BÖLMƏ 7
MƏŞƏL SISTEMI
7.1. Ümumi tələblər
7.1.1. Bu Qaydaların tələbləri bütün neft, qaz və qaz-
kondensat yataqlarının məşəl sistemlərinə şamil edilir.
7.1.2. Məşəl sistemlərinin komplekləşdirilməsi, avadanlıq
və ləvazimatlarının konstruksiyası, istismarı [18]-in tələblərinə
uyğun olmalıdır.
7.1.3. Məşəl sistemlərinin layihələndirilməsi, tikintisi və
yenidən qurulması bu sahədə ixtisaslaşmış müəssisə və
təşkilatlar tərəfindən aparılmalıdır.
7.1.4. Məşəl sisteminin elektrik qəbulediciləri (alova
nəzarət qurluşu, alışdırma quruluşu, NÖC və A-sistemləri)
elektrik təchizatı etibarlılıq nöqteyi nəzərindən 1-ci kateqoriya
etibarlılıq tələblərinə uyğun olmalıdır.
7.1.5. Tərkibində hidrogen sulfidin həcmi 8% və daha
çox olan karbohidrogen qazların və buxarların atqı qurğusuna
ötürülməsi qadağandır.
Dostları ilə paylaş: