5.2.4. 10kV gərginlikli qazma qurğusuna gələn hava
elektrik xəttinin yarımstansiyaya (paylayıcı qurğuya) girişində
olan cərəyandaşıyıcı hissələrə yerdən (döşəmədən) olan
məsafə 4,5 m-dən az olmamalıdır.
Yerdən həmin cərəyandaşıyıcı hissələrə (naqillərə ) qədər
olan məsafə 3,5 m-ə qədər azalarsa, həmin ərazi 1,5 m hün-
dürlükdə çəpərlənməlidir; bu halda yerdən məftilə qədər olan
məsafə (çəpər müstəvisindən) 3,5 m-dən az olmamalıdır və
ya giriş kabellə yerinə yetirilməlidir.
5.2.5. Buruğun dartıcı kanatlarının (burazlarının) hava
elektrik xətləri ilə (toxunmamaqla) kəsişməsinə müstəsna hal-
larda yol verilir. Belə hallarda:
a) elektrik xəttinin (naqilin) dartıcı kanatla kəsişdiyi (to-
xunmamaqla) hissədə birləşməsi (calağı) olmamalıdır; dartıcı
kanatdan hündürdə keçməli və
dayaqlarda ikiqat bərkidil-
məlidir;
b) dartıcı kanatla elektrik naqili (ən çox əyilmədə)
arasındakı məsafə 2 m-dən az olmamalıdır.
5.2.6. Qazma qurğusunun 6-10 kV-luq hava EVX-nin
qıraq (kənar) naqilindən nasosxanaya, məişət binalarına və
digər tikililərə qədər olan üfqi məsafə 2 m-dən az olmamalıdır,
1000 V-a qədər hava xətlərində isə 1,5 m-dən az olmamalıdır.
5.2.7. Qazma qurğusunun transformator yarımstansiya-
sına giriş, transformatorlardan
və hava elektrik xətlərinin
girişlərindən daha çox aralı olan yerdən olmalıdır.
5.2.8. Elektrik intiqallı qazma qurğularında qazma nasos-
larını dərhal (qəza hallarında) saxlamaq üçün, qazmaçının
əlinin altında «Stop» düyməsi olmalıdır.
5.2.9. Qazma bucurqadının elektrik intiqalı (ötürücüsü)
talblokun kəlləçarxın altına dartıb (çəkib) aparılmasının qarşı-
sını alan qurğu ilə təchiz olunmalıdır.
5.2.10. Qazma buruğunun işıqlandırılması, partlayışdan
mühafizəli çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir.
359
5.2.11. Hər bir qazma qurğusunun 380/220 V-luq payla-
yıcı lövhəsində qaynaq transformatorlarını və geofiziki partiya-
ların elektrik qəbuledicilərini
qoşmaq üçün kommutasiya
aparatı olmalıdır.
5.2.12. Şaxta istiqamətləndiricisi, quyunun konduktoru
və şurf boruları bilavasitə quraşdırıldıqdan sonra buruğun yer-
ləbirləşdirmə quruluşuna qoşulmalıdır. Bu qoşulmalar
qaynaqla yerinə yetirilməlidir. Birləşmə yerləri baxış üçün
münasib olmalıdır.
Bu halda yerləbirləşdirmə quruluşunun müqaviməti [15]
–in tələblərinə uyğun olmalıdır.
5.2.13. Qazma qurğusunu bir yerdən başqa yerə köçür-
dükdə (nəql etdikdə) elektrik avadanlığının gərginliklə
sınaqdan keçirilməsi zəruriliyi
müəssisənin elektrik
təsərrüfatına cavabdeh şəxs tərəfindən [16] ilə təyin olunmuş
müddətdə müəyyən (təyin) edilir.
5.2.14. Quraşdırma mərhələsində olan qazma qurğusuna
gərginliyin verilməsini (açılmasını) elektrik təsərrüfatına cavab-
deh şəxs yerinə yetirməlidir. Qazma qurğusuna gərginliyin
verilməsi «Qazma qurğusunun istismara buraxılması haqqında
AKT» sənədləşdirildikdən sonra və yalnız sutkanın işıqlı
vaxtında aparılmalıdır. Bununla yanaşı buruğa gərginlik, bri-
qada üzvlərinin xəbərdar olunması və ya təhlükəli sahələrdən
çıxarılması haqqında tikinti- quraşdırma işlərinin rəhbəri tərə-
findən yazılı surətdə təsdiqdən sonra verilməlidir.
5.2.15. Elektrik intiqallı qazma qurğularının qazma briqa-
dalarının və quyuların mənimsənilməsi briqadalarının tərkibin-
də elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən az olmayan elek-
trik montyoru olmalıdır. Küt şəkildə qazma aparıldıqda qazma
qurğularına xidmət edən elektrik montyorlarının sayının azal-
dılması məsələsini müəssisənin baş energetiki həll edir.
360
5.2.16. Hər bir qazma briqadası partlayışdan mühafizəli,
gərginliyi 12 V-dan çox olmayan daşınma çıraqlarla təmin
olunmalıdır.
Dostları ilə paylaş: