-yerləbirləşdirmə quruluşunun görünən hissələrinə baxış
keçirilməli;
-yerləbirləşdiricilərlə yerləbirləşdirilmiş elementlər arasın-
da etibarlı əlaqənin mövcudluğu yoxlanılmalı (aparatla yerlə-
birləşdirmə quruluşunu birləşdirən keçiricidə qırılmaların və
qeyri kafi kontaktın olmaması), həmçinin transformatorların
qoruyucuları (probivnoy) yoxlanılmalı;
-yerləbirləşdirmə quruluşunun müqaviməti ölçülməli;
-«faza-sıfır» dövrəsinin tam müqaviməti ölçülməli;
-birləşmələrin etibarlı olması yoxlanılmalıdır.
5.4.4. Binalarda (otaqlarda) yerləşdirilmiş yerləbirləşdir-
mə keçiriciləri (naqilləri) baxış üçün əlverişli yerdə olmalıdır.
Bu tələblər kabellərin sıfır xətlərinə və metal zirehlərinə,
elektrik xətti gizli üsulla çəkilmiş borulara, yerdə (torpağa bas-
dırılmış) metal konstruksiyalara və həmçinin boru xətlərinin içi
ilə çəkilmiş yerləbirləşdirici keçiricilərə aid deyildir.
5.4.5. Yerləbirləşdirmə keçiriciləri korroziyadan mühafizə
olunmalıdır.
5.4.6. Yerləbirləşdirmə keçiriciləri yerləbirləşdiriciyə və
yerləbirləşdirilən konstruksiyalara
qaynaq edilməklə, aparat,
maşın və s. gövdəsinə isə qaynaq və ya bolt vasitəsilə etibarlı
birləşdirilməlidir. Aşındırıcı buxar və ya qaz olan rütubətli otaq-
larda kontakt səthlərinin əlavə olaraq mühafizə örtüyü
(təbəqəsi) olmalıdır (çəkilməlidir).
Aparat, maşın və s. gövdəsinə birləşdirilən əyilgən (elas-
tik) yerləbirləşdirmə keçiricilərinin uclarında etibarlı
qaynaq-
lanmış sonluqlar (ucluqlar) olmalıdır.
Silkələnmə və ya titrəyiş nəticəsində kontaktın zəifləməsi
ehtimal olunan yerlərdə əlavə tədbirlər görülməlidir (kontrqay-
ka, təsbitləyici şayba qoyulmalıdır).
Tez-tez sökülən və ya maşının hərəkət edən hissələrində
quraşdırılan avadanlıq, ucuna sonluq qaynaq edilmiş əyilgən
(elastik) naqillər vasitəsilə yerləbirləşdirilməlidir.
367
5.4.7. Qurğunun yerlə birləşdirilən hər bir elementi ayrı-
ayrılıqda yerləbirləşdiriciyə və magistral yerləbirləşdirmə
xəttinə qoşulmalıdır.
Yerləbirləşdirmə xəttinə
qurğunun bir neçə hissəsinin
ardıcıl qoşulması qadağandır.
5.4.8. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğula-
rında torpaqdan (yerdən) «faza» və ya «sıfır» naqili kimi
istifadə edilməsi qadağandır, belə ki,
bu qurğular elektrik
cərəyanı ilə zədələnmələrə (xəsarətalmalara) səbəb ola bilər.
Dostları ilə paylaş: