin, təmirinin vacibliyini
və növünü, həmçinin çənin qalıq xidmət müddətini təyin
etməyə imkan verən dövri diaqnostikası və tədqiqatı
aparılmalıdır.
4.9.7.16. Diaqnostika [259] -a uyğun aparılmalıdır.
4.9.7.17. Diaqnostika işləri Azdövdağtexnəzarət Komitə-
sinin xüsusi icazəsi ilə ixtisaslaşmış təşkilatlar tərəfindən apa-
rılmalıdır.
354



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin