Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə154/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   150   151   152   153   154   155   156   157   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ
11
 DALĞIC VƏ SUALTI TEXNIKI IŞLƏR
11.1. Dalğıc və sualtı-texniki işlər SSAZ 003-2004
«Dalğıc işləri. Ümumi təhlükəsizlik tələbləri»; SSAZ 004-2004
«Dalğıc ləvazimatı, dalğıc enmələri və işlərini təmin edən
vasitələr»; MSXDDQXII01-2004 «Dalğıc işlərində əməyin
təhlükəsizliyi üzrə vahid qaydalar»; «Rukovodstvo po
provedeniö vodolaznıx rabot s ispolğzovaniem qlubokovodnıx
vodolaznıx kompleksov»; «Polojeniə po orqanizaüii
vnutrivedomstvennoqo nadzora i kontrolə za bezopasnostğö
provedeniə podvodnıx rabot (1984); MSXDDQXII02-2004
«Dərinlik dalğıc komplekslərindən istifadə etməklə 200m-ə
qədər dərinliklərə qısa müddətli dalma üsulu ilə dalğıc
enmələrinin təhlükəsiz aparılması üzrə təlimat» və bu
«Qaydalar»ın tələblərinə uyğun yerinə yetirilməlidir.
11.2. Qaydaların və dalğıc əməyinin təhlükəsizliyi üzrə
digər normativ sənədlərin yerinə yetirilməsinə nəzarət dalğıc
enmələrini həyata keçirən idarənin, müəssisənin və təşkilatın
ştatlı dalğıc mütəxəssisləri və təhlükəsizlik texnikası üzrə
mühəndisləri, həmkarlar ittifaqının texniki əmək müfəttişləri,
ixtisaslaşmış idarələrin və istehsalat birliklərinin dalğıc
mütəxəssisləri və həmçinin səlahiyyətli mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
11.3. Dalğıc enmələri və işləri, müəyyən edilmiş
qaydalara uyğun dalğıc enmələrinin və işlərinin aparılmasına
və təminatına icazəsi olan dalğıc, mühəndis-texniki və tibbi
heyətdən və aparılan işlərin təhlükəsizliyini təmin etməyə
qadir dalğıc texnikasından ibarət dalğıc xidməti olan müəssisə
və təşkilatlar tərəfindən yerinə yetirilir.
424


11.4. Tətbiq olunan dalğıc texnikasının məmulatları, tex-
noloji avadanlıqlar, cihaz və alətlər qüvvədə olan müvafiq nor-
mativ texniki sənədlərin tələblərinə və ya texnikanın konkret
məmulatlarının layihəsinə uyğun olmalıdır.
11.5. Bütün tətbiq olunan dalğıc texnikasının məmulatları
müəyyən edilmiş qaydada təsdiq edilmiş istismar sənədlərinə
malik olmalıdır.
11.6. Xəbərdaredici siqnallar [292] uyğun dalğıc enmələ-
rinə (işlərinə) başlamazdan əvvəl yuxarı qaldırılmalı, işlər qur-
tardıqdan sonra aşağı endirilməlidir.
11.7. Xüsusi gəmilərin bortundan dalğıc enmələri,
dənizdə dalğalanma dərəcəsi həmin gəmilərin formulyarında
göstəriləndən çox olmadıqda aparılmalıdır.
Digər gəmilərin və üzmə vasitələrinin bortundan,
həmçinin sahilyanı obyektlərdən enmələr, dənizin
dalğalanması 2 baldan çox olmadıqda aparılmalıdır.
11.8. Gecə vaxtı suyun altında pis görünmə şəraitində
aparılan enmələrdə sualtı və suüstü süni işıqlandırmadan
istifadə olunmalıdır.
Suyun üzərində dalğıc işlərinə və enmələrinə hazırlıq
aparılan yer, enməni və işin normal gedişini təmin edən
qurğuların idarəetmə cihazları, enmə aparılan yerin səthi
lazımınca işıqlandırılmalıdır.
11.9. Kabel xəttindən 463m (0,25 mil) məsafədə
yerləşən, paralel düz xətlərlə müəyyən edilən, gərginlik altında
olan sualtı elektrik ötürücü kabel xəttinin mühafizə zonasında
sualtı işlərin yerinə yetirilməsi qadağandır.
11.10. ÜQQ-dən və ya üzən vasitələrdən dalğıc enmələri
aparılan zaman aşağıdakılar qadağandır:
-başqa gəmilərin ÜQQ-yə yan alması (dalğıc postlarına);
-kənar əşyaların gəmidən suya atılması;
425


-kranla gəmilərdən (ÜQQ) yükləmə-boşaltma işlərinin
aparılması;
-dalğıc postlarında kənar əşyaların və avadanlıqların yer-
ləşdirilməsi.
11.11. Hidrotexniki qurğuların tikintisinə və ya təmirinə
başlamazdan əvvəl, dalğıclar cizgi və ya işin layihəsi üzrə qur-
ğuların quruluşu, işin aparılması şəraiti və əməyin təhlükəsizlik
tədbirləri ilə tanış olmalıdırlar.
11.12. Iş aparılacaq yerdə elektrik və telefon kabelləri və
ya boru kəmərlərinin olub-olmaması, olduğu halda isə həmin
xətlərin istiqaməti haqqında məlumatı aldıqdan sonra qrunt
səthinin pozulması ilə əlaqədar çalaların, qanovların
hazırlanması, torpağın yuyulması və ya digər işlər aparıla bilər.
11.13. Yarımdalma üzən qazma qurğusundan (qazma
gəmisindən) sualtı-texniki dalğıc işləri aparıldıqda lövbər-
yanalma bucurqadlarının işəsalma mexanizmləri ayrılmalı,
ayrılmış qurğuların üzərində «Qoşmaq qadağandır! Adamlar
işləyir» yazılı təhlükəsizlik nişanı asılmalıdır.
11.14. Vibrosıxlaşdırma işləri zamanı dalğıcların sualtı
enmələri qadağandır.
Baxış işlərini, ancaq vıbrosıxlaşdırma aqreqatı dayandıq-
dan sonra yerinə yetirmək olar.
11.15. Sualtı boru kəmərlərinin baxışını başqa vasitələrlə
(sualtı televiziya, sualtı aparatlar və s.) yerinə yetirmək
mümkün olmadıqda, bu işi dalğıclar yerinə yetirə bilər.
11.16. Boru kəmərinin çəkilmə istiqamətində dənizin di-
binin dalğıc müayinəsi, eni 20m-dən az olmayan zolaqda
(çəkilmə nəzərdə tutulan xəttdən 10 m hər tərəfə)
keçirilməlidir.
11.17. Skreperlər, torpaqqazan və digər torpaqyığan va-
sitələr işləyən zaman qanov və çalalara dalğıc baxışı keçirmək
qadağandır.
426


11.18. Dalğıcların pilpilələri (qrifon) müayinə etməsi qa-
dağandır.
11.19. Metalların sualtı qaynaq və kəsilməsi işləri yalnız
dalğıcı sudan tam izolə edən ləvazimatlardan istifadə etməklə
aparılmalıdır.
11.20. Metalların sualtı qaynaq və kəsilməsi işlərinə baş-
lamazdan əvvəl, qaynaq qurğularının və qaynaq cərəyan
mənbələrinin yerləbirləşdirilməsinin etibarlılığı yoxlanılmalıdır.
11.21. Sisterndə (tutumlarda) yanacaq və qaz olduğu
halda, təzyiq altında olan tutumlarda və boru kəmərlərində
qaynaq və kəsmə işlərini aparmaq qadağandır.
11.22. Qruntun yüksək təzyiqli nasoslarla yuyulması za-
manı şırnağın digər dalğıc tərəfə yönəldilməsi qadağandır.
11.23. Boru kəmərinin dənizin dibinə endirilməsi (batırıl-
ması) zamanı onu saxlayan pontonların və boruların üstündə
dalğıcların olması qadağandır.
11.24. Dalğıcın endirilmiş boru kəmərinə baxış keçirmək
üçün enməsinə, ancaq boru kəməri qrunta qoyulduqda və onu
saxlayan burazların tarımlığı boşaltdırıldıqdan sonra icazə
verilir.
11.25. Dalğıcın əmri olmadan boru kəmərini su səthinə
və ya qruntdan az məsafəyə qaldırdıqda işçi ilməyin
boşaldılması və ya çəkilib yığılması, həmçinin işlərin aparıldığı
gəminin yerinin dəyişdirilməsi qadağandır.
11.26. Yalnız müstəsna hallarda (qəzaların ləğvi və s.)
dalğıcın dolaşmasını istisna edən şəraitdə, neft və neft
məhsullarına enmələrə icazə verilir.
427


Enmə üçün ancaq ventilyasiya olunan, enmədən əvvəl
şirin su ilə isladılan, üzərinə maye sabun çəkilən ləvazimatı
tətbiq etməyə icazə verilir. Belə mühitdə üç saat qaldıqdan
sonra həmin ləvazimatda təkrar enmələr qadağandır. Benzinə,
digər tez buxarlanan və zəhərli maddələrə dalğıc enmələri
qadağandır.
11.27. Neft və qaz borularının təmirinə (qaynaq, kəsmə)
başlamazdan əvvəl, onlar 2 dəfədən az olmayaraq təzyiq
altında su ilə yuyulmalıdırlar.
Boru kəmərləri yuyulduqdan sonra su ilə doldurulmalıdır.
428



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin