Азярбайъан республикасы


 Radioaktiv maddələrin (RM) və ionlaşdırıcı şüa



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə147/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   143   144   145   146   147   148   149   150   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

8.3. Radioaktiv maddələrin (RM) və ionlaşdırıcı şüa 
mənbələrinin (IŞM) tətbiqi ilə bağlı işlər
8.3.1. Bilavasitə RM və ionlaşdırıcı şüa mənbələrinin
(IŞM) tətbiqi ilə bağlı işlərə, tibbi müayinədən keçmiş,
400


təhlükəsiz iş görülməsinin üsul və qaydalarını mükəmməl
bilən, yaşı 18-dən az olmayan şəxslər buraxılır.
8.3.2. RM və IŞM tətbiqi ilə bağlı işləri yerinə yetirən
geofiziki partiya (dəstə) radiometrlə və hər bir işçi fərdi
dozimetrlə təmin olunmalıdır.
Dozimetrik nəzarəti, dozimetrçi vəsiqəsi olan şəxs apar-
malıdır.
8.3.3. Mədən – geofiziki təşkilatlarda RM xüsusi ayrılmış
yerlərdə və ya müvafiq tələblərə uyğun təchiz olunmuş kənar
şəxslərin daxil olması istisna olunan anbarlarda saxlanılmalıdır.
8.3.4. Anbarda saxlanılan RM ümumi miqdarı, müəssisə-
nin sanitar – texniki pasportunda qeyd olunmuş həddən çox
olmamalıdır.
8.3.5. RM-in qəbulunu, saxlanılmasını, qeydiyyatının apa-
rılmasını və verilməsini geofiziki müəssisə üzrə verilmiş əmrə
əsasən təyin olunmuş məsul işçi həyata keçirməlidir.
8.3.6. Mədən –geofiziki işlərin yerinə yetirilməsi üçün RM
–in verilməsi, müəssisənin rəhbərinin icazəsi ilə, qəbul
olunmuş forma üzrə tələbnaməyə əsasən verilməlidir. RM-in
verilməsi mədaxil – məxaric yurnalında qeydə alınmalıdır.
8.3.7. RM –in daşınması xüsusi olaraq bu məqsəd üçün
quraşdırılmış nəqliyyat vasitəsində mühafizəli konteynerlərdə
yerinə yetirilməlidir. Konteyner və ya konteyner yerləşdirilmiş
xüsusi kabinə qıfılla bağlanmalıdır.
8.3.8. RM –in və IŞM quyuda (mədəndə) müvəqqəti
saxlanılmasına xüsusi nəqliyyat vasitəsində yerləşdirilmiş
qıfılla bağlanmış daşınma konteynerlərdə icazə verilir. Həmin
konteynerlər qorunmalı və insanların və heyvanların olduğu
yerdən uzaqda saxlanılmalıdır.
401


8.3.9. RM –in və IŞM partlayış təhlükəli, yanar və digər
asan alışan maddələrlə birgə saxlanılması (hətta müvəqqəti
olaraq) qadağandır.
8.3.10. RM və IŞM- lə əlaqəli sahələrdə, nəqliyyat vasi-
tələrində və cihazlarda radiasiya təhlükəsi barədə
xəbərdaredici nişanlar (plakat) olmalıdır.
8.3.11. RM –in quyuya açıq vəziyyətdə buraxılması yalnız
yerli sanitar – epidemioloji stansiyanın (SES) icazəsi ilə yerinə
yetirilə bilər.
8.3.12. Radioaktiv izotopların qrunt suları ilə qarışmasının
(daxil olmasının) istisna olunmasını müəyyənləşdirmək üçün, qu-
yuda müvafiq tədqiqatlar aparıldıqdan sonra işlərə başlanılma-
lıdır.
8.3.13. RM quyuya mühafizəli konteynerə yerləşdirilmiş,
ağzı yapışdırılmış (əridilib yapışdırılmış) ampulalarda
daşınmalıdır.
8.3.14. Aktivləşdirilmiş (radioaktiv) məhlulu hazırlamaq
üçün, RM olan ampulanı xüsusi distansion manipulyatorun
vasitəsilə aşağıdakılara əməl etməklə əzərək sındırmaq
lazımdır:
a) su olan tutumda (sementləyici aqreqatın tutumunda)
suyun (məhlulun) səviyyəsindən ən azı 0,2m aşağı;
b) su ilə doldurulmuş quyunun quyuağzında – suyun sə-
viyyəsindən ən azı 0,2m aşağı;
c) borular kolonunda – su axımında, əgər quyunu
ağzına qədər su ilə doldurmaq olmursa.
8.3.15. Aktivləşdirilmiş məhlulu hazırlamaq üçün quyu
lüləsində müxtəlif tipli quyu injektorlarından istifadə olunmalıdır.
8.3.16. Təzyiq altında quyuya vurulacaq aktivləşdirilmiş
məhlulu, quyu ağzı ilə tökücü aqreqat arasındakı vurucu
xəttdə yerləşdirilmiş xüsusi kamerada RM olan ampulanı əzib
sındırmaqla yerinə yetirilməlidir.
402


8.3.17. Açıq şəkildə RM-i quyuya təzyiqlə vurarkən,
təzyiq götürülənə qədər quyu ağzına yaxınlaşmaq qadağandır.
8.3.18. Aktivləşdirilmiş məhlulla təmasda olmuş avadan-
lıqlar, alətlər, quyuətrafı sahə, işçilərin paltarı və bədənlərinin
hissələri açıq RM-lə iş görüldükdən sonra radiometrik
nəzarətdən keçməli və radioaktiv çirklənmə müəyyən edilərsə
onlar dezaktivasiya olunmalıdır.
8.3.19. Radiasiya qəzaları (insindent) baş verdikdə ( in-
sanların şüalanmasının səviyyəsi dozanın əsas həddini (DƏH)
aşdıqda) şüalanma dozasının minimuma salınması, həmçinin
işçi heyətdən olan şüalanmış şəxslərin sayının minimuma
endirilməsi məqsədi ilə [204]-ə uyğun tədbirlər görülməlidir.
8.3.20. Geofiziki partiyanın (dəstənin) bütün işçiləri şüa
xəstəliyinin əlamətlərini və belə hallada ilk yardım göstərilmə-
sinin üsul və qaydalarını mükəmməl bilməli və onları [204]-ə
uyğun tətbiq etməyi bacarmalıdır. 
8.3.21. Quyudan çıxan qazma məhlulunda RM müəyyən
edilərsə, o, radiasiya təhlükəsizliyi normalarına [76] uyğun
qatılığa qədər digər məhlulla (su ilə) qatışdırılaraq, yeri və hid-
roizolyasiyası yerli SES-lə razılaşdırılmış xüsusi xəndəyə ötürül-
məlidir. Xəndəyin həcmi məhlulun doldurulması üçün elə he-
sablanmalıdır ki, məhlulun səviyyəsi xəndəyin ağzından ən azı
1,5 m aşağı olsun. Xəndək məhlulla doldurulduqdan sonra
gilli qruntla örtülməli, tapdalanaraq bərkidlməli və üzərində
radiasiya təhlükəsi nişanları quraşdırılmalıdır. Həmin sahə və
nişanlar yerin səthində radiasiya səviyyəsi 0,03 mber/saata
düşənə qədər toxunulmaz saxlanılmalıdır.
8.3.22. Bağlı ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə apa-
rılan radioaktiv karotajda yalnız daşınma konteynerlərdən isti-
fadə olunmalıdır.
8.3.23. Radioaktiv mənbəli cihazı quyudan çıxarmaq
mümkün olmadıqda, cihaz yerli SES-lə razılaşdırılaraq quyu
dibinə salınmalı və sementlənməlidir. Quyunun lüləsinin
403


keçilməsi üzrə sonrakı əməliyyatlar qazma məhluluna
dozimetrik nəzarət aparılmaqla yerinə yetirilməlidir.
8.3.24. IŞM olan quyuda qalmış cihazı qazıb keçmək qa-
dağandır.
8.3.25. Quyularda impuls – neytron karotaj (INK) aparı-
larkən neytronların impulslu generatoru (NIG) cihazını
quyuya 2 m dərinliyə buraxdıqdan, laboratoriya şəraitində isə
cihaz beton divarın (divarın qalınlığı cihazla işçi arasında olan
məsafədən asılı olaraq müəyyən edilir) arxasında
yerləşdirildikdən sonra işə salmağa icazə verilir.
8.3.26. Quyudan NIG-in çıxarılmasına cihaz söndürüldük-
dən 30 dəq. sonra icazə verilir.
8.3.27. Çöl şəraitində NIG cihazının neytron blokunun
borucuğunu açmaq qadağandır.
8.3.28. NIG cihazının neytron blokunun borucuğu ilə
əlaqəli bütün işlər müvafiq fərdi mühafizə vasitələrində (FMV)
və distansion alətlərdən istifadə etməklə yerinə yetirilməlidir.
8.3.29. Neytronlar balonu zədələnərsə borucuq
ionlaşdırıcı şüa buraxan açıq şüa mənbəyi kimi
qiymətləndirilməlidir və onunla, qüvvədə olan açıq RM əlaqəli
işlərə dair təlimata və [204]-ə uyğun davranmaq lazımdır.
8.3.30. Işə salınmış NIG-lə işləyərkən daima dozimetrik
və radiasiyaya nəzarət aparılmalıdır.
8.3.31. RM-in daşınmasında qeyd olunan təhlükəsizlik
tələbləri ilə yanaşı [205] –in tələblərinə də əməl olunmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin