4.9.8. Dəniz şəraiti üçün əlavə tələblər
(Neft və qazın yığılması və saxlanılması)
4.9.8.1. DNQT-də neft və qazın yığılması və
saxlanılması məntəqələrində döşəmə dəmir-beton plitələrdən
və ya digər yanmayan materialdan quraşdırılmalıdır.
4.9.8.2. Neftdoldurma körpüsü çənaltı meydançadan
texniki sənədlərdə müəyyən edilmiş məsafədə yerləşməlidir.
4.9.8.3. Neftdoldurma körpüsü bucurqadla və 1 t-dan
az olmayan yükqaldırma qabiliyyətli kranla təchiz olunmalıdır.
Bucurqad və kranların sayı yükləmə şlanqlarının sayı ilə təyin
edilir.
4.9.8.4. Statik elektrik yüklənməsi nəticəsində
borularda təhlükəli potensialın əmələ gəlməsinin qarşısını
almaq üçün qaz və neft kəmərləri etibarlı
yerləbirləşdirilməlidir.
4.9.8.5. Neft və qaz yığımı məntəqələrini qazpaylayıcı
budka ilə birləşdirən körpülər, həmçinin əmtəə rezervuarları
parkını neftdoldurma körpüsü ilə birləşdirən körpülər hər iki
tərəfdən müvafiq tələblərə uyğun çəpərlə çəpərlənməlidir.
Körpülərin döşəməsi yanmayan materialdan olmalıdır.
4.9.8.6. DDÖ-də küt quyulardan hasil olunmuş neft
texnoloji özülə, mərkəzi yığım məntəqəsinə vurulmalı və ya
ayrı-ayrı özüllərdə çənlərdə saxlanılmalıdır. DDÖ-lərdə ümumi
həcmi 200 m
3
çox olmayan bufer neft tutumlarını
yerləşdirməyə yol verilir.
4.9.8.7. DNQT-nin və ya mərkəzi neft yığma məntəqə-
sinin xidmət heyəti istismar zamanı və ya qəza hallarında
lazımi əməliyyatları tez və səhvsiz apara bilmək üçün texnoloji
boru kəmərlərinin yerləşmə sxemini və siyirtmələrin təyinatını
bilməlidir.
355
D. 4.9.9. Tankerlərin doldurulması
4.9.9.1. Dəniz neftyığma məntəqəsinin körpüsünə yan
almış neftdaşıyan gəmiyə, dəniz nəqliyyatı nümayəndələri,
körpü təsərrüfatı və yanğından mühafizə dəstəsinin
nümayəndələri ilə birlikdə neftin doldurulması və boşaldılması
mümkünlüyünü təyin etmək üçün, yanğın təhlükəsizliyi
nöqteyi-nəzərindən baxış keçirməlidirlər.
4.9.9.2. Neftdaşıyan gəmi neftin vurulması üçün boru
kəmərinin
şlanqla
birləşdirilməsinə
qədər
yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə qurğusu doldurma-
boşaltma əməliyyatı bitdikdən və boru kəməri körpünün və
gəminin şlanqından ayrıldıqdan sonra çıxarılmalıdır.
4.9.9.3. Gəminin boru kəmərini körpülərin doldurma-bo-
şaltma qurğusu ilə birləşdirən şlanqlar, gəminin körpünün ya-
nında yerdəyişməsinə imkan verən uzunluqda olmalıdır.
Şlanqlar yumşaq ilməklər və ya taxta dirəklərlə etibarlı
saxlanılmalıdır.
4.9.9.4. Körpünün və neftdaşıyan gəminin xidmət heyəti
doldurma-boşaltma işlərinin gedişinə və avadanlığın
vəziyyətinə daima nəzarət etməlidir. Əmələ gəlmiş neftsızması
dərhal aradan qaldırılmalıdır. Sızmanı aradan qaldırmaq
mümkün olmadıqda neftin doldurulması-boşaldılması
əməliyyatı nasazlıq aradan qaldırılana qədər dayandırılmalıdır.
4.9.9.5. Gəmilərin körpülərin yanında dayanması zamanı,
neft doldurulması – boşaldılması əməliyyatı ilə əlaqəsi
olmayan gəmilərin və digər üzən vasitələrin onlara
yaxınlaşması və yan alması qadağandır.
4.9.9.6. Neftdaşıyan gəmiyə qəza təmiri lazım olduqda,
neft doldurma-boşaltma əməliyyatı dayandırılmalı və gəmi
körpüdən təhlükəsiz məsafəyə çəkilməlidir.
4.9.9.7. Ildırım çaxan vaxt doldurma-boşaltma işlərini
aparmaq qadağandır.
356
|