Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə152/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   148   149   150   151   152   153   154   155   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ 10
RABITƏ
10.1. Işçiləri və rabitə qurğularını (quruluşlarını) ildırım
çaxmasından və ya elektrik ötürücülərinin induktiv təsirindən
yaranan təhlükəli elektrik gərginliklərindən qorumaq üçün
bütün aralıq və son stansiyalarda (müvafiq yerlərdə) mühafizə
quruluşları (qoruyucular və ildırımötürücülər) olmalıdır.
10.2.Təhlükəli gərginliklərdən mühafizə qurğuları [30]-
un tələblərinə uyğun müddətdə yoxlanılmalıdır.
10.3.Yeraltı rabitə kommunikasiyalarında (kabel quyula-
rında, qutularda, kollektorlarda və s.) işlər iki nəfərdən az ol-
mayan briqadalarla yerinə yetirilməlidir. Briqada üzvlərindən
biri rəhbər seçilməlidir.
Yeraltı rabitə kommunikasiyalarında işlər xüsusilə ehti-
yatla aparılmalıdır. Belə ki, onlarda partlayış təhlükəli və
zəhərli qazlar toplana bilər.
10.4. Yeraltı rabitə kommunikasiyalarında metan qazının
mövcudluğunu təyin etmək üçün, hər briqada partlayış
mühafizəli qaz analizatoru və ya qaz indikatoru ilə təchiz
olunmalıdır.
10.5. Rabitə quyusunun qapağını (lyuku) açarkən zərbə-
dən qığılcım əmələ gətirməyən metal alətlərdən istifadə edil-
məlidir. Bu zaman işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.
10.6. Yağış və qar yağan və ya ildırım çaxan vaxt kabel
(rabitə) dirəyində iş görmək qadağandır.
10.7. Rabitə kabeli bərkidilən dirəkdən asılmış buraz
(tros) ən əlverişsiz meteoroloji şərait nəzərə alınmaqla üç qat
möhkəmliyə malik olmalıdır.
10.8. Dirəyə çıxmamışdan əvvəl bunun üçün lazım olan
mühafizə vasitələrinin, ləvazimatların və o cümlədən dirəyin
dayanıqlığı və sazlığı yoxlanılmalıdır.
418


10.9. Montyor dirəkdə iş görərkən dirəyin bilavasitə
yaxınlığında heç kəs olmamalıdır.
10.10. Iki işlək rabitə naqilinə və ya bir işlək naqilə və il-
dırımötürücüyə (və ya dartıcıya) eyni vaxtda dielektrik
əlcəklərsiz toxunmaq qadağandır. Dirəkdə qolsuz və qolları
düymələnməmiş paltarda işləmək qadağandır.
10.11. Dəyişən cərəyanla işləyən sahə xidməti rabitə
xətlərində işləyərkən fərdi mühafizə vasitələrindən və
dəstəkləri izolə olunmuş alətlərdən istifadə edilməlidir. Nəm
olan şəraitdə (nəmli havada) əlavə olaraq dielektrik
qaloşlardan istifadə edilməlidir.
10.12. Xəttə (naqillərə) qoşulmuş telefon aparatının xətt
klemlərinə dielektrik əlcəklərsiz toxunmaq qadağandır.
10.13. Dirəkdə iş görülərkən və ümumiyyətlə, rabitə
kommunikasiyasında təmir (sazlama) işləri aparılarkən işçinin
mobil telefonu söndürülmüş olmalıdır.
10.14. Içərisində iş görülən kabel quyularının girişləri
çəpərlənməlidir.
Əgər quyu yolun hərəkət hissəsində yerləşmişsə çəpər
nəqliyyatın hərəkət etdiyi istiqamətin qarşısında quyunun girə-
cəyindən ən azı 2 m məsafədə qoyulmalıdır. Bundan başqa
çəpərdən 5-10 m məsafədə nəqliyyatın hərəkətinə qarşı
istiqamətdə xəbərdarlıq nişanları qoyulmalıdır, hava tutqun
olarsa əlavə olaraq işıq işarələri qoyulmalıdır.
10.15. Avtomat telefon stansiyalarının avtomat
zallarında, radio rabitəsi avadanlığında və cərəyan altında olan
şinlərin yanında nərdivanlarda işləyərkən cərəyan şinlərinə və
başqa cərəyan keçirən hissələrə toxunmaq qadağandır.
Cihazın ştativlərdən çıxarılması və onun kontakt sahələrinin
təmizlənməsi gərginliyin açılmış vəziyyətində yerinə
yetirilməlidir. Cihazları təmizləmək üçün izolə edilmiş tutacağı
olan şotkadan istifadə edilməlidir.
419


10.16. Telefon stansiyaları və radio rabitəsi qurğularının
batareya lövhələri, düzləndirici qurğuları və cərəyan paylayıcı
lövhələri qarşısında uzunluğu elektrik qurğusunun uzunluğuna
müvafiq dielektrik xalçalar qoyulmalıdır.
10.17. Düzləndirici qurğulara, elektrik təhlükəsizliyi üzrə,
qrupu III-dən az olmayan şəxslərin xidmət etməsinə icazə
verilir. Elektrik təhlükəsizliyi üzrə qrupu III-dən az olan
şəxslərin 
otağa daxil olmasına yalnız bu qurğulara xidmət edən
şəxslərin nəzarəti altında icazə verilir.
10.18. Akkumulyator qurğularının istismarı [16, 17]–nin
tələblərinə uyğun olmalıdır. 
10.19. Telefon stansiyasında istifadə olunan elektrik
generatoruna xüsusi dərs keçmiş və elektrik təhlükəsizliyi üzrə
qrupu III-dən az olmayan şəxslər xidmət edə bilərlər.
Mühərrik işləyən vaxtda onun hissələrini təmizləmək,
yağlamaq və başqa təmir işləri aparmaq qadağandır. Yanacaq
ehtiyatı xüsusi binada, maşın zalından ayrı saxlanılmalıdır.
Maşın zalında metal qabda yalnız bir sutkalıq yanacaq
saxlamaq olar.
10.20. Antenna-qüllə qurğularını istismar edərkən [27]–
nin (6-cı hissəsinin) tələbləri yerinə yetirilməlidir.
10.21. Antenna-qüllə qurğularında işlər ən azı iki işçi
tərəfindən yerinə yetirilməlidir, bu vaxt onlardan biri işlərə
nəzarət etməlidir.
Nəzarətçilik edən şəxs qüllənin mərkəzindən onun hün-
dürlüyünün üçdə bir hissəsindən az olmayan məsafədə hazır
vəziyyətdə dayanmalı və onun üzərində qoruyucu kəmər
olmalıdır.
10.22. Antenna-qüllə qurğularında işləyərkən müvafiq
FMV-dən istifadə edilməlidir.
10.23. Işçilərin aşağıdakı hallarda antenna-qüllə qurğula-
rında işləməsi qadağandır:
420


-əgər qüllə üzərində gərginliyi 42 V-dan yüksək olan
elektrik cərəyanı xətti varsa, o açılmadıqda;
-tufan vaxtı və yaxud onun yaxınlaşdığı halda, yer və
avadanlıq buz bağladıqda, güclü yağış, qar yağdıqda və yaxud
duman olduqda;
-qoruyucu kəmərin qarmağı (karabini) antenna qülləsinin
və onun meydançasının konstruksiyasına sancılmadıqda;
-küləyin sürəti 12 m/san-dən çox olduqda;
-günün qaranlıq vaxtında;
-əgər qülləyə qalxmaq üçün qaldırıcı qurğunun
köməyindən istifadə edilərsə, onun növbəti sınaq müddəti
keçmiş olduqda;
-qaldırıcı qurğunun kanatı və ya bucurqadı nasaz
olduqda;
-qoruyucu başlıq və qoruyucu kəmər olmadıqda.
10.24. Radio və radio-rele vasitələrinin istismarı və təmiri
vaxtı aşağıdakılara əməl edilməlidir:
-iş yeri (masa) izoləedici təbəqə ilə örtülməlidir;
-gərginlik altında olan blokun daxili hissələrinə
toxunmaq, tranzistorları və başqa hissələri dəyişdirmək,
sxemdə lehimləmə işləri aparmaq qadağandır;
-radiostansiyasını elektrik şəbəkəsinə qoşmazdan əvvəl
onun «Yer» yazısı olan bütün klemləri yerləbirləşdirilməlidir;
-«veriliş» rejimində işləyərkən vericinin antenna
sıxaclarına toxunmaq qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin