Азярбайъан республикасы


Dalma elektrik nasosları (mərkəzdənqaçma və yivli)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə129/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   125   126   127   128   129   130   131   132   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Dalma elektrik nasosları (mərkəzdənqaçma və yivli)
5.3.9. Dalma mərkəzdənqaçma və yivli elektrik nasosları-
nın elektrik avadanlığı quyunun konduktoru və ya texniki ko-
lonu vasitəsilə yerləbirləşdirilməlidir.
Yerləbirləşdirici polad keçiricinin en kəsiyi 48 mm
2
az ol-
mamalı və quyunun konduktoruna (texniki kolonuna) iki yer-
dən etibarlı qaynaqlanmalı və torpağa 1 m-dən az olmayan
dərinliyə basdırılmalıdır (sancılmalıdır).
362


5.3.10. Dalma elektrik nasoslarının yerüstü elektrik ava-
danlığı budkada quraşdırıldıqda idarəetmə stansiyası elə
yerləşdirilməlidir ki, onun qapısı açıq vəziyyətdə olduqda
xaricə sərbəst çıxış təmin olunsun.
Budkanın qapısı xaricə açılmalıdır.
Bu cür elektrik avadanlıqları talvar altında və ya açıq
meydançada quraşdırıldıqda, həmin sahə çəpərlənməli və işçi
meydançanın döşəməsi isə yer səthindən 0,2 m-dən az
olmayaraq yuxarı olmalıdır.
5.3.11. Idarəetmə stansiyasının qapısı qıfıllı olmalı, açarı
isə qurğuya xidmət edən elektrotexniki heyətdən olan şəxsdə
olmalıdır.
5.3.12. Zirehli kabel quyu ağzına xüsusi dayaqlar üzə-
rində çəkilməlidir və onun çəkildiyi tras boyu 50 m-dən bir xə-
bərdaredici nişanlar quraşdırılmalıdır (olmalıdır). Zirehli kabelin
uzunluğu 50 m-dən az olduqda bir ədəd xəbərdaredici nişan
quraşdırılır.
Kabelin qəbul körpüsü tərəfdən və səyyar qaldırıcı bu-
curqad üçün nəzərdə tutulmuş yerdən çəkilməsi qadağandır.
5.3.13. Endirmə – qaldırma əməliyyatlarından əvvəl
kabel qidalanma mənbəyi tərəfdən, aparatdan açılmalıdır.
5.3.14. Endirmə – qaldırma əməliyyatları zamanı kabelin
üzərində (kabeldə) hər hansı bir işin aparılması qadağandır.
5.3.15. Quyuların istismarında uzunmüddətli fasilələr ol-
duqda (fasilədən əvvəl) dalma elektrik nasosu qurğusundan
gərginlik tamamilə açılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin