Азярбайъан республикасы


Dəniz şəraiti üçün əlavə tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə153/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   149   150   151   152   153   154   155   156   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Dəniz şəraiti üçün əlavə tələblər
(Rabitə)
421


10.25. Dəniz obyektlərində (müəssisələrində) rabitə, bu
sahədə olan normativ sənədlərin tələblərinə və müvafiq
hallarda dəniz gəmilərinin quruluş qaydalarına uyğun
qurulmalıdır.
10.26. DNQT-lər aşağıdakılarla təchiz olunmalıdır:
10.26.1. Aşağıdakıları təmin edən xarici əlaqə üçün
radiorabitə kompleksi ilə:
a) sahil, hava və dəniz obyektləri ilə etibarlı əlaqəni;
b) meteoroloji xidmətlə və naviqasiya xəbərdarlığı
xidməti ilə əlaqəni;
c) qəza hallarında etibarlı əlaqəni.
10.26.2. Aşağıdakıları təmin edən peyk rabitəsi və tele-
viziya proqramlarının qəbulu kompleksi ilə:
a) çoxkanallı telefon və telefaks əlaqəsinin təşkilini;
b) obyektdə radio və peyk televiziya proqramlarının
qəbulunu və yayımını (translyasiyasını).
10.26.3. Mülki aviasiya xidməti ilə razılaşdırmaqla DNQT-
yə vertolyotların qəbulunu, oturmasını, uçuşunun idarə olun-
masını və DNQT ətrafında hava məkanına nəzarəti təmin edən
komplekslə.
10.26.4. Aşağıdakıları təmin edən DNQT-nin daxili rabitə
sistemi ilə:
a) DNQT-nin texniki xidmətlərinin, rəhbərliyinin və digər
abonentlərin daxili istehsalat və texnoloji əlaqəsini (rabitəsini)
və həmçinin daşınma (əl) radiostansiyaları olan abonentlər və
idarəetmə postları arasında əlaqəni;
b) DNQT-də komandaların (əmrlərin) və verilişlərin yayı-
mını (translyasiyasını);
c) DNQT-nin texnoloji komplekslərin idarəetmə postları
ilə avadanlıqların yerli idarəetmə postları arasında səsucaldıcı
(qromkoqovorəhaə svəzğ) ikitərəfli rabitə əlaqəsi ilə;
422


ç) DNQT-nin texniki xidmət postlarında və məişət otaqla-
rında avtomatik telefon əlaqəsi (rabitəsi) sisteminin yaradıl-
masını.
10.26.5. Obyektin elektrik şəbəkəsindən asılı olmayan,
baş dispetçer postu ilə DNQT-nin əsas texnoloji postları və
otaqları (sahəsi) ilə etibarlı əlaqəni təmin edən qəza halları
üçün nəzərdə tutulmuş daxili rabitə sistemi ilə.
10.27. DNQT-də verilən komandaların və verilişlərin ya-
yımlanması, «sondürülməyən» yayımlanma sistemi ilə təchiz
olunmalı və xidməti göstərişlərin bütün yaşayış və ictimai
otaqlarda, həmçinin açıq göyərtədə eşidilməsini təmin
etməlidir. Bu zaman həmin otaqlarda və sahələrdə yayımlanan
səs səviyyəsi həmin otaq və sahələrdəki səs-küyün
səviyyəsindən 6 dB-dən çox olmalıdır.
10.28. Yayımlama (translyasiya) qurğusunun mikrofon
postları baş idarəetmə postunda, radiorubkada, vertolyotların
qəbulu məntəqəsində, qazma meydançasında və istehsalat
vacibliyi ilə bağlı digər yerlərdə yerləşdirilməlidir.
10.29. Qəza hallarında istehsalat otaqlarında
(sahələrində) səsucaldıcı rabitə işıq siqnalizasiyası ilə müşayiət
olunmalıdır.
10.30. DNQT-də radiorabitə vasitələrinin sıradan çıxma
halları və həmçinin həyəcan və fəlakət siqnallarını vermək və
qəbul etmək üçün, ehtiyat radiorabitə vasitəsi və dəniz siqnal
üzgəci (radiobuy) nəzərdə tutulmalıdır.
10.31. Operativ (cari) istehsalat məlumatlarının,
həmçinin DNQT-nin avtomatik idarəetmə sisteminin
məlumatlarının verilməsini (ötürülməsini) təmin etmək üçün
xarici rabitə sistemi gecə – gündüz etibarlı və fasiləsiz işləyən
olmalıdır.
10.32. Rabitə vasitələri kompleksi partlayış təhlükəsi
olmayan xüsusi otaqda quraşdırılmalıdır. Rabitə rəisinin
kayutası bu kompleksin yaxınlığında olmalıdır.
423



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin