Азярбайъан республикасы


 Məşəl sisteminin istismarı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə144/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   140   141   142   143   144   145   146   147   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

7.5. Məşəl sisteminin istismarı
7.5.1. Məşəl sistemini istismar edən müəssisələrdə
onların təhlükəsiz istismarı üzrə təlimat olmalıdır.
7.5.2. Məşəl sisteminin işinə nəzarət etmək üçün məşəl
sisteminin quruluşu və təhlükəsiz istismarı üzrə bilikləri yoxlanıl-
mış mühəndis-texniki işçilərdən əmrlə cavabdeh şəxslər təyin
olunur.
7.5.3. Məşəlin alışdırılmasını məşəl sisteminin təhlükəsiz
istismarına məsul (cavabdeh) şəxsin nəzarəti altında iki nəfər
yerinə yetirməlidir.
7.5.4. Məşəl qurğusunda yandırılan buxar və qazlarda
maye damcıları və bərk maddələr olmamalıdır.
7.5.5. Məşəl sistemində partlayış təhlükəli qarışıqların
əmələ gəlməsinin qarşısını almaq üçün havanın sorulmasına
imkan verilməməli və məşəl kollektoruna (qaz kəmərinə)
fasiləsiz üfüləyici qaz vurulmalıdır. Üfüləyici qaz kimi təbii
391


qazlardan və təsirsiz qazlardan, texnoloji prosesdən alınan
qazdan istifadə etmək olar.
7.5.6. Məşəl sistemini hər dəfə işə salmazdan əvvəl
məşəl sistemi buxar və hava ilə üfürülməlidir. Belə ki, məşəl
qülləsinin aşağısında oksigenin miqdarı onun aşağı partlayış
həddinin 20% -dən çox olmamalıdır.
Bu zaman, alışdırma (işəsalma) lövhəsinin və
kondensatın yığılması və boşaldılması quruluşlarının bilavasitə
yaxınlığında daşınma qaz analizatorlarından istifadə etməklə
bunun üçün xüsusi olaraq öyrədilmiş heyət (şəxs) tərəfindən
qazlılığın dərəcəsi müəyyənləşdirilməlidir.
7.5.7. Məşəl sistemində təmir işlərinin aparılmasından
əvvəl məşəl sistemi standart qapayıcılarla ayrılmalı (tədric
olunmalı) və inert (təsirsiz) qazla üfürülməlidir.
7.5.8. Məşəl qurğusu müvafiq normalara uyğun olaraq
ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
7.5.9. Məşəl qülləsinin mühafizə sahəsində
(çəpərlənmənin içində) məşəl sisteminin xidmətinə aidiyyatı
olmayan şəxslərin olması qadağandır.
392



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin