7.4.2. Əgər sistemə buraxılan qazların, buxarların və on-
ların qarışıqlarının təsiri nəticəsində korroziyaya uğrama ildə
0,1mm-dən çox olmazsa, belə halda məşəl qurğularının bir
kollektorla təmin olunmasına icazə verilir.
7.4.3. Məşəl kollektorlarının və boru kəmərlərinin uzunlu-
ğu minimal, döngələri isə az olmalıdır. Boru kəmərləri əsasən
yerüstü olaraq dayaqlarda və ya estakadalar üzərində çəkil-
məlidir. Əsaslandırılmış hallarda boru kəmərləri yerin altı ilə
çəkilə bilər.
Borulara mayenin dolmaması üçün, məşəl kollektoruna
birləşmə yalnız üst tərəfdən aparılmalıdır.
Məşəl kollektorları və boru xəttlərində kipgəcli kompres-
sorların qoyulması qadağandır.
7.4.4. Məşəl kollektorları
və boru xəttləri kondensat
yığılan quruluşa tərəf mailliyi 0,003-dən az olmayaraq
çəkilməlidir. Əgər göstərilən
mailliyə nail olmaq mümkün
olmazsa, boru xəttlərinin aşağı nöqtələrində kondensat
yığımını kənarlaşdırmaq
üçün əlavə quruluşlar
yerləşdirilməlidir.
7.4.5. Kondensatın bütün yığım quruluşlarının konstruk-
siyası elə olmalıdır ki, kondensatın qaz axını ilə aparılmasını is-
tisna etsin.
7.4.6. Separator (kondensatyığıcı) və nasos bir – birinə
nisbətən elə yerləşdirilməlidir ki, nasos işləyərkən kavitasiya
halının (təzahürünün) yaranması istisna olunsun.
7.4.7. Vurucu boru xəttinin diametri nasosun maksimal
məhsuldarlığı ilə təyin edilir və bu,
giriş qol borunun
(patrubok) diametrindən az olmamalıdır.
7.4.8. Məşəl sisteminin idarə olunması və manitordan
istifadə etməklə ona məsafədən nəzarət edilməsi qazları
sistemə vuran texnoloji qurğunun (obyektin)
əməliyyat
otağından (və yaxud NÖC otağından) aparılmalıdır.
390
7.4.9. Qoruyucu klapanlar işə düşən vaxt ondan çıxan
qazın həcmi aparatın daxilində olan qaz mühitinin təzyiq
qoruyucu (klapanın işləməsi üçün lazım olan təzyiqdən yüksək
təzyiqə bərabər olduqda) həcmi ilə təyin edilir.
7.4.10. Kondensat vuran nasoslar etibarlı və qəzasız işlə-
mək üçün bloklayıcılarla və kondensat yığılan tutumlarda
mayenin səviyyəsi yol verilə bilən həddə çatdıqda işə
salınması üçün avtomatik işəsalıcılarla və söndürücülərlə
təchiz olunmalıdır.
Dostları ilə paylaş: