Азярбайъан республикасы


BÖLMƏ 12 ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə155/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   151   152   153   154   155   156   157   158   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ 12
ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF 
MÜHITIN MÜHAFIZƏSI
12.1. Ümumi tələblər
12.1.1. Istehsalat obyektlərinin layihə sənədlərinin işlən-
məsi zamanı xidməti heyət üçün zərərli istehsalat amillərinin
təsirindən müdafiə tədbirləri nəzərdə tutulmalıdır.
Layihə sənədlərində iş yerlərində titrəyişin və səs-küyün
gözlənilən səviyyəsi göstərilməlidir.
12.1.2. Istehsalat otaqları, iş yerləri, həmçinin pəncərələr
təmiz saxlanılmalıdır.
Döşəmə təmizləmək və yumaq üçün rahat olmalıdır. 
Neft və neft məhsullarının və çirklərin yuyulub təmizlən-
məsi üçün su axarı nəzərdə tutulmalıdır.
Meydançalar və pilləkənlər mütəmadi olaraq çirkdən,
qardan və buzdan təmizlənməlidir.
12.1.3. Zibilin yığılması üçün yeşiklər və zibil qabları qo-
yulmalıdır. Yağlı əskilər və başqa tez alışan, zəhərli tullantılar
üçün ayrıca qapaqlı dəmir yeşiklər qoyulmalıdır.
12.1.4. Istehsalat və xidmət otaqlarında, işçi meydança-
larında və işçi heyətin təxliyə yollarında qüvvədə olan
normalara uyğun qəza işıqlandırılması (çıraqlar) nəzərdə
tutulmalıdır.
12.1.5. Çıraqlar kvartalda bir dəfədən az olmayaraq tə-
mizlənməli və təmizlənərkən cərəyandan açılmalıdır.
12.1.6. Istismar edilən maşınlar, avadanlıqlar, mexanik-
ləşdirilmiş alətlər və nəqliyyat vasitələri təmirdən sonra zərərli
amillərə görə (səs-küy, titrəyiş və s.) qüvvədə olan sanitar
normalarına və pasport məlumatlarına uyğun olaraq
yoxlanılmalıdır.
429


Yoxlamanın nəticələri obyektin sanitar-texniki pasportun-
da qeyd edilməlidir.
12.1.7. Qaz kompressor stansiyalarında, neft nasosxana-
larında, qazpaylayıcı məntəqələrdə (budkalarda) və başqa
istehsalat otaqlarında havada qazların miqdarı tələb olunan
normadan yüksək olmamalıdır və onlar daima nəzarətdə
saxlanılmalıdır.
12.1.8. Qazın, tozun, hisin və digər zərərli maddələrin
ayrılması ilə əlaqədar olan texnoloji prosseslər, qurğular və
mədən obyektləri, yaşayış rayonlarına nisbətən küləyin orta
illik istiqaməti nəzərə alınmaqda külək tutmayan tərəfdə
(küləkdöyməzdə) yerləşdirilməli və bunlar yaşayış zonalarının
sərhəddindən sanitar-mühafizə zonası ilə ayırılmalıdır.
12.1.9. Yaşayış rayonları üçün sanitar-mühafizə
zonasının eni qüvvədə olan sanitar normalarına müvafiq
olaraq müəyyənləşdirilir. Mədən tərəfdən sanitar-mühafizə
zonasının sərhəddi istismar olunan quyuların kənar cərgəsi
hesab olunur.
12.1.10. Qazma, mənimsəmə, quyuların əsaslı və cari tə-
miri, neftin deemulsasiyası və digər işlər zamanı, çirklənmiş
istehsalat axıntıları qismən və ya tam zərərsizləşdirilmək üçün
yığılıb ötürülməli, yaxud uducu quyulara vurulmalıdır.
Bunun üçün mədənin bütün obyektləri layihəyə əsasən
daimi və yaxud müvəqqəti qurğularla (bəndlərlə, xəndəklərlə,
yığılma kanalları, çalalarla, təmizləmə qurğuları, uducu
quyularla və s.) təchiz edilməlidir.
Bu tədbirlər yerinə yetirilməyənə qədər, obyektlərin istis-
mara buraxılması qadağandır.
12.1.11. Istehsalat sahələri (otaqları) qüvvədə olan
müvafiq qanunların, qaydaların, normaların tələblərinə uyğun
qurulmalıdır (təchiz olunmalıdır).
12.1.12. Istehsalat otaqları havanın dəyişilməsi (sirkulya-
siyası) üçün müvafiq şəkildə təchiz olunmalı və qurulmalıdır.
430


12.1.13. Istehsalat otaqları və iş yerləri təmiz saxlanıl-
malıdır. Döşəmə rahat təmizlənməni və təmiri təmin etmək
üçün düz olmalıdır. Döşəmədən və novlardan nefti və çirki
yumaq üçün istehsalat sahələrində su kranları olmalıdır. Su
kranı (kəməri) olmadıqda otağın yığışdırılması quru üsulla
aparılmalıdır (əski, cındır və s. ilə). 
12.1.14. Istehsalat və yardımçı otaqlarda təbii işıqdan
maksimum istifadə etmək üçün lazımi tədbirlər görülməlidir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin