Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə145/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   141   142   143   144   145   146   147   148   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ
8
MƏDƏN – GEOFIZIKI IŞLƏRI
8.1. Ümumi tələblər
8.1.1. Bütün mədən – geofiziki işləri qüvvədə olan
«Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun»a,
«Partlayış aparan zaman vahid təhlükəsizlik Qaydaları»na,
«Mədən – geofizki işləri aparılarkən təhlükəsizlik texnikası
üzrə təlimat»a, «Radioaktiv maddələrlə və ionlaşdırıcı şüa
mənbələri ilə işləyərkən sanitar Qaydaları»na, «Radioaktiv
maddələrin daşınması Qaydaları»na və «Radiasiya
təhlükəsizliyi normaları»na uyğun yerinə yetirilməlidir.
8.1.2. Mədən - geofiziki işləri sifarişçi təşkilatın nüma-
yəndəsinin iştirakı ilə mədən – geofiziki işləri aparan
partiyanın (dəstənin) rəhbərinin və ya bu işləri yerinə yetirən
təşkilat üzrə verilmiş əmrə əsasən digər məsul mühəndis –
texniki işçinin rəhbərliyi altında yerinə yetirilməlidir.
8.1.3. Mədən – geofiziki işlərdə 380V-dan artıq gərginlikli
elektrik şəbəkəsindən istifadə etmək qadağandır.
8.1.4. Sifarişçi müəssisə mədən – geofiziki işlərin
aparılması üçün quyunu və avadanlıqları mövcud tələblərə
uyğun hazırlamalıdır. Cihazların maneəsiz keçməsi üçün quyu
şablonla yoxlanılmalıdır. Şablonun ölçüləri quyuya buraxılan
geofiziki cihazın ölçülərindən az olmamalıdır və o imkan
daxilində quyunun dibinə kimi buraxılmalıdır.
8.1.5. Tədqiq olunan quyuya xüsusi texnikanın və nəqliy-
yat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün yollar
çəkilməlidir.
8.1.6. Quyunun ətrafında qəbul körpüsü tərəfdən quyu
ağzından 30m aralı məsafədə karotaj laboratoriyasının və
393


qaldırıcının yerləşdirilməsi üçün müvafiq ölçüdə meydança
nəzərdə tutulmalıdır (hazırlanmalıdır).
8.1.7. Quyunun yaxınlığında qəbul körpüsü tərəfdə
mədən – geofiziki avadanlıqlarının, aparatlarının və alətlərinin
yerləşdirilməsi üçün 10x10 m ölçüdə meydança
hazırlanmalıdır.
8.1.8. Quyu ağzı ilə işçi meydança arasında işə mane
olan bütün əşyalar yığışdırılmalı və elə yerdə yerləşdirilməlidir
ki, geofiziki işlərin aparılmasına mane olmasın.
8.1.9. Geofiziki işlər aparılarkən sifarişçinin nümayəndəsi
hökmən iştirak etməlidir.
8.1.10. Quyu ağzında rotor olmadıqda, o, blok –
balansın quraşdırılması üçün xüsusi körpü (örtüklə) və
adamların təhlükəsiz hərəkətini təmin edən sahə ilə təmin
olunmalıdır.
8.1.11. Geofiziki işlərə başlamamışdan əvvəl elektrik ava-
danlığının izolyasiyası və qazma qurğusunun (buruğun) və ya
quyunun qoruyucu yerləbirləşdirmə quruluşunun sazlığı yoxla-
nılmalıdır.
Quyunun yerləbirləşdirmə quruluşu ilə geofiziki elektrik
gərginliyi qəbulediciləri birləşən elektrik qida mənbəyi
arasında etibarlı metal əlaqə təmin olunmalıdır.
8.1.12. Mədən- geofiziki avadanlıqların elektrik
şəbəkəsinə qoşulması üçün quyularda yerləbirləşdirici
kontaktla təmin olunmuş elektrik ştepsel rozetkası olmalıdır
(daimi). Ştepsel rozetkası olmadıqda mədən – geofiziki
avadanlığının elektrik şəbəkəsinə qoşulmasını və açılmasını
sifarişçi müəssisənin elektrotexniki heyəti yerinə yetirməlidir.
8.1.13. Quyularda endirmə – qaldırma əməliyyatları həm
yerüstü, həm də asqılı blok – balansdan istifadə etməklə
yerinə yetirilməlidir.
394


8.1.14. Konstruksiyası
dartılma və dərinlik
göstəricilərinin quraşdırlımasına imkan verməyən yerüstü və
asqılı blok – balanslardan istifadə etmək qadağandır.
8.1.15. Endirmə – qaldırma mexanizmlərinin və
diyircəkli blok – balansın bərkidilməsi və həmçinin geofiziki
tədqiqat işləri aparıldıqdan sonra quyuların kipliyini təmin
etmək üçün, quyuların ağzı flansla təchiz olunmalı və
bağlanmalıdır. Pyezometrik səviyyəsi (quyu məhlulunun)
yüksək olan və ya izafi təzyiqi yüksək olan (ehtimal olunan)
quyuların ağzında fontan armaturu quraşdırılmalıdır.
8.1.16. Fontan armaturuna bitişik 2,2x2,5m ölçüdə pillə-
kənlə təmin olunmuş işçi meydança quraşdırılmalıdır.
Meydançanın döşəməsi kələ – kötür səthli dəmir lövhədən və
ya qalınlığı 40mm-dən az olmayan möhkəm taxta lövhələrdən
olmalıdır. Meydançanın müvafiq məhəccəri olmalıdır.
8.1.17. Boruarxası fəzada təzyiq olduqda quyu ağzında
manometr quraşdırlımalıdır.
8.1.18. Injeksiya quyularında mərkəzi siyirtmə ilə yanaşı,
su və çıxış xətlərində də siyirtmələr quraşdırılmalıdır. Siyirt-
mələri yalnız quyuya xidmət edən işçilər açıb –bağlaya bilər.
Izafi təzyiqli quyu, manometri olan lubrikatorla təchiz
olunmalıdır.
8.1.19. Geofiziki işlərə başlamazdan əvvəl quyu məhlulla
(gilli məhlul, su, neft) ağzına qədər doldurulmalıdır.
8.1.20. Quyuda (buruqda) məhlulun udulması halı
olduqda quyunu doldurmaq üçün kifayət qədər məhlul (su,
gilli məhlul və ya neft) ehtiyatı olmalıdır.
8.1.21. Quyunun mədən – geofiziki işlərə hazırlığı Aktla
(əlavə 13) sənədləşdirilir və o, sifarişçi müəssisənin və
geofiziki təşkilatın nümayəndələri tərəfindən imzalanır. Yalnız
bundan sonra geofiziki işlərə başlamağa icazə verilir.
8.1.22. Mədən-geofiziki işlərdə tal blokunu qaldırıb-endir-
mək üçün briqadadan qazmaçı və qazmaçı köməkçisi geofiziki
395


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin