dəzgahının yerləbirləşdirilmiş gövdəsinə ən azı dörd yerdən
qaynaq edilməlidir.
5.3.4. Işəsalma quruluşunun
gövdəsi taxta dayaq
üzərində quraşdırıldıqda, o, en kəsiyi 35 mm
2
-dan az olmayan
polad naqil vasitəsilə metal döşəməyə etibarlı birləşdirilməli,
metal dayaqda və ya konstruksiyada quraşdırıldıqda isə
sonuncular (metal dayaq və ya konstruksiya) döşəməyə ən azı
2 yerdən qaynaq edilməlidir. Bu zaman gövdənin metal
konstruksiya ilə etibarlı kontaktı təmin olunmalıdır.
5.3.5. Işçi heyət tərəfindən operativ (əməliyyat)
çevirmələr dielektrik əlcəklərlə yerinə yetirilirməlidir.
5.3.6. Ştanqlı açarın elektrik intiqalının (ötürücüsünün)
ayaqla idarə olunması yolverilməzdir.
5.3.7. Işə salınması avtomatik, məsafədən və ya əl ilə
yerinə yetirilən vaxtaşırı işləyən quyularda avadanlıqlara baxış
keçirməzdən və ya onların
təmirinə başlamazdan əvvəl
elektrik intiqalı açılmalı, işəsalma quruluşunda isə «Qoşma!
Adamlar işləyir» yazısı olan plakat asılmalıdır.
5.3.8. Mancanaq dəzgahı avtomatik və məsafədən idarə
olunan quyularda işəsalma quruluşunun yaxınlığında nəzərə
çarpan yerdə «Diqqət! Işəsalma avtomatikdir» yazısı olan
plakat bərkidilməlidir. Belə bir yazı
işəsalma quruluşunun
üzərində də olmalıdır.
Dostları ilə paylaş: