0-cı zona – partlayış təhlükəli qatışığın daima və ya uzun
müddət ərzində olduğu sahə;
1-ci zona – normal iş rejimində partlayış
təhlükəli
qatışığın mövcudluğu ehtimal olunan sahə;
2-ci zona – normal iş rejimində, açıq meydançalarda və
otaqlarda partlayış təhlükəli qatışığın olmadığı sahə.
[15]-in tələblərinə uyğun olaraq 0-2
zonalar müvafiq
olaraq partlayış təhlükəsiz və partlayışdan mühafizəli icrada
olan avadanlıqlarla təchiz olunmalıdır.
Bütün vericilər,siqnal
qurğuları 1-ci zonanın sahələrində istifadəyə yararlı olmalıdır.
5.8.4
Partlayışdan mühafizə markası olmayan, qeyri ixti-
saslaşdırılmış müəssisələrdə hazırlanmış və ya təmir zamanı
partlayışdan mühafizə elementləri pozulmuş,
nəzarət edən
idarənin partlayış mühafizəsi üzrə yazılı icazəsi olmadan
0,1,2 kateqoriyalı (sinifli, dərəcəli) partlayış təhlükəli
zonalarda elektrik avadanlıqlarının quraşdırılması qadağandır.
5.8.5 Xaricdən idxal olunmuş partlayış mühafizəli
elektrik avadanlığının, onu partlayışdan mühafizəyə sınamış
təşkilatın partlayış təhlükəli zona və mühitdə istismarına icazə
verən şəhadətnaməsi olmalıdır.Bundan başqa bu avadanlıq
sertifikatlaşdırılmalı və onun Azərbaycan Respublikasının
ərazisində tətbiqinə Azdövdağtexnəzarət Komitəsinin icazəsi
olmalıdır.
5.8.6 Partlayışdan mühafizə vasitələri və bloklayıcıları na-
saz olduqda, idarəetmə və mühafizə sistemləri sxemi pozul-
duqda elektrik avadanlığının istismarı qadağandır.
5.8.7 Neftqazçıxarma obyektləri şəraitində (ərazisində)
Dostları ilə paylaş: