Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə134/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   130   131   132   133   134   135   136   137   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

5.7. Süni işıqlandırma
5.7.1. Neftqazçıxarma (qazma) obyektlərində iş yerləri,
texnoloji avadanlıqlar, keçidlər, pilləkənlər və s. [211, 47] –ə
uyğun süni işıqlandırılmalıdır.
5.7.2. Neftqazçıxarma (qazma) obyektləri partlayışdan
mühafizəli çıraqlarla və projektorlarla işıqlandırılmalıdır.
5.7.3. Obyektlər işçi işıqlandırılma çıraqlarından başqa
qəza, təxliyə və lazım olduqda mühafizə çıraqları ilə də təmin
olunmalıdır və onlar qüvvədə olan müvafiq normalara uyğun
olmalıdır.
5.7.4. Təxliyə işıqlandırılması üçün qəza işıqlandırılmasın-
dan istifadə oluna bilər.
5.7.5. Qəza və təxliyə işıqlandırılması üçün aşağıdakı çı-
raqlar tətbiq olunur:
a) közərmə lampalı;
b) lüminissent lampalı aşağı temperaturlu (5
0
C-dən az
olmayaraq) otaqlarda, o şərtlə ki, çıraqlar bütün rejimlərdə
gərginliyi nominal gərginliyin 90%-dən az olmayan dəyişən
cərəyanla qidalansın.
372


Ksenon, DRL, metalhallogen və yüksək təzyiqli natrium
lampalı çıraqlardan qəza və təxliyə işıqlandırılmasında istifadə
etmək qadağandır.
5.7.6. Qəza və təxliyə işıqlandırılmasının əlavə olaraq av-
tonom (ayrıca) elektrik qida mənbəyi olmalıdır.
5.7.7. Mühafizə işıqlandırılması sutkanın qaranlıq vaxtı
mühafizə olunan yerdə ərazinin sərhəddi boyunca nəzərdə tu-
tulmalıdır.
5.7.8. Işıqlandırıcı qurğuların yoxlanılmasına xüsusi hazır-
lığı olan və [63] tələblərini mükəmməl bilən işçilər buraxılır.
5.7.9. Işıqlandırma obyektlərinin sanitar-texniki pasport-
laşdırılması (iş yerlərinin attestasiyası) [251]-ə uyğun
aparılmalıdır (ölçülməlidir).
5.7.10. Yenidən qurulmuş və rekonstruksiya edilmiş işıq-
landırıcı qurğular istismara verilməzdən əvvəl yoxlanılmalıdır.
5.7.11. Çıraqların əksetdiricilərinin xüsusi yuyucu maddə-
lərlə çirkdən təmizlənmə qaydaları [251]–ə uyğun
aparılmalıdır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin