Азярбайъан республикасы


 Dəniz şəraiti üçün əlavə tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə150/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   146   147   148   149   150   151   152   153   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

8.6. Dəniz şəraiti üçün əlavə tələblər 
(Mədən-geofiziki işləri)
8.6.1. Sifarişçi aşağıdakıların təmin olunmasına görə
məsuliyyət daşıyır:
-DNQT-də geofiziki aparatlar və avadanlıqlar üçün işçi
meydançaların və ya sahələrin ayrılmasına;
-qüvvədə olan qanunvericilik aktlarının və normativ-tex-
niki sənədlərin tələblərinə uyğun geofiziki avadanlığın, PM və
RM saxlanılması üçün DNQT-də yerlərin ayrılmasına və müva-
fiq şəkildə təchiz olunmasına;
-DNQT-yə gətirilən və geriyə daşınan geofiziki dəstənin
yüklərinin mexanikləşdirilmiş üsulla boşaldılmasına;
-geofiziki dəstənin DNQT-yə və geriyə təhlükəsiz və vax-
tında daşınmasına (işçilərin DNQT-yə və gəmiyə, vertolyotla
köçürülmə də daxil olmaqla);
-DNQT-də geofiziki heyətin dincəlməsi üçün onları otaq-
larla təmin etməyə;
-DNQT-nin işçiləri ilə birgə geofiziki dəstənin işçiləri üçün
kollektiv qidanın təşkilinə;
-geofiziki heyət DNQT-də olduqda onlar üçün xilasetmə
vasitələrinin ayrılmasına və onlara həmin vasitələrdən istifadə
qaydalarının öyrədilməsinə.
8.6.2. PDI-dən sonra istifadə olunmamış PM birinci
imkan olan kimi DNQT-dən çıxarılmalıdır.
8.6.3. DNQT-də PDI aparılan müddətdə PM bunun üçün
xüsusi ayrılmış yerdə daşınan konteynerlərdə saxlanılmalıdır.
Həmin sahə fövqəladə hallarda PM olan konteyneri dənizə at-
maq üçün xüsusi qurğu ilə təchiz edilməlidir. Konteynerin qa-
pağı etibarlı bağlanmalıdır və onun açarı partladıcıda olmalıdır.
409


8.6.4. PDI aparılmamışdan əvvəl karotaj
laboratoriyasının və karotaj qaldırıcısının gövdəsi DNQT-nin
yerləbirləşdirmə konturuna calaqsız metal əlaqə ilə etibarlı
birləşdirilməlidir.
8.6.5. PDI aparılan müddətdə DNQT-də vışkanı, karotaj
kabelinin trasını, PDA-nın doldurma yerini və karotaj bucurqadını
əhatə edən təhlükəli zona müəyyən edilməlidir (ayrılmalıdır).
8.6.6. Təhlükəsizlik baxımından PDI zamanı təhlükəli
zona həddində qalan (işləyəcək) mədən-geofiziki heyətin və
DNQT briqadasının tərkibi sifarişçinin və icraçının rəhbərliyi
tərəfindən birgə olaraq müəyyən edilir. Qalan heyət isə PDI
aparılan müddətə təhlükəli zonadan kənarlaşdırılmalıdır.
8.6.7. PDI-dən əvvəl aşağıdakılara əməl olunmalıdır:
-xüsusi icazə verilənə qədər DNQT-də radiostansiyanın
işini dayandırmalı və bu haqda DNQT-nin bilavasitə yaxınlı-
ğındakı radiostansiyaları xəbərdar etməli;
-mobil telefonları söndürməli;
-yükləmə-boşaltma işlərini dayandırmalı;
-aktiv katod mühafizəsini söndürməli.
8.6.8. PDI aparılan zaman təhlükəli zonanın yaxınlığında
yanğınsöndürmə vasitələri olmalıdır.
8.6.9. AYLT-li quyularda PDI aparılan müddətdə DNQT-
nin yaxınlığında qəza-xilasetmə gəmisi və yanğınsöndürmə
gəmisi olmalıdır.
8.6.10. Işə düşməmiş (açılmamış) PDA-nın və həmçinin
SV çıxarılması mümkün olmayan torpedaların iş yerində məhv
edilməsi mümkün olmadıqda, onlar dəniz nəqliyyatı vasitəsilə
müvafiq təhlükəsizlik tədbirlərinə əməl edilməklə sahilə
daşınmalı və sonradan məhv edilməlidir.
8.6.11. DNQT-də qəza halı baş verdikdə (neft-qaz təzahü-
rü, yanğın) və PM və ya RM-in qəza-xilasetmə gəmisinə və ya
növbətçi gəmiyə dərhal boşaldılması mümkün olmadıqda,
DNQT-nin rəisinin icazəsi ilə PM və RM-in dənizə atılmasına icazə
410


verilir. Lakin sonradan PM və RM-in atıldığı (batırıldığı) yer dəqiq
göstərilməklə, onların növü, çəkisi və qablaşdırılmasının
xüsusiyyəti qeyd olunmaqla Akt tərtib olunmalı və
«Xəzərdənizneftdonanma» Idarəsinin hidroqrafik xidmətinə,
hüquq mühafizə orqanlarına, sanitar-texniki laboratoriyanın ra-
diasiya nəzarəti qrupuna, Azdövdağtexnəzarət Komitəsinə və
həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat
verilməlidir.
411



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin