6.9. Səsboğucu örtüyü olmayan daxiliyanma mühərriklə-
rinə (DYM) və qaz-turbin qurğularına (QTQ) xidmət zamanı
səsdən mühafizə vasitələrindən (qulaqlıqlar-antifonlar) istifadə
edilməlidir. DYM və QTQ-nin idarəetmə pultları səsdən və tit-
rəyişdən tədric olunmalıdır.
6.10. DYM işə salınan zaman onun sıxılmış hava sistemi-
nin qoruyucu klapanının yaxınlığında adamların olması qada-
ğandır.
6.11. QTQ işləyən zaman havasorucu kameraya girmək
qadağandır.
6.12. QTQ-nin yağ sistemindəki yağın açıq odla qızdırıl-
ması qadağandır.
6.13. QTQ-nin drenaj sistemi ayda bir dəfədən az olma-
yaraq üfürülməlidir.
6.14. QTQ-nin sökülməsi, onun işəsalma mühərrikinin
yanacaq sistemi enerji ilə təminetmə sistemlərindən ayrılıqdan
sonra yerinə yetirilməlidir.
6.15. Qazanxanaların qurulması və istismarı [12] tələblə-
rinə uyğun olmalıdır.
6.16. Aşağıdakılar qadağandır:
a) ekonomayzerlər və suqızdırıcı qazanlar bilavasitə
quraşdırılmış yerlərdə buxar texnologiyası, qazanxana xidməti
və onların təmiri ilə bağlı aparatların və cihazların
quraşdırılması;
b) qazanxana işləyərkən və həmçinin yanacağın tam
yanıb qurtarmasına (işlənməsinə) və qazandakı təzyiq
atmosfer təzyiqinə qədər düşənədək qazanxananın nəzarətsiz
qoyulması;
c) yanğından mühafizə və siqnal sistemi, armaturu, NÖC
və A nasaz olan qazanların işə salınması.
Dostları ilə paylaş: