nümayəndəsinin iştirakı ilə mürəkkəb işlər üzrə ustanın
rəhbərliyi altında sifarişçinin xüsusi planına əsasən yerinə
yetirilməlidir.
8.4.17. Quyuda bir obyektin sınağı zamanı yüksək debitli
neft və qaz əldə olunduqda, digər obyektlərin sınağı
sifarişçinin tabe olduğu yuxarı təşkilatın icazəsi ilə
aparılmalıdır.
8.4.18. Qəzaların və bədbəxt hadisələrin qarışısının alın-
ması üçün qazma borularının quyudan qaldırılması aşağıdakı
hallarda qadağandır:
a) layı sınadıqdan və bağlayıcı klapanı bağladıqdan
sonra, quyu ağzında qazma borularından qazın çıxması başa
çatana qədər;
b) borularda lay məhsulu (flüid) olduqda həmin məhsulu
boruların boşluğundan əks yuma üsulu ilə çıxış xəttindən (ot-
vodnaə liniə) tutuma doğru kənarlaşdırmadan və borularda
olan hidrostatik təzyiqi boruarxası təzyiqlə
bərabərləşdirmədən.
8.4.19. Yuxarı borunun yığımının (obvəzka) sökülməsi,
borulardan lay məhsulunun (o cümlədən qazın) çıxması tam
dayandıqdan sonra yerinə yetirilməlidir.
8.4.20. Nəzarətdən çıxmış neft – qaz təzahürləri olduqda
və quyu ağzını texniki cəhətdən kipləşdirmək mümkün
olmadıqda, qazma qurğusunu elektrik şəbəkəsindən ayırmaq,
daxiliyanma mühərriklərini söndürmək və təhlükəli zonadan
insanları çıxarmaq lazımdır. Bu zaman buruqda mobil
telefonlar və digər rabitə vasitələri dərhal söndürülməli və
yalnız təhlükəli zonadan 50m aralandıqdan sonra işə
salınmaldıır.
Bundan sonra FQDHH-ni çağırmaq lazımdır.
Dostları ilə paylaş: