Азярбайъан республикасы


Dəniz şəraiti üçün əlavə tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə121/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   117   118   119   120   121   122   123   124   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Dəniz şəraiti üçün əlavə tələblər
4.9.4.17. DDÖ-də kütdə qazın mayedən ayrılmasına (tə-
mizlənməsi), quyuların veriminin ölçülməsinə, qazla doymuş
mayenin nasosla vurulmasına, qaz axımına mayelərin və
kimyəvi reagentlərin dozalarla verilməsinə yol verilir.
4.9.4.17.1. Dəniz neftqazyığımı məntəqələrində neft və
qaz kondensatının termokimyəvi deemulsasiyasına, qazın
qurudulmasına yol verilir.
4.9.4.17.2. Dəniz neftqazyığımı məntəqələrində,
texnoloji prosesləri alov tətbiq edilməsi ilə əlaqədar olan qazın
kompleks hazırlanmasının qrup qurğuları obyektləri, qaz, AAM,
YM aparatlarından, hasilat quyularından və qazılan quyulardan
ən mümkün maksimal uzaqlıqda (15 m-dən az olmayan)
yerləşdirilməlidir.
342


4.9.5. Qazın aşağı temperaturlu ayrılma qurğuları
4.9.5.1. Qurğuların ərazisi çəpərlənməli və xəbərdaredici
nişanlarla nişanlanmalıdır.
4.9.5.2. Aşağı temperaturlu ayrılma qurğuları
avadanlığını qapalı tutumlara, qazın utilizasiya sisteminə
ötürülməsi ilə üfürmək lazımdır.
4.9.5.3. Hidrogen-sulfid və ya digər zərərli maddələr
olan qazları neytrallaşdırmadan və yandırmadan atmosferə
buraxmaq qadağandır.
4.9.5.4. Hər bir qaz separatorunda aparatın qəzasız işini
təmin edən ikidən az olmayaraq qoruyucu qurğu quraşdırıl-
malıdır.
4.9.5.5. Kondensatyığıcıda qoruyucu qurğular aparatın
yuxarı hissəsində quraşdırılmalıdır.
4.9.5.6. Qoruyucu qurğulardan buraxılan qazlar qurğula-
rın ərazisindən kənarda və ya çəpərləmədən 25 m-dən az
olmayan məsafədə quraşdırılmış sistemə və ya məşələ (şama)
ötürülməlidir.
4.9.6. Mədən boru kəmərləri
4.9.6.1. Mədən boru kəmərinin layihələndirilməsi, tikintisi
və istismarı [29, 35] tələblərinə uyğun yerinə yetirilməlidir. 
4.9.6.2. Lay məhsulunun nəqli üçün boru kəmərləri göz-
lənilən mexaniki, termiki gərginliklərə (yüklərə) və kimyəvi
təsirlərə davamlı olmalıdır. Boru kəmərləri xarici korroziyadan
mühafizə olunmalıdır.
Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırıldıqdan sonra
qeyri-metal boru kəmərlərini tətbiq etməyə icazə verilir.
343


4.9.6.3. Neftqazkondensat kəmərlərinin boruları
qaynaqla birləşdirilməlidir. Flans və yiv birləşmələrinə ancaq
qapayıcı armaturların, təzyiq tənzimləyicilərinin və digər
aparatların, həmçinin nəzarət-ölçü cihazlarının birləşmə
yerlərində yol verilir. 
Hər bir boru kəmərinin əvvəlində və sonunda boru
kəmərlərinin fövqəladə hallarda istismardan dərhal çıxarılması
üçün qapayıcı (ayırıcı) qurğular quraşdırılmalıdır.
4.9.6.4. Boru kəmərlərinin birləşmə yerlərinin qaynağına
xüsusi hazırlanmış, [34] –də nəzərdə tutulmuş qaydada attes-
tasiyadan keçmiş qaynaqçılar buraxılır.
4.9.6.5. Boru kəmərlərinin qaynaq birləşmələrinin keyfiy-
yətinə nəzarət qüvvədə olan normativ sənədlərin tələblərinə
uyğun aparılır. Keyfiyyətə nəzarət və işlərin qəbulu, nəzarətin
əməliyyat və vizual növünü, ölçmə, dağıdıcı olmayan nəzarət
üsulu ilə qaynaq tikişlərinin yoxlanılmasını, həmçinin mexaniki
sınaqları özündə birləşdirməlidir.
Daha təhlükəli hesab edilən sahələri olan boru kəmərləri
(su səddləri ilə, avtomobil və dəmir yolları ilə, texnoloji kom-
munikasiyalarla kəsişdikdə) işə salınmazdan əvvəl borudaxili
diaqnostikaya (cihazla) məruz qalmalıdırlar.
4.9.6.6. Qaz və kondensat kəmərləri ilə yolların, su sədd-
lərinin, yarğanların, dəmir yollarının kəsişdiyi yerlərdə,
döngələrin künclərində, adamların mümkün toplanma
yerlərində, qazkondensat kəmərlərinin texnoloji qovşaqlarında
xəbərdaredici işarə və yazılar qoyulmalıdır. Sadalanan və
oxşar yerlər üçün layihədə sızma və boru kəmərlərinin
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin