5.3.30. Elektrodehidratorun daxilində və yuxarı meydan-
çasında quraşdırılmış avadanlıqların təmirinə qaz-partlayış təh-
lükəli işlərin aparılmasına tapşırıq-icazə vərəqəsi alındıqdan
sonra icazə verilir.
5.3.31. Elektrodehidratorların mütəmadi olaraq təmiri və
onlara baxış, müəssisənin baş energetiki tərəfindən təsdiq
edilmiş yerli təlimatlarla müəyyən edilir.
5.3.32. Neftlə doldurulmuş elektrodehidratora cərəyan
verilməzdən əvvəl orada toplanmış qaz və buxar
buraxılmalıdır.
5.3.33. Elektrodehidratorda yanğın baş verdikdə gərginlik
dərhal açılmalıdır.
5.3.34. Elektrodehidrator işləyən zaman çəpərlənmiş sa-
həyə daxil olmaq qadağandır.
5.3.35. Elektrodehidratorun aparatda neftin səviyyəsi
aşağı düşərkən gərginliyi açan quruluşu olmalıdır. Elektrode-
hidratorun bütün bloklayıcıları cədvəl üzrə, lakin ildə 1
dəfədən az olmayaraq yoxlanılmalıdır.
Dostları ilə paylaş: