partiyanın rəhbərinin sərəncamında olur və onun bütün göstə-
rişlərinə əməl edirlər. Işlərə başlamazdan əvvəl onlar geofiziki
partiyanın rəhbəri tərəfindən təlimatlandırılırlar.
8.1.23. Mədən – geofiziki işləri, qaldırıcı və laboratoriya
etibarlı yerləbirləşdirildikdən sonra yerinə yetirilməlidir.
8.1.24. Geofiziki işlərə başlamazdan əvvəl, qaldırıcının
etibarlı (dəyanətli) təsbitlənməsi təmin olunmalıdır.
8.1.25. Quyuda endirmə – qaldırma əməliyyatı aparılan
zaman, kabelin üzərinə tərəf əyilmək, onun üzərindən keçmək
və həmçinin hərəkət edən kabelə toxunmaq qadağandır.
8.1.26. Quyuya geofiziki cihazı buraxarkən qaldırıcının
bucurqadının makarasında axırıncı dolaq sırasının yarısından
az kabel qalmamalıdır.
8.1.27. Quyuda olan geofiziki avadanlıqları (yükü) qaldı-
rarkən blok – balansa çəkib – vurma halının olmaması üçün,
geofiziki kabelin üzərində, qaldırıcının maşinistinin iş yerindən
asan görünən, üç yerdə etibarlı bərkidilmiş xəbərdarlıq
nişanları olmaldıır: birinci – kabel ucluğundan 5,0m, ikinci –
50,0m və üçüncü – 100,0m məsafədə.
8.1.28. Quyu lüləsində tutulmuş (ilişmiş) cihazı (və ya
kabeli) azad etmək üçün, onu fasiləsiz olaraq yuxarı – aşağı
hərəkət etdirmək lazımdır. Əgər yuxarı – aşağı hərəkətlərlə
cihazı azad etmək mümkün olmursa, sonradan tutulmanın
ləğv edilməsi üzrə işlər, icraçı (geofiziki) və sifarişçi təşkilatın
rəhbərliyinin birgə razılığı ilə aparılmalıdır.
8.1.29. Zirehli kabelin səthində onun hərəkətinə mane
olan düyünlər və şişlər olmamalıdır.
8.2. Partlayış, deşikaçma və elektrometrik işləri
(PDEI)
396
8.2.1. Quyularda partlayış və deşikaçma (perforasiya) iş-
lərini yalnız mədən – geofiziki partiyanın (dəstənin) işçiləri
yerinə yetirməlidir.
8.2.2. Qazlı və udulma gedən quyularda elektrometrik
işlərin aparılması qadağandır.
8.2.3. Mədən – geofiziki partiya, partlayış və deşikaçma
işlərinə başlamazdan əvvəl quyunun partlayış və deşikaçma
işlərinə bu Qaydaların tələblərinə və Akta (əlavə 13) uyğun
hazır olmasını yoxlamalıdır.
8.2.4. Quyularda partlayış işləri, sifarişçi təşkilatın (quyu-
ların sahibi) sifarişi ilə sifarişçinin məlumatları əsasında
geofiziki təşkilat tərəfindən tərtib olunmuş və təsdiqlənmiş
texniki layihəyə uyğun yerinə yetirilməlidir.
8.2.5. Partlayış və deşikaçma (perforasiya) işlərinə başla-
mazdan əvvəl quyuağzı bu Qaydaların 3.9.2 bəndinin tələb-
lərinə uyğun hazırlanmalıdır.
8.2.6. Partlayış və deşikaçma işləri aparılan zaman
quyu ətrafında, radiusu 50m –dən az olmayaraq təhlükəli
zona təyin edilməlidir. Torpeda və deşikaçan aparat quyuya
50m dərinliyə buraxıldıqdan sonra təhlükəli zonanın radiusu
20m-ə qədər azaldıla bilər.
8.2.7. Qazma aparılan quyuda, qazma bucurqadı və
onun ötürücüsü (intiqalı) nasazdırsa və onlardan qəza
hallarında istifadə oluna bilinməzsə, belə quyuda partlayış,
deşikaçma və elektrometrik işlərin aparılması qadağandır.
8.2.8. Partlayış və deşikaçma işləri aparılan müddətdə
quyunun yerüstü avadanlığı (qazma qurğusunun mühərriki,
nasoslar və digər mexanizm və aqreqatlar) dayandırılmalıdır
(işləməməlidir). Partlayış və deşikaçma əməliyyatları ilə bağlı
olmayan işlər təhlükəli zona həddində dayandırılmalıdır.
397
8.2.9. Geofiziki avadanlıqla və torpedanın quyuya bura-
xılması ilə əlaqəsi olmayan işçilər bu işlərə başlamazdan əvvəl
təhlükəli zonadan (bax 8.2.6) kənarlaşdırılmalıdır.
Torpeda partladılana qədər quyu ağzından bütün
adamlar uzaqlaşdırılmalıdır.
8.2.10. Aşağıdakı hallarda quyuda partlayış və
deşikaçma işlərinin görülməsi qadağandır:
a) quyuda geofiziki aparatın, deşikaçma aparatının və ya
torpedanın buraxılması üçün maneə olarsa;
b) deşikaçma aparatının və ya torpedanın uçma və
tutulma nəticəsində quyuda ilişməsi baş verərsə;
c) layihə tapşırığına görə quyu ağzında siyirtmə olmazsa;
ç) quyuda tətbiq olunan partlayıcı maddələr və partlatma
vasitələri üçün yol verilən həddən artıq temperatur olarsa;
d) boran, çovğun və sıx duman olarsa.
8.2.11. Qazlı və məhlulu udan quyularda və məhlulun
səviyyəsi statik səviyyədən aşağı olan quyularda partlayış və
deşikaçma işlərinin aparlıması müstəsna hallarda və hər dəfə
yuxarı təşkilatın baş mühəndisinin və yanğın təhlükəsizliyi nə-
zarəti orqanının icazəsi ilə yerinə yetirilə bilər.
8.2.12. Qaz quyularında qazlı mühitdə perforasiya işləri
«Təzyiqli qaz mühitli qaz quyularının perforasiyası üzrə təli-
mat»a uyğun aparılmalıdır.
8.2.13. Quyularda partlayış və deşikaçma işləri əsasən
sutkanın gündüz vaxtı aparılmalıdır. Sutkanın qaranlıq (gecə)
vaxtı bu işlərin görülməsinə yalnız iş yerlərinin və təhlükəli
zonanın qüvvədə olan normaya uyğun işıqlandırılması təmin
olunduqda icazə verilir.
8.2.14. Partlayış və ya deşikaçma əməliyyatı partladıcı
maşından və ya perforator lövhəsindən (şitindən) yalnız bu
işlərin rəhbəri tərəfindən yerinə yetirilməli və bu işlər qurtar-
dıqdan sonra o, partladıcı maşını (və ya perforator lövhəsini)
qıfıllamalı və açarı da özündə saxlamalıdır.
398
8.2.15. Partlayışdan sonra quyu ağzına yaxınlaşmağa
yalnız partlayış işlərinin rəhbərinə və siyirtmələri idarə edən
işçiyə icazə verilir. Qalan işçilər quyu ağzına yalnız partlayış
işlərinin rəhbəri tərəfindən quyunun vəziyyəti yoxlanıldıqdan
və onun icazəsindən sonra buraxıla bilərlər.
8.2.16. Partlayış və deşikaçma cihazlarının quyuda
pərçimlənməsi ilə müşahidə olunan imtinalar (onların işə
düşməməsi) zamanı, xüsusi ehtiyat tədbirlərinə riayət etməklə
cihazların çıxarılmasına dair lazımi tədbirlər görülməlidir.
Işə düşməmiş (açılmamış) aparatları quyuda saxlamaq
(qoymaq) qadağandır. Tutulmadan azad olmaq üçün qazma
bucurqadından istifadə etmək lazım gələrsə bütün
əməliyyatlar geofiziki partiyanın (dəstənin) rəisinin, qazma
ustasının və ya mürəkkəbləşmələr üzrə böyük ustanın
rəhbərliyi ilə yerinə yetirilməlidir.
8.2.17. Quyuda işə düşməmiş (açılmamış) aparatı tutul-
madan azad etmək üçün cəlb olunmuş qazma briqadası
heyəti bu işlərə başlamazdan əvvəl, geofiziki partiyanın
(dəstənin) rəisi tərəfindən təlimatlandırılmalıdır.
Təlimatlandırılmanın nəticələri qazma biriqadasının
təlimatlandırılma jurnalında qeyd olunmalıdır.
8.2.18. Açılmamış (işə düşməmiş) güllələr olan aparatı
quyudan çıxararkən təhlükəli zonada, bu prosesin yerinə yeti-
rilməsi ilə bağlı olmayan şəxslərin olması qadağandır.
8.2.19. Quyudan çıxarılmış, gövdəsinin deformasiyası
nəticəsində boşaldılması mümkün olmayan partlayış –
deşikaçma aparatı (PDA), istismar sənədlərində nəzərdə
tutulmuş təhlükəsizlik tədbirlərinə əməl olunmaqla, PDI
aparılan yerdə məhv edilməlidir. Iş görülən yerlərdə PM məhv
edilmə qaydası (rəhbərlik, nəzarət, hesabat)
Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalıdır.
399
8.2.20. Partlayıcı maddəli PDA-nın hər bir halda quyuda
qalması haqda Azdövdağtexnəzarət Komitəsinə dərhal
məlumat verilməlidir.
8.2.21. Istismar kəmərinin perforasiyasından sonra qaz
–neft təzahürü əlamətləri müəyyən edilərsə (qazma
məhlulunun artımlı axımı və s.) quyu ləngimədən
kipləşdirilməlidir.
8.2.22. Quyuda olan tıxacların buraxılan torpedaların,
perforatorların və digər yüklərin vasitəsilə açılması (keçilməsi)
qadağandır.
8.2.23. Quyularda perforatorların doldurulması daşınan
doldurma laboratoriyasında və ya işlərin təhlükəsiz yerinə ye-
tirilməsi üçün xüsusi vasitələrlə təchiz olunmuş birdəfəlik
istifadə üçün uyğunlaşdırılmış yerlərdə yerinə yetirilməlidir.
8.2.24. Küt halda olan quyularda PDEI vışka – bucurqad
bloku çəkilməzdən əvvəl yerinə yetirilməlidir.
Vışka – bucurqad bloku çəkildikdən (çıxarıldıqdan) sonra
bu işlər yalnız müvafiq rəhbər sənədin və bu Qaydaların tə-
ləblərinə əməl edilməklə Azdövdağtexnəzarət Komitəsinin
razılığı ilə yerinə yetirilə bilər.
8.2.25. Küt halda olan quyularda PDE işlərinin aparılması
üçün iki quyu arasında 10x15m ölçüdə, onların quyu ağızları
arasındakı məsafənin tən orta nöqtəsindən simmetrik olaraq
və enli tərəfi ilə körpülərə istiqamətlənmiş, quyu ağzından ən
azı 20m məsafədə yerləşən meydança (sahə) hazırlanmalıdır.
8.2.26. Quyularda PDE işləri aparılan müddət ərzində
mobil telefonlar və digər rabitə vasitələri söndürülməlidir.
Dostları ilə paylaş: |