8.5.1. Qaz karotaj stansiyası və geotexnoloji nəzarət la-
boratoriyası quyu ağzından vışkanın hündürlüyündən 10m
artıq məsafə nəzərə alınmaqla yerləşdirilməlidir.
8.5.2. Əksağırlıq yükü horizonta nisbət 40
0
bucaq altında
tarım çəkilmiş xətt üzrə sürüşməlidir. Tarım xətt (rasstəjka)
etibarlı bərkidilməli və kifayət
qədər ehtiyat möhkəmliyinə
malik olmalıdır. Tarım xətt qırıldıqda və ya zədələndikdə onu
calamaqla artırmaq qadağandır.
Tarım xəttsiz əksağırlıq yükü ilə işləmək qadağandır.
8.5.3. Dərinlik göstrəicisinin, yükün tarım xəttinin, asqı
bloklarının və hərəkətsiz sonluğunun (nepodvijnıy koneü) gös-
təricisinin bərkidilməsi, onların düşməsini istisna etməlidir.
8.5.4. Qazma qurğusu işləyərkən, qaz karotaj avadanlığı-
nın kəlləçarx meydançasında quraşdırılması
və sökülməsi
qadağandır.
8.5.5. Qaz karotaj stansiyasının
içində təhlükəli mate-
rialların saxlanılması qadağandır.
8.5.6. Qaz karotaj stansiyasının işıqlandırılması və qızdı-
rılması, bu stansiyanın pasportunda nəzərdə tutulmuş inventar
cihazlarla yerinə yetirilməlidir.
8.5.7. Cihazlar intensiv qaz ayrılmasını göstərərsə, növbə
operatoru, dərhal qaz tullanışının (fontanın)
mümkünlüyü
haqda qazma briqadasını
xəbərdar edir,belə
bir qəza baş
verdikdə isə qaz karotaj stansiyasının təhlükəsiz bir yerə kö-
çürülməsinə dair tədbirlər görür.
8.5.9. Şlam nümunələrinin, qazma məhlulunun, neftin və
qazın analizi zamanı zərərli maddələrin ayrılması ilə müşayiət
olunan işlər müvafiq fərdi mühafizə vasitələri (FMV) istifadə
etməklə sorucu şkaflarda aparılmalıdır.
Sorucu şkafların ventilyasiya sistemi nasaz olduqda, on-
larda zərərli
maddələrin, qazların və buxarların ayrılması ilə
müşayiət olunan analizlərin aparılması qadağandır.
408